Sərhədlərimiz necə qorunacaq?
13.05.2022 [10:17]
Nardar BAYRAMLI
Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da “Sərhəd mühafizə orqanları haqqında” Qanuna dəyişiklikləri təsdiq edib. Qanuna edilən dəyişikliyə əsasən Dövlət Sərhəd Xidməti haqqında Əsasnaməyə hava əməliyyatlarının xüsusi təyinatlı qüvvələri də əlavə edilib. Yəni əgər indiyədək Azərbaycanın sərhədlərinin toxunulmazlığı çevik reaksiya qüvvələri, Sahil Mühafizəsi və sərhəd nəzarəti tərəfindən təmin edilirdisə, artıq siyahıya hava əməliyyatlarının xüsusi təyinatlıları da daxil edilib.
Bəs “Sərhəd mühafizə orqanları haqqında” Qanuna edilən dəyişikliklərin əhəmiyyəti nədən ibarətdir? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən hərbi ekspert Emin Həsənli bildirib ki, Azərbaycanın dövlət sərhədlərinin mühafizəsi yüksək səviyyədə təşkil olunub. Onun sözlərinə görə, müvafiq qurumlar bu vəzifəni lazımi səviyyədə həyata keçirirlər: “Düşünürəm ki, “Sərhəd mühafizə orqanları haqqında” Qanuna edilən dəyişikliklər bu işi daha da gücləndirməyə xidmət edir. Bilirsiniz ki, ölkəmizdə bütün sahələrdə, o cümlədən orduda, hüquq mühafizə sistemində islahatlar aparılır. Həyata keçrilən islahatlar Dövlət Sərhəd Xidmətində də özünü göstərir. Yəni Azərbaycan Silahlı Qüvvələrinin tərkibinə daxil olan strukturların yenilənməsi, modernləşdirilməsi prosesləri davam edir. Biz bunun Müdafiə Nazirliyinin tərkibində olan hərbi birləşmələrə nəzər yetirdikcə şahidi ola bilirik. Həm də, Dövlət Sərhəd Xidməti öz fəaliyyətini davamlı olaraq gücləndirir. Bu gün Dövlət Sərhəd Xidmətinin tərkibində sahil mühafizə, sərhəd qoşunları, xüsusi təyinatlı hərbi birləşmələr, aviasiya dəstəsi fəaliyyət göstərir ki, bu da artıq həmin strukturun genişlənməsindən xəbər verir. Bütövlükdə, Azərbaycan Respublikasının dövlət sərhədlərinin quruda, dənizdə və havada qorunması qanunla Dövlət Sərhəd Xidmətinin vəzifəsidir. Dövlət Sərhəd Xidməti bu prosesdə silahlı qüvvələrin digər qurumları ilə qarşılıqlı fəaliyyətdə də ola bilər. Buna əlavə olaraq, hava əməliyyatlarının xüsusi təyinatlı qüvvələrinin müəyyən olunması çox ciddi və önəmli addımdır. Biz bilirik ki, güc strukturlarının xüsusi təyinatlıları var. 44 günlük Vətən müharibəsində bu xüsusi təyinatlıların qəhrəmanlığı bütün dünyaya məlum oldu. Düşmən Azərbaycan xüsusi təyinatlılarının qarşısından qaçırdı, onların adı gələndə indi də qorxularından tir-tir əsirlər”.
Hərbi ekspert qeyd edib ki, “Sərhəd mühafizə orqanları haqqında” Qanuna edilən dəyişikliklərə əsasən hava əməliyyatlarının xüsusi təyinatlılarının yaradılması artıq Azərbaycan sərhədlərinin qorunması prosesində yeni mərhələnin başlanması kimi dəyərləndirilə bilər: “Hava məkanına müdaxilə, havadan kəşfiyyat və əks-kəşfiyyat əməliyyatlarının qarşısının sürətlə alına bilməsi üçün hava əməliyyatlarının xüsusi təyinatlı qüvvələrinin xidmət rejiminin təşkili və gücləndirilməsi əhəmiyyətlidir. Müəyyən hadisə baş verən vaxt daha çox quru ərazidən əməliyyatları aparan sərhəd qoşunları bundan sonra hava desant birləşmələri səviyyəsində də bu prosesləri icra edə biləcək. Bu isə əməliyyatlarda həm Dövlət Sərhəd Xidmətinə, həm də Azərbaycan Silahlı Qüvvələrinə üstünlük qazandıracaq. Bu məqam həm də həmin strukturun genişlənməsinə, şəxsi heyətin artmasına gətirib çıxaracaq”.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

