Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Türkiyə Prezidenti: “Altılıq platforması”nın yaradılması məsələsi gündəmdədir

Türkiyə Prezidenti: “Altılıq platforması”nın yaradılması məsələsi gündəmdədir

01.11.2021 [16:41]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın paytaxtı Romada keçirilən G20 Liderlər Zirvəsindən ölkəyə qayıdanda jurnalistlərin zirvə çərçivəsində keçirdiyi ikitərəfli görüşlərlə bağlı suallarını cavablandırıb. yeniazerbaycan.com Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, jurnalistlərdən birinin Türkiyə dövlət başçısının Fransa prezidenti Emmanuel  Makronla görüşünün təfərrüatları ilə maraqlanması zamanı Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazdakı vəziyyətin də müzakirə olunduğunu bildirib: “Dedik ki, keçən həftə orada olmuşuq və hazırda Cənubi Qafqazda müsbət addımlar atılır və qardaşımız İlham Əliyev bu müsbət addımları qətiyyətlə davam etdirmək istəyir. “Altılıq platforması”nın yaradılması məsələsi gündəmdədir. Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan hamısı razılaşsa, biz burada sülh platforması yaratmış olarıq. Bizim hədəfimiz budur”.

 

Paylaş:
Baxılıb: 843 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30