Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Fəzail Ağamalı: Vətən müharibəsində əldə etdiyimiz qələbə çox böyük tarixi zəfərdir

Fəzail Ağamalı: Vətən müharibəsində əldə etdiyimiz qələbə çox böyük tarixi zəfərdir

06.01.2021 [09:28]

“44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimiz tarix yazdılar. Həsrətində olduğumuz torpaqlarımız işğaldan azad olundu. Azərbaycanın ən yeni tarixinin yazılmasında əsgərlərimizin danılmaz imzası var”. Bu fikirləri Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Fəzail Ağamalı bildirib ki, bu zəfər möhtərəm Prezidentimizin düşünülmüş, zərgər dəqiqliyi ilə müəyyənləşdirilmiş strategiyasının bəhrəsidir. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını, qəhrəmanlığını və Vətənə son dərəcə bağlı olduğunu birmənalı şəkildə təsdiq etdi: “Eyni zamanda, Azərbaycanın müstəqilliyi dövründə hərbi təhsil alaraq artıq yüksəksəviyyəli zabit kimi formalaşan dəyərli övladlarımız Ali Baş Komandanın rəhbərliyi ilə hərbi əməliyyatları çox yüksək səviyyədə planlayıb həyata keçirdilər. 44 gündə Ermənistanın belini qırdıq. Düşmənə elə böyük zərbələr endirildi ki, işğalçı ölkə uzun illər layiq olduğu bu ağır durumdan çıxa bilməyəcək”.
F.Ağamalı söyləyib ki, 3 rayonumuz - Ağdam, Kəlbəcər və Laçın güllə atılmadan Azərbaycana qovuşdu, şəhid verilmədən həmin rayonlarda üçrəngli bayrağımız dalğalandı: “Artıq digər bölgələrimiz kimi bu rayonlarımız da azadlığına qovuşdu. Vətən müharibəsində əldə etdiyimiz qələbə çox böyük tarixi zəfərdir. Bütün xalqımız Prezident İlham Əliyevə inanır və güvənir. Eyni zamanda, hər hansı statusdan söhbət gedə bilməz”.
NARDAR

Paylaş:
Baxılıb: 705 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30