Dəyişdirilmiş 33 maddə...
07.06.2022 [09:49]
Qazaxıstanda referendum baş tutdu
Nardar BAYRAMLI
İyunun 5-də Qazaxıstanda konstitusiyaya əlavə və dəyişikliklər üzrə referendum normal şəraitdə keçib və baş tutmuş hesab edilib. Belə ki, səsvermədə iştirak edənlərin sayı zəruri olan 50 faiz həddini ötüb. Qazaxıstanın Mərkəzi Referendum Komissiyasının məlumatına görə, ölkə üzrə bütün məntəqələr bağlanarkən 68,44 faiz seçici fəallığı qeydə alınıb. Ölkə qanunvericiliyinə əsasən, Mərkəzi referendum komissiyası yekun nəticələri səsvermədən sonrakı yeddi gün ərzində dərc etməlidir.
Qeyd edək ki, konstitusiyaya əlavə və dəyişikliklər edilməsinə dair referendum keçirilməsi təşəbbüsünü Prezident Kasım-Jomart Tokayev aprelin 29-da Qazaxıstan xalqları assambleyasının sessiyasında irəli sürüb. Təklif olunan dəyişikliklərə əsasən, dövlət başçısının səlahiyyətləri azaldılır, parlamentin və yerli nümayəndəli orqanların rolu əhəmiyyətli dərəcədə gücləndirilir, Konstitusiya Məhkəməsi yaradılır, həmçinin ölkənin birinci prezidenti Nursultan Nazarbayevin statusu haqqında müddəalar konstitusiyadan çıxarılır. Referendumda konstitusiyaya 33 dəyişiklik səsə qoyulub. Ümumilikdə, dəyişikliklər Qazaxıstan konstitusiyasının üçdə birin? əhatə edir. Prezident üçün nəzərdə tutulan məhdudiyyətlərə görə, bir nəfər ardıcıl iki dəfədən artıq dövlət başçısı seçilə bilməyəcək və səlahiyyət müddəti ərzində partiya mənsubiyyəti olmayacaq. Bundan başqa, prezidentin qohumları dövlət strukturlarında rəhbər vəzifələr tuta bilməyəcəklər. Artıq Mərkəzi Referendum Komissiyası ölkədə keçirilmiş referendumun ilkin nəticələrini açıqlayıb. İlkin nəticələrə əsasən Konstitusiyaya düzəlişlərin lehinə seçicilərin 77,18 faizi, əleyhinə isə 18,66 fazi səs verib. Bülletenlərin 2,58 faizi etibarsız sayılıb, səslər hesablanarkən bülletenlərin 1,58 faizi nəzərə alınmayıb.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Qazaxıstanda keçirilən referendum ölkədə olan narahat ictimai-siyasi vəziyyəti sabitləşdirmək baxımından əhəmiyy?tlidir. O xatırladıb ki, bu ilin əvvəlində ölkədə hakimiyyət əleyhinə etirazlar geniş vüsət almışdı və iğtişaşlara çevrilərək ölkənin müxtəlif bölgələrinə yayılmışdı: “Vəziyyət gərginləşdiyi üçün Prezident Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət ünvanladı. KTMT-nin qüvvələri Qazaxıstana daxil olaraq sabitliyin təmin olunmasında iştirak etdi. Həmin hadisələrdən sonra isə Qazaxıstanda demokratikləşmə ilə bağlı proqnozlar, anonslar verildi. Konstitusiya dəyişiklikləri də bu prosesin tərkib hissəsidir. Dəyişikliklərə əsasən, bu ölkədə parlamentin səlahiyyətləri artırılır. Bundan sonra Qazaxıstanda parlamentin nüfuzu və gücü hiss olunacaq. Qanunvericilik hakimiyyətinin güclənməsi dövlət idarəetmə aparatının daha da möhkəmlənməsi ilə də nəticələnə bilər. Həm də birinci prezident Nursultan Nazarbayevin ölkənin ictimai-siyasi həyatına təsiri sıfıra endir?lir. Bu addımların atılması Qazaxıstanın beynəlxal? müstəvidə nüfuzunun artmasına, ictimai-siyasi sabitliyin qorunmasına və xalqın rifahının yüksəlməsinə xidmət etməlidir”.
Politoloq qeyd edib ki, Azərbaycanla Qazaxıstan dost və qardaş ölkələrdir: “Əlaqələrimizin inkişafı üçün böyük planlar var, bizi həm də Türk Dövlətləri Təşkilatı birləşdirir. Qazaxıstanın inkişafı, çiçəklənməsi Azərbaycanın marağındadır. Yaxın gələcəkdə Zəngəzur dəhlizinin reallaşması Qazaxıstanın da önəmini əhəmiyyətli dərəcədə artırır. Qazaxıstanın güclü olması Mərkəzi Asiyanın digər dövlətləri üçün də bir avantajdır. Bütövlükdə, hesab edirəm ki, Qazaxıstan böyük transformasiya dövrünə qədəm qoyur. Bu baxımdan, atılan addımlar, yəni konstitusiya dəyişiklikləri bu ölkə üçün uğurlu olacaq”.
Xəbər lenti
Hamısına baxSosial
14 May 19:20
Dünya
14 May 19:05
Mədəniyyət
14 May 18:39
Sosial
14 May 18:07
Dünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17

