Hər bir azərbaycanlının həyatında Heydər Əliyevin rolu olub
18.11.2021 [10:19]
Heydər Əliyevi hakimiyyətə 91-lər yox, xalqın istəyi, öz siyasi dühası gətirdi
Hakimiyyətə çoxları gələ bilər, milyonların sevgisini qazanmaqsa, hər dövlət rəhbərinə qismət olmur.
“Son günlər “91-lər”in nümayəndələrinin çıxışlarına rast gəlirəm, onlar deyirlər ki, Heydər Əliyevi hakimiyyətə biz gətirmişik, gəlməsinə biz səbəb olmuşuq. Öncə onu deyim ki, 91-lərə hərəkat deyilməsini düzgün hesab etmirəm. Mən də onlardan biriyəm. Biz, sadəcə imza atmış insanlarıq və Heydər Əliyevi hakimiyyətə 91-lər yox, onun öz siyasi istedadı, xalqın sevgisi gətirib”.
Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin redaksiyasında qonaq olan YAP Veteranlar Şurasının üzvü, yazıçı-publisist Xeyrəddin Qoca səsləndirib.
“Heydər Əliyevin hakimiyyətə gəlişini həmin illərdə ölkədə baş verən xaos, qarışıqlıq zəruri etmişdi. Çünki ondan başqa heç bir kəsin gedən prosesləri dayandırma gücü yox idi. Uzun illər Azərbaycana rəhbərlik etmiş, siyasi dairələrdə böyük nüfuza sahib olan bu şəxsiyyətdən başqa heç kim o çətin işi bacara bilməzdi. Heydər Əliyevin ikinci qayıdışına qədər hakimiyyətdə olmuş Vəzirov, Mütəllibov, siyasi təcrübəsi olmadan hakimiyyəti ələ almış AXCP Azərbaycanı uçurumun kənarına gətirmişdilər. Heydər Əliyev Azərbaycanı odun-alovun içərisindən çıxarmaqla qalmadı, dirçəltdi, gücləndirdi, yeni Azərbaycanın bünövrəsini qoydu”,- deyə o qeyd edib. Heydər Əliyevin hakimiyyətə gəldiyi illəri xatırlayan qocaman yazar bir maraqlı fikir də səsləndirib.
Xeyrəddin Qoca Heydər Əliyevin hakimiyyətdə olmadığı, ölkədə barəsində şər-böhtan kampaniyalarının aparıldığı dönəmlərdə hər zaman onun müdafiəçilərindən biri olduğunu, bunun üçün hətta dəfələrlə işdən qovulduğunu qeyd edərək, Ümummilli Liderlə ilk görüşünü belə xatırlayıb:
“Heydər Əliyevlə Moskvadan Bakıya qayıdışı zamanı tanış olduq. 1990-cı ilin iyul ayında qardaşı Cəlal Əliyevlə birlikdə Ulu Öndəri qarşılamaq üçün aeroporta getdik. Mən jurnalist idim.Yazı hazırlamaq istəyirdim. Onu əllərində etiraz şüarları olan bir dəstə qrup da qarşıladı, mən orada bu adamlara öz etirazımı bildirdim. Sonra komendantın yanına getdim, həmin adamlara niyə təsir göstərmədiyini soruşdum. Komendant dedi ki, bu adamları bura Ayaz Mütəllibov göndərib. Mən heç nə edə bilmərəm.
Heydər Əliyevlə VİP salonunda görüşdüm. Bu mənim onunla ilk görüşüm idi. Heydər Əliyev məni görəndə gülümsədi və dedi: “Sən bilirsən ki, neyləmisən?”. Mən çaşdım, bu sözlərdən bir az “istiləndim”, soruşdum ki, “Mən nə etmişəm?”. Heydər Əliyev də cavab verdi ki, “Soruş, nə etməmisən, özünü ilanların içinə atmısan?” 1989-cu ildən başlayaraq onun haqqında müdafiə xarakterli yazılarıma işarə edirmiş.
Bizim aeroportdakı qısa söhbətimiz bununla bitdi. Sonra Heydər Əliyev aeroportdan maşın karvanının müşayiəti ilə qardaşı Cəlal müəllimgilə getdi. Ertəsi gün biz Heydər Əliyevlə yenidən görüşdük. O, Cəlal müəllimin evində qalırdı.
