İtaliya və Azərbaycan strateji tərəfdaşlardır
05.02.2021 [09:44]
Prezident İlham Əliyevin İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul etməsi Vətən müharibəsindən sonra azad edilmiş ərazilərin bərpasına dost ölkələrin yaxından cəlb edilməsinin bariz nümunəsidir
Son illərdə Azərbaycanın milli maraqlara əsaslanaraq ardıcıllıqla həyata keçirdiyi siyasət ölkəmizin regional və qlobal miqyasda böyük nüfuz qazanmasını şərtləndirib. Aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq dünyada respublikamızla əməkdaşlıq münasibətlərini dərinləşdirmək istəyən ölkələrin və beynəlxalq təşkilatların sayı getdikcə artır. Deyilənlər baxımından, Azərbaycanla İtaliya arasında münasibətlərin dinamikası da səciyyəvidir. 2020-ci ilin İtaliyada “Azərbaycan ili” elan olunması iki ölkə arasında münasibətlərin kifayət qədər yüksək səviyyədə olduğunu təsdiqləyir.
İki ölkə arasında münasibətlər müxtəlif istiqamətlərdə uğurla inkişaf edir
Azərbaycanla İtaliya arasındakı münasibətlər çoxşaxəlidir və müxtəlif istiqamətlərdə uğurla inkişaf edir. Bu barədə söhbət açarkən, ilk növbədə, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsini qeyd edə bilərik. Hər iki ölkənin yüksəksəviyyəli rəsmiləri müntəzəm olaraq qarşılıqlı səfərlər edirlər. İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana rəsmi səfəri əlaqələrin inkişafına mühüm töhfə verib. Azərbaycan Prezidenti İlham Əliyev isə dost İtaliyada sonuncu dəfə bir il bundan əvvəl - 2020-ci ilin fevral ayında səfərdə olub. Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən 28 sənəd imzalanıb.
Azərbaycanla İtaliya arasındakı siyasi dialoqun yüksək səviyyəsinə uyğun olaraq iqtisadi sahədə əməkdaşlığın dərinləşməsinə də böyük önəm verirlər. İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Hazırda ölkəmizin xarici ticarət dövriyyəsinin 18,04 faizi məhz İtaliya ilə qurulub. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin isə 92 faizi Azərbaycanın payına düşür.
Azərbaycan sənaye inkişafını hədəfləyən ölkədir. Təsadüfi deyildir ki, ötən il pandemiya şəraitində milli iqtisadiyyatımızda 4,3 faizlik azalmaya baxmayaraq, Azərbaycanın qeyri-enerji sənayesində 12,5 faiz artım qeyd alınıb. Bu, ölkəmizdə sənayeləşmə sahəsində aparılan dövlət siyasətini əks etdirir. Eyni zamanda, İtaliya şirkətləri respublikamızda sənayeləşmə siyasətinə davamlı dəstək verirlər. Bu prosesdə, həmçinin İtaliyanın “Maire Tecnimont Group” şirkəti də fəal iştirak edir. Bəhs olunan şirkət Sumqayıtda reallaşdırılan “SOCAR Polymer” layihəsində baş podratçı qismində çıxış edib. 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə layihə çərçivəsində inşa olunan Polipropilen zavodunun açılışı olub.
İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin mühüm bir qolu enerji sektorunu əhatə edir. Mütəxəssislər bildirirlər ki, Cənub Qaz Dəhlizi, onun mühüm seqmentlərindən biri olan TAP üzrə əlaqədar Azərbaycanla İtaliyanın enerji sektorunda əməkdaşlığında yeni bir mərhələ açacaq.
Azərbaycanla İtaliya arasında, həmçinin təhsil sahəsində də yaxşı əlaqələr qurulub. Prezident İlham Əliyevin ötən ilin fevralında İtaliyaya dövlət səfəri çərçivəsində, eyni zamanda, təhsil sahəsində əməkdaşlıq müzakirə edilib və İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılığa gəlinib. Şübhə yoxdur ki, İtaliya-Azərbaycan Universitetində təhsil alacaq gənclər iki ölkə arasındakı əlaqələrə xüsusi töhfə verəcəklər.
Azərbaycanın işğaldan azad edilən ərazilərinin bərpasına bir neçə italyan şirkəti cəlb olunub
Hazırda Azərbaycan işğaldan təmizlənən ərazilərdə bərpa işlərinə başlamaq ərəfəsindədir və artıq bir sıra layihələrin icrasına start verilib. İşğaldan azad edilən ərazilərdə bərpa layihələrinə yalnız dost ölkələrdən olan şirkətlər dəvət edilir. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, İtaliya müharibə günlərində və sonrakı mərhələdə ölkəmizə mənəvi və siyasi dəstək verməklə respublikamıza dost ölkə olduğunu əyani şəkildə təsdiqlədi. Bu dəstək müharibədən sonrakı mərhələdə də davam edir. Respublikamızın işğaldan azad edilən ərazilərində infrastrukturun bərpa edilməsinə dair xarici şirkətlərlə ilk müqavilələrdən biri məhz dost İtaliyanın “Ansaldo Energia” şirkəti ilə imzalanıb. İşğaldan azad edilmiş ərazilərimizdə nəzərdə tutulan layihələrin reallaşdırılmasında, həmçinin “Maire Tecnimont Group “ şirkəti də iştirak edəcək. Prezident İlham Əliyev fevralın 3-də İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən İtaliyanın çətin günlərdə ölkəmizin yanında olduğunu məmnunluq hissi ilə xatırladaraq vurğulayıb: “Keçən il tariximizdə yaşanan çətin vaxtlarda biz italyan xalqının bizimlə həmrəy olduğunun şahidi olduq. Biz İtaliya mediasının bu məsələyə obyektiv yanaşmasının şahidi olduq və onu da gördük ki, imzaladığımız və vurğuladığımız məsələləri reallığa çevirdik. Çünki İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb və reallıq da bizim strateji tərəfdaş olduğumuzu göstərir”.
Ümumiyyətlə qeyd edək ki, Prezident İlham Əliyevin İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul etməsi Vətən müharibəsindən sonra azad edilmiş ərazilərin bərpasına dost ölkələrin yaxından cəlb edilməsinin və onlara geniş imkanlar yaradılmasının bariz nümunəsidir. Məlum olduğu kimi, Azərbaycan işğaldan azad olunan ərazilərdə “yaşıl enerji”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarını reallaşdırmaq niyyətindədir. İtaliya şirkətləri isə qeyd olunan sahələrdə ölkəmizlə hərtərəfli əməkdaşlığa hazırdırlar.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxAnalitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23

