Qubadlıya qayıdan həyat
26.10.2021 [12:50]
Azad Qubadlının böyük inkişaf potensialı var
İşğaldan azad olunmuş bütün rayonlar kimi Qubadlı da yenidən qurulacaq, burada həyat əvvəlki kimi öz axarında davam edəcək
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlıda səfərdə olarkən Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimi, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışları keçirilib.
Bütün bunlar Qubadlının bərpası və gələcək inkişafını göstərən faktlardır. Şübhəsiz ki, dövlətimizin siyasətində işğaldan azad edilmiş ərazilərin yüksək səviyyədə bərpası prioritetdir. Ötən il oktyabrın 25-də işğaldan azad olunan Qubadlı rayonu hansı iqtisadi potensiala malikdir? Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirib ki, Qubadlı rayonu 1993-cü il erməni işğalınadək 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsinə malik olub. 27 illik işğal müddətində rayon ermənilər tərəfindən xarab?lığa çevrilib, əmlakı məhv edilib və talanıb. 13,2 min hektar meşə sahəsi də işğal müddətində ermənilər tərəfindən ekoloji soyqırıma məruz qalıb.
Onun sözlərinə görə, işğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı rayonu da böyük iqtisadi potensiala malikdir: “İşğala qədər Qubadlı rayonunda əsasən kənd təsərrüf?tı inkişaf etmişdi. Rayonda taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük üstünlük təşkil edirdi. Belə ki, Qubadlı rayonunda ildə 15 min tona yaxın taxıl məhsulları, 12 min tona yaxın yem, orta hesabla 2 min ton tütün, 3 min ton üzüm, 1,2 min tonadək ət və 2 min tona qədər süd məhsulları istehsal olunurdu. Qubadlıda təbii ehtiyatların da həcminin çox olması sənayenin inkişafı üçün yeni imkanlar yaradır. Bu baxımdan, yenidən qurulacaq Qubadlı rayonunda sənaye məhsullarının da istehsal olunacağı gözlənilir. Şərqi Zəngəzurun digər rayonları kimi Qubadlının da turizm potensialı kifayət qədər yüksək qiymətləndirilir. Xüsusən də yay, qış və sağlamlıq turizm imkanları böyükdür. İşğaldan azad olunan digər rayonlarımız kimi Qubadlı rayonu da bərpa və yenidənqurma mərhələsinə qədəm qoyub. Həyatın Şərqi Zəngəzurun bu hissəsinə qayıdacağı gün də uzaqda deyil”.
Millət vəkili Anar Məmmədov da qeyd edib ki, bütün işğaldan azad olunmuş vətən torpaqları kimi Qubadlı da yenidən qurulacaq, orada həyat əvvəlki kimi öz axarında davam edəcək: “Qürurverici haldır ki, bu gün uğurlu sosial layihələrin icrası sürətlə və operativ şəkildə həyata keçirilir. Müharibədə qazandığımız zəfərimiz bizi daha da gücləndirir və qüdrətləndirir. Ölkəmiz bütün sahələrdə sürətlə irəliləyir və bu dünya təcrübəsində çox nadir rast gəlinən inkişaf tempidir. İşğaldan azad olunmuş 3 rayonumuzda beynəlxalq standartlara cavab verən hava limanlarının inşa edilməsi, su elektrik stansiyalarının istifadəyə verilməsi, avtomobil yollarının, tunellərin və digər infrastruktur layihələrinin həyata keçirilməsi ölkəmizin iqtisadi qüdrətinin təntənəsindən xəbər verir. Əlbəttə ki, 30 ilə yaxın erməni tapdağında olan Qarabağımızın çiçəklənməsi hər bir vətəndaşımızın qəlbini dağa döndərir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti ilə Rəşadətli Ordumuz bizə Qarabağın azadlığını yaşatdı. Şanlı tariximizə qızıl hərflərlə yazılan Zəfərimiz bütün dünyanı heyrətləndirdi. Beləliklə, Azərbaycan Vətən müharibəsindəki parlaq qələbəsi ilə yaratdığı reallıqları daha da möhkəmləndirir. Bu reallığı düzgün qiymətləndirənlər ondan böyük faydalar qazanacaqlar. Müxtəlif pozucu əməllərlə regionun inkişafına mane olmaq istəyən bədxahlar isə tarixi fürsətləri itirməklə ən böyük ziyanı özlərinə vurmuş olacaqlar”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36

