Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əsli Kazımova: İşğaldan azad olunmuş torpaqlarımızda çəkilən yollar kənd təsərrüfatının, sənayenin inkişafına zəmin yaradacaq

Əsli Kazımova: İşğaldan azad olunmuş torpaqlarımızda çəkilən yollar kənd təsərrüfatının, sənayenin inkişafına zəmin yaradacaq

19.03.2021 [09:22]

“Cənab Prezidentimizin apardığı uğurlu dövlət siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin olundu. İndiki mərhələdə işğaldan azad edilən rayonlarımızın, şəhər və kəndlərimizin yenidən qurulması prosesinə başlanılıb. Yeni mərhələdə bu regionlar yenidən dirçəldilir, həmin ərazilərə yollar çəkilir. Yeri gəlmişkən, bir neçə gün öncə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Xocavənd və Füzuli rayonlarına səfərləri çərçivəsində bir sıra yeni yolların təməli atıldı. Füzuli-Hadrut avtomobil yolu haqqında danışan möhtərəm Prezident vurğuladı ki, bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan dövləti yolların bərpası ilə bağlı uğurlu layihələr həyata keçirməkdədir. Füzulidən Şuşaya yol çəkilir - Zəfər yolu çəkilir. Bu, bir daha onu deməyə əsas verir ki, qısa zamanda işğaldan azad edilmiş regionlarımız yenidən dirçələcək, orada həyat canlanacaq”.
Bu fikirləri açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, işğaldan azad olunmuş torpaqlarımızda çəkilən yollar kənd təsərrüfatının, sənayenin inkişafına zəmin yaradacaq. Bütün bu işlər planlı və məqsədyönlü şəkildə aparılır: “Həmin ərazilərdə yaradılacaq mühüm infrastrukturlar arasında yolların çəkilməsi birinci iş sayılır. Vurğulayım ki, artıq qısa zaman kəsiyində bir sıra bölgələrimizdə vacib infrastrukturlar yaradılıb, elektrik enerjisi ilə təminat, su təminatı bərpa olunub. Azərbaycan qüdrətli dövlətdir və ölkəmizin maliyyə sabitliyi imkan verir ki, həmin regionlar digər rayonlarımız kimi yenidən qurulsun və özünün inkişaf mərhələsinə qədəm qoysun”.
PƏRVİZ

Paylaş:
Baxılıb: 676 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30