“Kommersant”: Türkiyə və Azərbaycan Cənubi Qafqazda yeni alyans yaratdı
17.06.2021 [09:32]
Türkiyə və Azərbaycan Cənubi Qafqazda yeni alyans yaratdı.
AZƏRTAC xəbər verir ki, “Kommersant” qəzetində Serqey Strokanın məqaləsi dərc olunub. Materialda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağın rəmzi olan Şuşa şəhərinə səfərindən bəhs edilir.
Müəllif yazır: “Bu şəhərdə Türkiyə Prezidenti və onun azərbaycanlı həmkarı İlham Əliyev müttəfiqlik münasibətləri haqqında “tarixi bəyannamə” imzaladılar. Türkiyə lideri Ermənistan ilə münasibətləri normallaşdırmağa çağırdı və Cənubi Qafqazda Türkiyə, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan və İranın iştirakı ilə altıtərəfli əməkdaşlıq formatı təklif etdi”.
Məqalədə qeyd edilir ki, Prezident İlham Əliyev Azərbaycan ilə Türkiyənin müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsini “tarixi əhəmiyyətli saziş” adlandırıb. Bu sənədin imzalanmasından əvvəl Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Bayden ilə ilk dəfə görüşüb.
Müəllif yazır: “Ankaraya Rusiyada istehsal edilən C-400 zenit-raket sistemlərinin satışı məsələsi barədə ABŞ-ın təzyiqinə uymayan Prezident Ərdoğan faktiki olaraq Ağ evin yeni rəhbərini Vaşinqton üçün xoşagəlməz reallıqla barışmağa və Türkiyəyə təzyiqi davam etdirməkdən çəkinməyə məcbur etdi. Co Bayden açıq-aşkar sülhpərvər mövqe tutaraq deyib: “Görüşümüz müsbət və səmərəli oldu. Əminəm ki, Türkiyə ilə Birləşmiş Ştatlar arasında həqiqi tərəqqiyə nail olacağıq”. Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində qeyd edib ki, ABŞ ilə Türkiyə arasında “həlledilməz problemlər yoxdur”. Ərdoğan NATO tərəfə barışdırıcı jest edərək, bu alyansı Aralıq Dənizindən Qara Dənizə, Avropadan Asiyaya qədər onun “təhlükəsizlik çətiri”nə ehtiyac duyulan bütün regionlarda fəal rol oynamağa çağırıb”.
S.Strokanın fikrincə, Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri Türkiyə-Azərbaycan münasibətlərinə də yeni təkan verib.
Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini sitat gətirir. Şuşa Bəyannaməsinin Azərbaycan - Türkiyə münasibətlərini ən yüksək səviyyəyə çatdırdığını qeyd edən Prezident Əliyev deyib: “Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”.
Məqalədə Prezident Rəcəb Tayyib Ərdoğanın sözləri də sitat gətirilir. Ərdoğan regiondakı altı əsas dövləti cəlb etməklə Qarabağın bərpası işini fəallaşdırmağa çağırıb. Türkiyə Prezidenti deyib: “Altılı platformada Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır”.
S.Strokanın sözlərinə görə Ermənistanda növbədənkənar parlament seçkilərinə saylı günlər qalmış və Cenevrədə Rusiya-Amerika sammiti ərəfəsində Türkiyə liderinin Azərbaycana səfəri İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni reallığı əks etdirməlidir.
Məqalədə deyilir: “İki liderin danışıqları Qarabağın ikinci ən böyük şəhərində - bu il may ayında Prezident Əliyevin “Azərbaycanın mədəni paytaxtı” elan etdiyi “azad edilmiş Şuşada” keçirmək qərarı Türkiyə Prezidentinin səfərinin regiondakı bütün aktorlara siyasi jestə və siqnal olmasını təsdiq etdi. Hazırda seçkiqabağı kampaniya ilə əlaqədar Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın əvvəllər nümayişkaranə səfərlər etdiyi Şuşanın itirilməsi həm Ermənistan cəmiyyəti üçün, həm də bu günlərdə hakimiyyət uğrunda həlledici döyüş aparan siyasətçilər üçün qeyri-adi dərəcədə ağrılı mövzu olaraq qalır”.
Müəllif yazır ki, iyunun əvvəlində Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Ankaraya dövlət səfəri bu fonda Türkiyənin regionda liderlik iddiasında olmasını bir daha təsdiq etdi. S.Strokan xatırladır ki, Türkiyə lideri Gürcüstanın Baş naziri ilə görüşdə Azərbaycan ilə üçtərəfli əməkdaşlığın vacib olduğunu göstərib. Rəcəb Tayyib Ərdoğan deyib: “Türkiyə hər hansı üçtərəfli əməkdaşlığı dəstəkləyir, istər Gürcüstan-Azərbaycan-Ermənistan, istərsə də Gürcüstan-Azərbaycan-Türkiyə olsun”.
Xəbər lenti
Hamısına baxSiyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

