Ağ Evdən erməni diasporuna 21 milyon dollarlıq sillə
02.04.2022 [10:30]
ABŞ regionda yeni reallığı qəbul edir
Qərbin Ermənistana təzyiqi artacaq, maliyyənin kəsilməsi isə hələ başlanğıcdır
Taleh Ağaverdiyev
Bu yaxınlarda Ağ Evin saytında erməni lobbisini depressiyaya salan məlumat dərc olundu: Bayden administrasiyası ABŞ-ı 2023-cü ildə Ermənistana 24 milyon dollar ayırmağa çağırıb.
Məsələ ondadır ki, 2022-ci ildə bu ölkəyə 21 milyon daha çox yardım ayrılıb, yəni növbəti maliyyə ilində Ermənistanın pulsuz qidalanması demək olar ki, iki dəfə azalacaq. Qarabağdakı separatçılar isə ümumiyyətlə bir sent belə almayacaqlar. Beləliklə, erməni lobbisi gözləmədiyi yerdən sillə aldı.
Amerika Erməni Milli Komitəsi (ANCA) bu qərardan “dəhşətli dərəcədə məyus olduğunu” bildirib. “Müqayisə üçün, prezident Bayden 2023-cü maliyyə ili üçün Azərbaycana ABŞ-dan təxminən 9,7 milyon dollar məbləğində yardım istəyib, və bura hələ Azərbaycanın ABŞ Müdafiə Nazirliyindən 333-cü Fəsil (“Tərəfdaşların potensialın gücləndirilməsinin maliyyələşdirilməsi”) əsasında aldığı əlavə vəsaitlər daxil deyil”, - deyə, komitə hiddətlənir. ANCA qeyd edir ki, “hökumət nəzarət orqanı ABŞ-ın Azərbaycana 164 milyon dollardan çox hərbi yardım göstərdiyini sənədləşdirib”. Xatırladaq ki, ötən ilin iyulunda ABŞ Konqresinin Nümayəndələr Palatası erməni lobbiçi Frenk Pallonenin təklif etdiyi və ABŞ-ın Azərbaycana hərbi yardımını əngəlləyən qanun layihəsini qəbul edib. Lakin ABŞ Müdafiə Nazirliyi çıxış yolunu illik büdcəsi çərçivəsində ölkəmizə yardım göstərməkdə tapıb.
Qəzəb içində olan ANCA “100 000-dən çox yerli Qarabağ ermənisinin öz vətənlərinə qaytarılmasına köməklik etmək” üçün Ağ Evdən 50 milyon dollar tələb edir. Amma bəlli deyil ki, onlar vəsaiti mənimsəmək üçün Ağ Evi aldatmağa çalışırlar, yoxsa Qarabağın erməni əhalisinin deyildiyi qədər çox olmadığını etiraf edirlər. Bu qədər yalan içində, onlar Ermənistanın özünün səsləndirdiyi rəqəmləri artıq qarışdırırlar. Bu yaxınlarda Ermənistan Xarici İşlər Nazirliyi bütün dünyaya bəyan edirdi ki, Azərbaycan guya “120 min Qarabağ ermənisini qazsız qoyub”. Separatçılar bildirirdilər ki, “son siyahıyaalmaya” görə, 44 günlük müharibədən əvvəl Qarabağda 140-150 min erməni yaşayırdı. Həmin ölkənin XİN-i 44 günlük müharibədən sonra “münaqişənin gərginləşməsi nəticəsində 90 min insanın Qarabağı tərk etdiyini” bildirib. Razılaşın, “qazsız qalan” ermənilərin sayını və digər rəqəmləri nəzərə alsaq, komitənin hansı 100.000 ermənini geri qaytarmaq niyyətində olması tam aydın deyil.
Erməni diasporunun çaşqınlığı başa düşüləndir. Onlar anlaya bilmirlər ki, Frenk Pallone, Adam Şiff kimi satın alınmış konqresmenlərin timsalında Konqresdə nüfuzlu lobbisi olmayan, ABŞ-da lobbiçilik üçün pul ödəməyə hazır varlı icması olmayan Azərbaycan belə nəticələrə necə nail olur. Ermənilər həmişə olduğu kimi nəzərə almırlar ki, məskunlaşdıqları dövlətin ermənilərin maraqları ilə heç bir paraleli olmayan öz maraqları var.
Ukraynadakı müharibə çox şeyi dəyişib. ABŞ-ın indi kifayət qədər öz problemləri var. Beynəlxalq enerji böhranı gəlir, Amerikanın özündə inflyasiya müşahidə olunur, hər şey bahalaşır. Və Ermənistanda açılmış çoxsaylı cinayət işlərindən də göründüyü kimi, bu ölkədə uzun illər ABŞ və digər dövlətlərin verdiyi yardımlar mənimsənilib, başqa məqsədlər üçün istifadə olunub.
Digər tərəfdən, Azərbaycanın Qərbin enerji tərəfdaşı kimi rolu getdikcə artır. Azərbaycan Cənubi Qafqazın həqiqətən savadlı xarici siyasət yürüdən iqtisadi və siyasi lideridir. Bu təkcə ABŞ-da deyil, Azərbaycana 2 milyard avro məbləğində maliyyə yardımı paketi təqdim edən Aİ-də də başa düşüldü və qəbul edildi. Bütün dünyada ciddi ərzaq qıtlığının gözlənildiyini, bunun aclığa və siyasi problemlərə səbəb ola biləcəyini nəzərə alsaq, ölkəmiz təkcə enerji sektorunda deyil, bəlkə də aqrar sektorda mühüm tərəfdaş kimi nəzərdən keçirilir.
Vaşinqton Azərbaycanın Ukrayna ilə bağlı mövqeyini də yüksək qiymətləndirir. Azərbaycan həmişə Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyini bəyan etmiş və bəyan etməkdə davam edir, ona humanitar yardımlar göndərib.
Bəs Ermənistan və separatçılar necə kömək edə bilər? Onlar ancaq pul diləyirlər. Üstəlik, Ermənistan həmişə açıq-aşkar anti-Ukrayna mövqeyində olub və hətta Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına qoşularaq Rusiya tərəfini müasir SU-30M qırıcıları ilə təmin edib. Beləliklə, hər şey məntiqlidir. Bundan əlavə, ABŞ bu yolla öz böyük səhvini düzəldir. Axı, buna qədər onlar dünyada yeganə ölkə idi ki, Qarabağ separatçılarına hər il rəsmi olaraq maliyyə yardımı ayırırdı.
Prezident Baydenin son qərarı onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar regionda prioritetləri və maraqlarını yenidən nəzərdən keçirir (Azərbaycanın xeyrinə) və yeni reallığı qəbul edir. Görünür, amerikalılar artıq İrəvanın ikili oyunundan bezib, erməni diaspor təşkilatları isə geosiyasi təzyiq aləti kimi əhəmiyyətini itirməkdədir. Ermənistanın iqtisadi baxımdan təklif edəcəyi heç nəyi yoxdur, Qərbin baş nazir Nikol Paşinyana həvalə etdiyi əsas vəzifə (tapşırıq) isə - Rusiyanın təsirindən çıxmaq, uğursuzluğa düçar olub. Proseslər oxşar məcrada davam edərsə, Qərbin Ermənistana qarşı təzyiqləri və tənqidləri daha da artacaq və maliyyə yardımlarının kəsilməsi bunu göstərən ilk xəbərdarlıqdır.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

