Dmitri Savelyev: Azərbaycan Silahlı Qüvvələrinin gücünə şübhə yoxdur
15.07.2020 [08:19]
Azərbaycan-Ermənistan sərhədində uzun fasilədən sonra yenidən atəş və minomyot mərmilərinin partlaması səsləri eşidilir. Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan-Ermənistan münasibətlərinin sabitliyinin növbəti dəfə pozulmasının kimdən ötrü sərfəli ola bilməsi barədə öz mülahizələrini bölüşüb.
- Dmitri İvanoviç, son günlərdə Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələri siz necə qiymətləndirirsiniz?
- Aşkardır ki, baş verən hadisələrin təqsirkarı heç də Azərbaycan deyil. Azərbaycanın Ermənistanı nəyəsə təhrik etməyə ehtiyacı yox idi, suveren dövlətin ərazi bütövlüyünə qəsb edən Azərbaycan olmayıb, başqa ölkənin ərazisinin 20 faizini də o işğal etməyib. Azərbaycan öz qarşısına yalnız öz dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi vəzifəsini qoyur.
Qarabağ münaqişəsində beynəlxalq hüquq tamamilə Azərbaycanın tərəfindədir. Buna görə də Bakının öz əsas məqsədinə çatması - respublikanın müəyyən olunmuş sərhədləri daxilində onun ərazi bütövlüyünün bərpa edilməsinə nail olmaq üçün provokasiyaya ehtiyacı yoxdur. Azərbaycan Silahlı Qüvvələrinin gücünə şübhə yoxdur: bu yaxınlarda, mayın axırlarında keçirilmiş manevrlərdə təqribən 10 min hərbi qulluqçu, 120 tank və zirehli texnika, habelə 30 vahid ordu və cəbhə aviasiyası cəlb edilmişdi. Buna baxmayaraq, Azərbaycan rəhbərliyi 30 ilə yaxındır ki, sülh yolunun tərəfdarıdır, yalnız öz ünvanına provokasiyalara adekvat cavab verməklə kifayətlənir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağ münaqişəsi yalnız dinc yolla - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
- Sizin fikrinizcə, Azərbaycan erməni tərəfinin provokasiyasına nə dərəcədə layiqincə cavab verib?
- Azərbaycan ordusu provokasiyaya qarşı sərt cavab tədbirləri görüb. Hesab edirəm ki, erməni tərəfin “köpünü yatırmaq” üçün bu cür cavab tamamilə kifayətdir. Əlbəttə, çox kədərli haldır ki, artilleriya atəşi və bunun ardınca hərbi əməliyyatlar nəticəsində Azərbaycanın bir neçə hərbi qulluqçusu həlak olub və yaralanıb. Çox əlamətdar haldır ki, Ağdam kəndinin administrasiyasının və KİV-lərin verdiyi məlumata görə, bu kəndin kişiləri döyüş səslərini eşidəndə hərbçilərə öz köməyini təklif etmək üçün sərhədə tərəf yola düşməyə hazırlaşıblar.
- Sizin fikrinizcə, Ermənistan bu hərəkətləri ilə hansı məqsədlər güdə bilər?
- İstisna edilmir ki, Ermənistan rəhbərliyi provokasiyanın köməyi ilə ölkə daxilində sosial-iqtisadi vəziyyətdən diqqəti yayındırmağa çalışır. Bu gün Ermənistanda koronavirus pandemiyası tüğyan edir: 600-ə yaxın adam ölüb, 32 minə yaxın COVID-19-a yoluxma faktı qeydə alınıb. Nəticədə vətəndaşların yerdəyişmə imkanları məhdudlaşır, onlar işsiz qalırlar, çünki ölkədə iqtisadi fəallıq dondurulub. Sosial problemlər ölkədəki siyasi böhrana əlavə olunur, bu isə ümumi vəziyyəti olduqca kəskinləşdirir.
Yerevanın bu cür addımları onun Dağlıq Qarabağda münaqişəni sülh danışıqları yolu ilə nizamlamaq arzusu olmamasını göstərir, buna görə də məsələn, Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə Dağlıq Qarabağın erməni icmasının təyini-müqəddəratının vacibliyindən danışmağa başlayıb.
- Siz necə hesab edirsiniz, sərhəd insidenti Azərbaycan ilə Ermənistan arasında hərbi əməliyyatlar dərəcəsinə çata bilərmi?
- Güman edirəm ki, Cənubi Qafqazda gərginliyin növbəti dəfə genişlənməsini nə bu ölkələr istəyir, nə ATƏT-in Minsk qrupu, nə də dünya birliyi. Lakin vəziyyətin sabitləşməsi üçün Ermənistan bu təhlükəli provokasiya taktikasından əl çəkməlidir. Mənim fikrimcə, dünya birliyi heç şübhəsiz, beynəlxalq hüququ əsas götürərək bu təcavüz faktını pisləyəcək, çünki o, Qarabağ probleminin dinc danışıqlar yolu ilə həll edilməsinin və Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanmasının tərəfdarıdır.
Şəxsən mən əminəm ki, belə adlandırılan “Kazan formulu”nun reallaşdırılması danışıqların mərhələli şəkildə irəliləməsinin yeganə düzgün üsuludur: Ermənistan Azərbaycanın işğal edilmiş rayonlarını ona verir, cavabında Azərbaycan Ermənistanın iqtisadi blokadasını götürür, qaçqınlar Dağlıq Qarabağa qayıdır, bundan sonra mübahisəli ərazinin statusu barədə referendum keçirilir. Bu, ən ağlabatan və hüquqi yoldur, məhz bu yol seçilməlidir.
Sərhəddə baş vermiş insidentə mənim münasibətimə gəldikdə isə, mən Rusiyaya dost Azərbaycanın mövqeyinə bütünlüklə şərikəm, həlak olmuş azərbaycanlı döyüşçülərin ailələrinə dərin hüznlə başsağlığı verirəm və çox ümid edirəm ki, münaqişənin gedişində yaralananlar tezliklə sağalacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45

