/ / İlham Əliyev Səudiyyə Ərəbistanı Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - Yenilənib
İlham Əliyev Səudiyyə Ərəbistanı Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - Yenilənib
09.05.2022 [16:40]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 9-da Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ölkələrimizin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini vurğulayaraq siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu qeyd etdi. Səudiyyə Ərəbistanı Krallığına səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu səfərlər zamanı göstərilən qonaqpərvərliyin xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərini bir daha nümayiş etdirdiyini bildirdi.
Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanda Səudiyyə Ərəbistanı Krallığına xüsusi rəğbətlə yanaşılır. Çünki Səudiyyə Ərəbistanı Krallığı dünyanın nadir ölkələrindəndir ki, Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. Bunun səbəbi isə torpaqlarımızın işğal altında olması idi. Prezident İlham Əliyev qeyd etdi ki, biz bu mövqeyi çox yüksək qiymətləndiririk. Dövlətimizin başçısı bildirdi ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması erməni vəhşiliyini, azad edilmiş torpaqlarda hər şeyin, o cümlədən 67 məsciddən 65-nin ermənilər tərəfindən dağıdıldığını bütün dünyaya göstərdi.
Ölkəmizin ərazi bütövlüyünü bərpa etməsindən sonra iqtisadi sahədə, o cümlədən energetika sahəsində əməkdaşlıq imkanlarının daha da artdığını vurğulayan Prezident İlham Əliyev bu baxımdan Səudiyyə Ərəbistanı Krallığının böyük şirkətlərinin Azərbaycana maraq göstərməsinin məmnunluq doğurduğunu bildirdi, bu ölkənin “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda Külək Elektrik Stansiyasının təməlinin qoyulmasını bunun yaxşı nümunəsi kimi qiymətləndirdi.
Beynəlxalq təşkilatlarda da ölkələrimizin bir-birini dəstəklədiyini vurğulayan dövlətimizin başçısı, eyni zamanda, insanlar arasındakı əlaqələrin, qarşılıqlı səfərlərin və turistlərin sayının artmasının əməkdaşlığımızın gələcəkdə daha da inkişaf etməsi üçün yaxşı zəmin yaratdığını bildirdi.
Prezident İlham Əliyev Şeyx Səud bin Abdullah Əl Müacibin səfərinin ikitərəfli münasibətlərin inkişafına töhfə verəcəyinə əminliyini ifadə etdi.
Şeyx Səud bin Abdullah Əl Müacib İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Salman bin Əbdüləziz Al Səud və vəliəhd Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuda çatdırmağı xahiş etdi.
Azərbaycanda gördüyü inkişaf proseslərinin onlarda sevinc hissi doğurduğunu bildirən qonaq dedi: “Ölkənizin əldə etdiyi inkişafla bağlı Sizi təbrik etmək istəyirəm. Biz Azərbaycan haqqında, ölkənizin iqtisadi, ictimai və sosial sahələrdə əldə etdiyi nailiyyətlər barədə çox eşitmişik. Xüsusilə, böyük Qələbəniz, torpaqlarınızı qısa vaxt ərzində azad etdiyinizə görə Sizi təbrik edirik”.
Şeyx Səud bin Abdullah Əl Müacib 10 may - ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində onun xatirəsini dərin ehtiramla yad etdi.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

