Ermənistanda Brüssel ajiotajı
09.04.2022 [10:25]
Beynəlxalq aləm danışıqların nəticələrindən məmnundur
PƏRVİZ
Brüssel görüşü ikitərəfli və çoxtərəfli danışıqlarda diktə edən tərəfin qalib Azərbaycan olduğunu bir daha ortaya çıxardı. Bunu istər Ermənistan, istərsə də problemin həlli prosesində bu və ya digər şəkildə iştirak edən ölkə, beynəlxalq təşkilatlar da təsdiqləyir. 6 aprel görüşünün və onun yekunlarının Ermənistanda böyük ajiotaja, təşvişə səbəb olması da bundan qaynaqlanır. Ermənistanın siyasi müxalifəti, eləcə də analitikləri Avropa İttifaqı Şurası rəhbəri Şarl Mişelin görüşdən sonra səsləndirdiyi fikirləri, verilən bəyanatları “təhlükəli” hesab edir. Bəyanatda səslənən fikirlərin Ermənistanın maraqlarına xidmət etməməsi bu ölkədə ölü sükut yaradıb.
Ermənistan pessimizm girdabında
Ermənistanın tanınmış politoloqu Yervand Bozoyanın fikrincə, Brüssel danışıqlarının nəticələri nikbinlik yaratmır, əksinə, narahatlıq doğurur. O, diqqəti Şarl Mişelin yekun bəyanatında ATƏT-in Minsk Qrupundan bəhs olunmadığı kimi, “Dağlıq Qarabağ”ın da ümumiyyətlə, qeyd edilməməsinə yönəldib: “Əgər söhbət yalnız ərazi bütövlüyünün qarşılıqlı tanınmasından gedirsə, deməli, Brüssel görüşü Azərbaycanın maraqlarına xidmət edib. Bəyanatın mətnində “Artsax” məsələsi qeyd olunmayıb”.
“Hayatsk” mərkəzinin analitiki Anna Karapetyan isə ölkəsinin baş nazirin açıqlamalarını inandırıcı hesab etmir. Onun fikrincə, Ermənistan hakimiyyəti elə təsəvvür yaratmağa çalışır ki, “Artsax”ın statusu məsələsi onların diqqət mərkəzindədir və danışıqlar prosesinin mərkəzində durur. Amma hər şey əksinədir.
Göründüyü kimi, Ermənistan cəmiyyəti artıq reallığı anlamağa başlayıb. Onlar Azərbaycanın regionda yaratdığı yeni siyasi, iqtisadi reallıqların qlobal miqyasda dəstəkləndiyini müşahidə edirlər. Dünya ölkələrinin Brüssel görüşünə marağı və onun nəticələrinə verdiyi qiymət də bu deyilənləri təsdiqləyir.
Nəticələr beynəlxalq səviyyədə dəstəklənir
Məsələn, Prezident İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı telefon danışığı zamanı Brüsseldə keçirilmiş üçtərəfli görüş haqda söhbət aparılıb. Türkiyə lideri əldə olunmuş nəticələrdən məmnunluğunu ifadə edib. Söhbət zamanı Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının, nəqliyyat-kommunikasiya xətlərinin qurulmasının regionda davamlı sülhün və sabitliyin təmin olunmasına, region ölkələrinin inkişafına və firavanlığına xidmət edəcəyi vurğulanıb.
Uzun illər Ermənistan ilə Azərbaycan arasında vasitəçi missiya statusu daşımış ATƏT Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan liderləri arasında baş tutan görüşü və mümkün sülh müqaviləsi istiqamətində başlanılan prosesi alqışlayıb. Bu barədə Polşanın ATƏT sədrliyinin “Twitter” hesabında bildirilib. Qeyd olunub ki, təşkilat Cənubi Qafqazda sabit və dinc mühitin təmin edilməsi üçün bütün səylərdə kömək etməyə hazırdır.
“Davamlı sülh, sabit və təhlükəsiz Cənubi Qafqaz istiqamətində çalışmaq üçün Ermənistan və Azərbaycan arasında mühüm səylər və irəliləyiş əldə olunub”. Bunu isə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell “Twitter”də bildirib. Aİ-nin Ali Nümayəndəsi vurğulayıb ki, mövcud geosiyasi kontekstdə münaqişələri diplomatiya ilə həll etməyin yollarını tapmaq həmişəkindən daha vacibdir.
Brüssel görüşü Rusiya tərəfindən də yüksək dəyərləndirilir. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya Azərbaycan və Ermənistanın sülh müqaviləsi ilə bağlı danışıqlara başlamaq niyyətini müsbət qiymətləndirir. “Kreml bunu müsbət qiymətləndirir. Anlaşılandır ki, bu proses olduqca uzun çəkir. Lakin belə bir müqavilənin bağlanmasına doğru irəliləyiş öz-özlüyündə müsbət faktdır və alqışlanır”, - Kremlin sözçüsü vurğulayıb.
“Çin Azərbaycan və Ermənistan arasındakı fikir ayrılıqlarının dialoq və məsləhətləşmələr yolu ilə həllinə yönələn fəaliyyəti alqışlayır”. Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilmiş görüşü şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan Çinin əməkdaşlıq etdiyi dost tərəfdaşlardır: “Biz tərəflərin fikir ayrılıqlarını dialoq və məsləhətləşmələr yolu ilə həllinə yönələn fəaliyyətini görməyə şadıq. Ümidvarıq ki, tərəflər regionda sülh və sabitliyi və insanlar üçün əmin-amanlığı birgə təmin etmək üçün atəşkəs haqqında konsensusa əməl edəcək”.
Üçtərəfli görüş xarici medianın diqqətində
Brüssel görüşü xarici KİV-lərin də diqqət mərkəzində olub. İspaniyanın EFE xəbər agentliyi, SWI swissinfo.ch (İsveçrə İctimai Yayım Korporasiyasının beynəlxalq onlayn platforması) və Meksikanın “Publimetro” qəzetinin rəqəmsal nəşri “Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası üzrə birgə komissiya yaradacaq”, Misirin “əl-Diplomasi”, “Nile1” və “Yeni dünya xəbərləri” portallarında “Brüssel görüşü Azərbaycanın daha bir diplomatik qələbəsidir” sərlövhəli məqalələr yayımlanıb. Eləcə də, Yaponiyanın “ajmedia.jp” saytı, İranın “Fars news”, “Tasnim news”, “Aftab news”, “İlna news”, “Farda news”, “Mehr news”, “Euro news” saytının fars dilindəki bölməsi, Moldovanın “Tribuna”, “TV8” xəbər portalları və başqa mətbuat orqanları Brüssel danşıqlarına geniş yer ayırıblar.
Xəbər lenti
Hamısına baxGündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

