Azərbaycanda müasir ordu quruculuğu prosesində yeni mərhələ başlayıb
01.07.2021 [09:26]
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır
Bu il Azərbaycanda 26 İyun - Silahlı Qüvvələr Günü ilk dəfə olaraq tam fərqli əhval-ruhiyyədə qeyd olundu. 30 ilə yaxın müddət ərzində torpaqlarımızın 20 faizi düşmən işğalı altında idi. Nəhayət, ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan şanlı qələbə qazanaraq tarixi ədaləti və özünün ərazi bütövlüyünü bərpa etdi. Bu qələbə sevincini xalqımıza yaşadan isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını uğurla yerinə yetirən Silahlı Qüvvələrimiz oldu. Vətən müharibəsində Ordumuz öz tarixi missiyasını yerinə yetirərək işğalçı Ermənistanı məğlubiyyətə uğratdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, Vətən müharibəsində Ordumuz hər gün irəlilədi, hər gün yeni zəfərlərə imza atdı. Çox haqlı olaraq Silahlı Qüvvələrimizin şanlı Aprel döyüşlərində, Günnüt əməliyyatında və nəhayət, 44 günlük Vətən müharibəsində düşməni sarsıdıcı məğlubiyyətə uğratması Azərbaycanda ardıcıllıqla həyata keçirilən ordu quruculuğu siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilir.
İstənilən vəzifəni icra etməyə qadir olan ordunun yaradılması Azərbaycanın böyük uğurudur
Yuxarıda bildirdiyimiz kimi, Azərbaycan müstəqilliyinin ilk illərindən Ermənistanın işğalçılıq siyasəti ilə üzləşib və torpaq itkilərinə məruz qalıb. Məhz bu amil də respublikamızda ordu quruculuğuna müstəsna diqqət göstərilməsini şərtləndirib. Ölkəmiz özünün ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayıb. Prezident İlham Əliyev müxtəlif yerli və xarici auditoriyalarda çıxışları zamanı birmənalı şəkildə bildirirdi ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə, Azərbaycan özünün ərazi bütövlüyünü güclü ordusu vasitəsilə təmin edəcək. Azərbaycan Prezidenti praqmatik, sözü və imzası eyni çəkiyə malik olan nüfuzlu siyasətçidir. Dövlət başçımız ölkənin ərazi bütövlüyü məsələsində Silahlı Qüvvələrimizə güvəndiyini diqqətə çatdırarkən reallıqdan çıxış edirdi. Çünki müstəqillik dövründə ordunun davamlı şəkildə möhkəmləndirilməsi daim Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib. Respublikamızda vahid komandanlığa tabe olan ordunun yaradılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məlum olduğu kimi, müstəqilliyin ilk illərində Azərbaycanda ordu quruculuğu, necə deyərlər, taleyin ümidinə buraxılmışdı. O dövrdə respublikamızda mövcud olan silahlı birləşmələr ayrı-ayrı siyasi partiyaların və yaxud “lider”lərin təsiri altında idi və tapşırıqları da məhz onlardan alırdılar. Ordudakı pərakəndəlik və texniki təchizatın aşağı səviyyədə olması öz növbəsində, düşmənin yeni-yeni ərazilərimizi ələ keçirməsinə şərait yaradırdı. Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtdıqdan sonra ordumuzun döyüş qabiliyyətinin artırılmasına hesablanan bir sıra mühüm qərarlar qəbul etdi. Onun qətiyyəti və müdrikliyi sayəsində vahid komandanlığa tabe olan ordu yaradıldı.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyev son 18 ilə yaxın müddət ərzində ordu quruculuğuna müstəsna diqqət göstərib. Bəhs olunan dövrdə ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq güclü, qarşıya qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadir olan ordunun yaradılması ilə bağlı davamlı şəkildə həyata keçirilən tədbirlər kompleks xarakter daşıyıb. Dövlət büdcəsindən Silahlı Qüvvələrin möhkəmləndirilməsinə lazımi qədər vəsait yönəldilib. Bütövlükdə, davamlı dövlət qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki təchizatını yüksək səviyyəyə çatdırmaq mümkün olub.
Vətən müharibəsi göstərdi ki, Azərbaycan ötən dövrdə ordu quruculuğunda müasir yanaşmalara və innovativ texnikalardan istifadə olunmasına üstünlük verib. Uzun müddət havadaqalma qabiliyyətinə malik və müasir peyk-naviqasiya sistemi ilə təchiz olunan “HERON”, ortaölçülü çoxməqsədli “HERMES 900”, “HERMES 450”, “HAROP”, “Bayraktar” pilotsuz uçuş aparatları Vətən müharibəsində düşmənin ölüm kabusuna çevrilmişdi.
