Finlandiya da şərt qoydu...
14.06.2022 [10:46]
Helsinki İsveçsiz Şimal Alyansına daxil olmayacaq
Pərviz SADAYOĞLU
İyunun 28-də Madriddə baş tutacaq NATO sammiti bir sıra mühüm dəyişikliklərlə yadda qala bilər. Belə ki, təşkilat özünün yeni strategiyasını və gələcək hədəflərini müəyyənləşdirməklə yanaşı, genişlənmə planı ilə bağlı da qəti qərarlar verə bilər. Burada əsas müzakirə mövzusu ilə Finlandiya və İsveçin Alyansa daxil olmalarıdır. Bəlli olduğu kimi, Türkiyə bu məsələdə özünün veto hüququndan istifadə edərək iki dövlətin qurum üzvü olması qarşılığında bir sıra şərtlər irəli sürüb. Rəsmi Ankara Skandinaviya dövlətlərinin terrorçu qruplaşmaların üzvlərini himayə etdiyini əsas gətirərək, həmin şəxslərin Türkiyəyə təhvil verilməsini tələb edib. Eləcə də, Türkiyə hər iki dövlətin gələcəkdə terrorçu qruplaşmalarla əlbir fəaliyyət göstərməməsi üçün təminat istəyib. Hələlik nə Finlandiya, nə də İsveç məsələ ilə bağlı qəti qərarını açıqlamayıb.
Bu arada Finlandiya prezidenti Sauli Niiniste NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında ölkəsinin İsveç olmadan NATO-ya üzv olmayacağını bildirib. Bu barədə NRK məlumat yayıb. Finlandiya prezidentinin sözlərinə görə, əgər İsveçin Türkiyə ilə mövcud problemləri ölkənin alyansa üzvlüyünü təxirə salacaqsa, o zaman Finlandiya da NATO-ya daxil olmayacaq. “İsveçin səbəbi bizim işimizdir. Bu o deməkdir ki, biz əl-ələ verib irəliləyirik”, - Niiniste bildirib.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan” qəzetinə bölüşən Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramil Həsən bildirib ki, bəzi dairələr Türkiyənin bu məsələ ilə bağlı ortaya qoyduğu iradəni fərqli müstəvilərdən izah etməyə çalışır. Rəsmi Ankara NATO-nun genişlənməsi planına qarşı deyil, sadəcə olaraq alyansda müttəfiq olacaq ölkələrin qarşılıqlı olaraq təhlükəsizlik məsələsində də bir yerdə olmasını arzulayır: “Cənab Ərdoğan son çıxışlarında da vurğuladı ki, burada məsələ NATO-nun genişlənmə planına qarşı deyil. Amma alyansa daxil olan ölkələr anlamalıdırlar ki, NATO-nın əsas fəaliyyət mexanizmi, fəaliyyət fəlsəfəsi təhlükəsizliyin təmini ilə bağlıdır. Türkiyəyə qarşı terror təhdidi yaradan silahlı birləşmələrin üzvlərini himayə edən dövlətlər dolayısı ilə, həm də terrora dəstək vermiş olurlar. Türkiyənin mövqeyi qəti və kifayət qədər açıqdır. Rəsmi Ankara milli təhlükəsizliyinin təmini üçün belə bir şərt irəli sürür. Münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi üçün ölkələr qarşılıqlı etimad mühiti formalaşdırmalıdır. Türkiyənin həm NATO-dan, həm də Finlandiya və İsveçdən gözləntisi bundan ibarətdir”.
Millət vəkili vurğulayıb ki, iyunun 28-də Madriddə keçiriləcək NATO sammitində Finlandiya və İsveçin quruma daxil olması məsələsinin də müzakirəsi gözlənilir. Bir müddət öncə Ağ Ev də öz mövqeyini bildirmişdi və məsələnin tezliklə həllini arzuladığını bəyan etmişdi. O baxımdan, Finlandiya prezidenti də qarşıdan gələn sammitdə “əlini gücləndirmək üçün” bu kimi siyasi təzyiq imkanlarından istifadə etməyə çalışır. “Məlum məsələdir ki, İsveç PKK və digər radikal təmayüllü terroristləri daha çox himayə edir, onların maddi cəhətdən təmin edilmələri üçün şərait yaradır. Hətta bu ölkələrin siyasi dairələrində belə bu kimi şəxsləri açıq dəstəkləyənlər mövcuddur. Finlandiya prezidentinin açıqlaması da bundan qaynaqlanır. Onlar anlayrlar ki, Türkiyə bu məsələdə israr edəcək. Ola bilsin ki, Finlandiya ilə bağlı problemin aradan qalxması daha real görünür və əsas problem İsveçlə bağlıdır. Bu baxımdan, Helsinki NATO-ya daxil olarkən İsveçi də özü ilə bərabər daşımaq niyyətinə düşüb. Amma mənzərə kifayət qədər məlumdur. Türkiyə öz mövqeyindən geri çəkilməyəcəyini dəfələrlə bəyan edib. Finlandiya və İsveç alyans üzvü olmaq üçün irəli sürülən şərtləri yerinə yetirməlidir. Əks halda onların quruma yolu qapana bilər. Çünki Türkiyənin NATO üçün əhəmiyyəti kifayət qədər çoxdur. İnanmıram ki, NATO üzvü olan ölkələr Türkiyəni itirmək bahasına Finlandiya və ya İsveçi dəstəkləsin”, - deyə millət vəkili əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