Cəlal müəllimin yoldaşı masaya şirniyyat qoymuşdu. Heydər Əliyev üzünü mənə tutub dedi: “Sən qalx, masanın başına keç”. Dedim ki, “Siz olan yerdə mən başda otura bilmərəm”. Heydər Əliyev: “Bu sözü sənə Heydər Əliyev deyir, keç orada otur” - dedi. O, məni dediyi yerdə əyləşməyə məcbur etdi”.
Xeyrəddin Qocanın söylədikləri əslində Heydər Əliyevin insanlara qarşı böyük vəfa borcunun olmasının, edilən heç bir yaxşılığı unutmamasının, qiymətləndirməsinin göstəricisidir. Özü nə qədər yüksəklərdə olsa da, insanlarla ünsiyyət forması bir o qədər sadə idi, Heydər Əliyev hər insanla onun dilində danışmağı bacaran şəxsiyyət idi. İlk tanışlıqları zamanı o vaxtlar gənc jurnalist olan Xeyrəddin Qocanın sədaqətini unutmamış, onun sonrakı karyerasının formalaşmasında mühüm rol oynamışdı. Heydər Əliyev dövlətin başında duran şəxs olaraq hər bir məmurunu, əslində yaxşı tanıyır, kimin necə işlədiyini görür, bilir, fəhm edirdi. İşini yaxşı görməyənlərə, sadəcə zaman verir, daha sonra bu şansı düzgün qiymətləndirə bilməyənləri layiqincə cəzalandırırdı. Onun üçün xalqın içərisindən öz əməyi, zəhməti, bacarığı ilə seçilən sadə insanlar, eyni zamanda elm, incəsənət xadimləri dəyərli insanlar idilər və Heydər Əliyev onlara hər zaman qayğısını hiss etdirirdi. Bu qayğı ilə əhatə olunanlardan biri də məhz Xeyrəddin Qoca olmuşdu.
“Mən sadə kənd müəlliminin ailəsində dünyaya göz açmışam. Heç zaman arxamda heç kimim olmayıb. Bir tək Heydər Əliyevi tanımaq mənə həyatın hədiyyəsi oldu. Bu böyük insanı tanımaq böyük də xoşbəxtlik idi. O mənə nəinki xüsusi diqqət və qayğı göstərmiş, sözün əsl mənasında, həyata qaytarmışdı. Mən onun ölkə Prezidenti olduğu dövrdə millət vəkili seçilmişəm, baş konsul vəzifəsinə təyin edilmişəm. Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi rütbəsini almışam. Heydər Əliyev minlərlə insana çox yaxşılıqlar etmiş, çoxlarının əlindən tutmuş, kömək göstərmişdi. Onun ədəbiyyat, incəsənət xadimlərinə daim xüsusi diqqət və qayğı göstərdiyi bütün xalqımıza məlumdur”,- deyə Xeyrəddin Qoca qeyd edib.
Bu günlər Heydər Əliyevin qurucusu olduğu hakim Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu il dönümü qeyd edilir. Bu münasibətlə redaksiyamıza qonaq gələn hər kəs onu xatırlayır, sevgisini bəyan edir. Güclü siyasi şəxsiyyəti və fəaliyyəti ilə “Dünyanın ən böyük azərbaycanlısı” adını qazanmış, taleyinə xalqın xilaskarı missiyası yazılmış bu möhtəşəm insan barədə dönə-dönə xoş sözlər eşidir, hər danışılan xatirədə sanki onun işıqlı, nurlu simasını, mehriban təbəssümünü görürəm. Hər xatirə onu mənə daha da əziz edir, daha çox sevdirir. Hər bir azərbaycanlının həyatında Heydər Əliyevin mütləq rolu olub. Hətta onunla görüşməmiş, şəxsi tanışlığı olmayan insanların belə. Elə ona görə də onun adı mənim, mənim kimi milyonlarla sadə insanların ürəyində Heydər Baba kimi yaşayır. Hakimiyyətə çoxları gələ bilər, milyonların sevgisini qazanmaqsa, hər dövlət rəhbərinə qismət olmur.
İlhamə Rəsulova
Xəbər lenti
Hamısına baxDünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11

