Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İlham Əliyev İran Prezidentinə başsağlığı verib

İlham Əliyev İran Prezidentinə başsağlığı verib

09.06.2022 [18:48]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İranda sərnişin qatarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Prezident Seyid İbrahim Rəisiyə başsağlığı məktubu göndərib. 

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubda Məşhəd-Yəzd istiqamətində hərəkət edən sərnişin qatarının qəzaya uğraması nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən kədərləndiyini bildirib. 

Prezident İlham Əliyev bu ağır faciə ilə əlaqədar İran dövlətinin başçısına, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Paylaş:
Baxılıb: 747 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Sosial

32 il ötdü...

03 İyul 12:10  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31