Bəhs olunan dövrdə respublikamızda aparılan müasir ordu quruculuğu siyasətinin mühüm bir istiqamətini isə şəxsi heyətin peşəkarlığının artırılması, kadrların yetişdirilməsi, həmçinin əsgər və zabitlərin sosial təminatlarının gücləndirilməsi təşkil edib. Vətən qarşısında borcunu yüksək səviyyədə yerinə yetirən çoxlu sayda hərbçi mənzillərlə təmin edilib. Paralel şəkildə orduda xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər görülür. Yeri gəlmişkən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.
Qısa müstəqillik tarixində Azərbaycanın yerli müdafiə təyinatlı sənaye quruculuğuna nail olması, təxminən 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsalını mənimsəməsi də son dərəcə qürurverici haldır. Hazırda ölkəmizdə hərbi-sənaye kompleksinə aid “İqlim”, “Avia-Aqreqat”, “Sənayecihaz”, “Dalğa” elm-istehsalat birlikləri, “Elektron Hesablayıcı Maşınlar”, “Gəncə maşınqayırma”, “Elektromexanika”, “Radioquraşdırma”, “Telemexanika”, “Cihazqayırma”, “Azon”, “Araz”, “Peyk”, “Üfüq”, “Dalğa” kimi müəssisələr uğurla fəaliyyət göstərir.
Deyilənlərdən də göründüyü kimi, ölkəmizdə müasir ordu quruculuğu yüksək səviyyədə təmin edilib. Prezident İlham Əliyev iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdə söylədiyi nitqində Azərbaycanın ötən dövrdə yüksəksəviyyəli ordu qurmağa nail olduğunu qürur hissi ilə nəzərə çatdıraraq vurğulayıb: “Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Mən bunu dəfələrlə deyirdim, hərbçilərlə görüşlər əsnasında, digər tədbirlərdə deyirdim, bu gün biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ona görə ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması - bütün bunlar məqsədyönlü şəkildə apardığımız siyasətin tərkib hissəsi idi”.
Gələcəkdə Azərbaycan Ordusunun gücü daha da artacaq
Vətən müharibəsində qazanılan şanlı Qələbə Azərbaycan Ordusunun gücünü bütün dünyaya göstərdi. Mütəxəssislərin də bildirdikləri kimi, Silahlı Qüvvələrimiz 44 gün ərzində XXI əsrin müharibəsini apardı və dünya hərb tarixinə bir sıra yeniliklər gətirdi. Vurğulamaq yerinə düşər ki, Azərbaycan Ordusunun uğurları, həmçinin nüfuzlu beynəlxalq reytinq agentliklərinin hesabatlarında da yüksək qiymətləndirilir.
Azərbaycan dövləti Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq daha da güclənməyi qarşıya məqsəd qoyub. Bu strateji xəttə uyğun olaraq, həmçinin Silahlı Qüvvələrimizin bundan sonra da möhkəmləndirilməsi hədəflənib. Prezident İlham Əliyevin son vaxtlarda imzaladığı müvafiq sənədlərə əsasən, deyə bilərik ki, respublikamızda müasir ordu quruculuğu prosesində yeni mərhələ başlayıb. Ordu quruculuğu istiqamətində sistemli islahatlar həyata keçirilərkən həm respublikamızın iqtisadi-maliyyə imkanları, həm də qlobal miqyasda meydana çıxan yeni çağırışlar nəzərə alınır. Şübhəsiz ki, güclü ordu ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün qarantıdır. Prezident İlham Əliyev gələcəkdə ölkəmizin hərbi gücünün daha da artacağını diqqətə çatdıraraq “Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Deyə bilərəm ki, Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. Biz İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq”, - deyə bildirib.
Onu da vurğulayaq ki, Azərbaycan müasir ordu quruculuğu siyasətində silah-sursat təchizatı mənbələrinin şaxələndirilməsinə böyük önəm verir. Hazırda dünyada silah bazarında böyük həssaslıq müşahidə edilir. Ayrı-ayrı ölkələr buraxdıqları silahların satışında müxtəlif amilləri nəzərə alırlar. Apardığı uğurlu siyasət sayəsində dünyada böyük nüfuz və çoxlu dostlar qazanması Azərbaycanın hərbi texnika idxalında mövqelərini gücləndirir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21

