/ / Arzuxan Əlizadə: Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatına zidd fəaliyyəti səbəbindən bu statusdan məhrum olunmalıdır
Arzuxan Əlizadə: Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatına zidd fəaliyyəti səbəbindən bu statusdan məhrum olunmalıdır
28.11.2020 [01:11]
“Fransa Senatında Qarabağdakı qondarma qurumu tanımağın zəruriliyinə dair qətnamənin qəbul edilməsi beynəlxalq hüquq prinsiplərinin pozulmasıdır, ümumilikdə beynəlxalq hüquq anlayaşına ziddir. Ümumiyyətlə, bu ölkə daşıdığı missiyaya və beynəlxalq siyasi palitrada tutduğu mövqeyə qarşı hörmətsizlik nümayiş etdirir. Birincisi, bu dövlət ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin tənzimlənməsində vasitəçi missiyasını daşıyır. Bu missiya həmin dövlətin ən minimal halda neytral olmağını tələb edir ki, Fransa bu addımı ilə nəinki neytrallığını qoruya bildi, eləcə də birbaşa separatizmi dəstəkləmiş oldu. İkincisi isə, Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi 1993-cü ildə Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı məlum 4 qətnaməyə imza atıb. Bu yeni qətnamə onu göstərir ki, Fransa öz imzasına hörmət etmir”. Bunu qəzetimizə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.
Onun sözlərinə görə, Fransanın ermənipərəst mövqeyi hər kəsə bəlli olsa da, erməni diasporasının təzyiqi ilə özünün dövlət imicini bu qədər böyük bir zərbənin altına qoyacağı gözlənilməz idi. “Fransa hakimiyyəti bu addımı sanksiyalaşdırmaqla qondarma rejimin ləğv olunmuş statusu məsələsini aktuallaşdırmaq, məsələnin həllini ölü qurum kimi tanınan ATƏT-in Minsk qrupu çərçivəsində mənasız müzakirələr müstəvisinə qaytarmaq niyyəti güdür. Bu da onu göstərir ki, Fransa hakimiyyəti hələ də köhnə stereotiplərin əsiridir və yeni reallığı qəbul edə bilmir. Fransa dövləti və onun başında dayananlar anlamalıdır ki, yaranmış yeni reallıq 30 il ərzində mövcud olmuş status-kvonun qorunub saxlanması məqsədini güdən prosesin davam etdirilməsini istisna edir. Fikrimcə, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi mandatına zidd fəaliyyəti səbəbi ilə bu statusdan məhrum olunmalıdır”, - deyə A.Əlizadə əlavə edib.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24

