İqtidarın siyasi dialoq təşəbbüsləri davam edir
04.12.2020 [09:23]
Azərbaycanda iqtidar-müxalifət dialoqunun inkişafı Prezident İlham Əliyevin dövlətçilik siyasətinin prinsipial istiqamətlərindəndir. Təqdirəlayiq haldır ki, ölkədə yeni siyasi konfiqurasiyanın formalaşmasında müxalifət partiyaları yaxından iştirak edirlər. Sözügedən hal bilavasitə demokratik münasibətlərin təzahürüdür. Məlumat verildiyi kimi, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin mütəmadi şəkildə partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri təşkil olunur.
AZƏRTAC xəbər verir ki, bu səpkidə növbəti görüşlər ayrı-ayrılıqda videokonfrans formatında dekabrın 2-də Milli Məclisin deputatları - Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, həmçinin Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə və Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz ilə keçirilib.
Görüşlərdə Vətən müharibəsində qazanılmış böyük Qələbə, Ordumuzun şücaəti, Azərbaycanın keyfiyyət etibarilə yeni inkişaf mərhələsinə keçməsi, siyasi həmrəylik istiqamətində əldə olunmuş uğurların qorunması, COVID-19 pandemiyası ilə mübarizədə vətəndaşların fəallığı, VI çağırış Milli Məclisin fəaliyyəti, “Siyasi partiyalar haqqında” Qanunun yeni layihəsi və bir sıra digər önəmli mövzular müzakirə edilib.
Vətən müharibəsi ətrafında fikir mübadiləsi aparılaraq bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, əslində, dünyaya yeni hərbi strategiya nümayiş etdirib. Əminliklə vurğulanıb ki, Azərbaycanın sözügedən təcrübəsi bir çox ölkələr tərəfindən öyrəniləcək. Belə ki, cəmi 44 gün davam edən müharibə, əslində, fərqli hərbi strategiyaların savaşı idi. Görüş zamanı xüsusi olaraq qeyd edilib ki, müharibədən sonrakı dövrdə aparılacaq sərt informasiya müharibəsində də siyasi həmrəyliyin nümayişi olduqca vacibdir. Odur ki, siyasi partiyaların birliyinin və qarşılıqlı dəstək mühitinin qorunması strateji vəzifədir.
Administrasiyanın rəsmisi mövzunu inkişaf etdirərək, təşkil olunan görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 dekabr tarixli Qələbə nitqinə müraciət edərək sözügedən çıxışdan sitat gətirib: “Bizim qələbəmiz tarixi Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur”.
Prezidentin bu sözlərini, əslində, ölkəmizi mahiyyət və keyfiyyət etibarilə yeni inkişaf mərhələsinə çıxardığını vurğulayan Ə.Vəliyev Azərbaycan cəmiyyətinin bundan sonra da aparılacaq islahatlara hazır olmasının vacibliyini bildirib.
“Vətən müharibəsində əldə olunmuş Qələbə, eyni zamanda, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün probleminin həlli deməkdir. Odur ki, sözün əsl mənasında, Azərbaycanı yaxın gələcəkdə böyük quruluş işləri gözləyir”, - deyən Administrasiya rəsmisi sözügedən istiqamətdə də əməkdaşlığın önəmli olduğunu bildirib.
Adıçəkilən görüşlər əsnasında Qələbənin, eyni zamanda, şəhidlərin qanı hesabına əldə olunduğunu qeyd edən Ə.Vəliyev vurğulayıb ki, düşmənin mülki əhalini atəşə tutmasını da unutmaq olmaz və bu kimi faktları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq prinsipial vəzifədir. Bunu əsas tutaraq bütün görüşlərdə Vətənin şəhid olmuş övladlarına Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir, yaralılara isə şəfa dilənilib.
Ölkədə başlamış islahatların səmərəliliyi mütləq müvafiq qanunvericilik bazası ilə dəstəklənməlidir. Bu mənada Milli Məclisin rolunu vurğulayan Ə.Vəliyev islahatların ruhuna və demokratik dəyərlərin inkişafına dəstək olacaq yeni qanun layihələrinə böyük ehtiyac olduğunu bildirib. Odur ki, çeviklik, müasirlik və innovativlik kimi keyfiyyətlər müasir Milli Məclisin əsas xüsusiyyətlərinə çevrilməlidir.
Həmçinin görüşlərdə bütün dünyanı narahat edən COVID-19 pandemiyası və müşahidə olunan tendensiyalar müzakirə edilib. Ölkəmizdə koronavirusa yoluxma sayı Prezidentin rəhbərliyi ilə qəbul edilmiş qərarlar nəticəsində mümkün qədər minimal səviyyədə saxlanılıb. Bundan əlavə, dövlətimizin başçısının göstərişi ilə modul tipli yeni xəstəxanaların, həmçinin tibbi maska və dezinfeksiya vasitələri istehsal edən müəssisələrin istifadəyə verilməsi, zəruri tibbi avadanlıqların Azərbaycana gətirilməsi, xaricdən həkim-mütəxəssislərin ölkəmizə dəvət edilməsi pandemiya ilə mübarizəyə müsbət təsir göstərib.
Görüşlər zamanı siyasi partiyaların fəaliyyəti haqqında fikir mübadiləsi də aparılıb. Qeyd olunub ki, siyasi partiyaların fəallığı Azərbaycanda vətəndaş cəmiyyətinin əsaslarının inkişafı üçün zəmin yaradır. Bu səbəbdən də dövlət tərəfindən siyasi partiyalara ayrılan diqqət məhz demokratiyanın inkişafına yönəlmiş sərmayə kimi dəyərləndirilməlidir.
Partiya sədrləri Fazil Mustafa, Qüdrət Həsənquliyev, Arzuxan Əlizadə və Yunus Oğuz çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda “Anım Günü”, “Zəfər Günü”, həmçinin Vətən müharibəsində Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunmasına dair sərəncamlarını yüksək qiymətləndirib, bu addımların ölkəmizdə milli birliyin inkişafına əvəzsiz töhfə olacağına əminliklərini bildiriblər.
Görüşə görə təşəkkürlərini bildirən partiya sədrləri dövlətçiliyimizin, iqtidar-müxalifət arasında dialoqun və yeni siyasi konfiqurasiyanın inkişafına hər zaman dəstək olacaqlarını vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43

