15 iyun 1993-cü il: baş tutmayan mitinq
15.06.2022 [10:09]
Mitinq cəhdi nəticə vermədi, prezident postunu tərk etməli oldu
Hakimiyyətin və dövlətin taleyini xalq müəyyən etdi
Tarix təkcə təqvim günlərini əks etdirmir. O, faktları təqdim edir, dünənki reallıqları xatırlamağa, bugünkü vəziyyəti görməyə - dəyərləndirməyə imkan verir. Və hər bir xalqın siyasi tarixi özündə müsbət və ya mənfi olmasından asılı olmayaraq fərqli, müxtəlif nümunələri, təcrübələri əks etdirir. Bu mənada, Azərbaycanın dövlətçilik və müstəqillik tarixi də istisna deyil. İkinci dəfə əldə etdiyimiz müstəqilliyin ilk illərinə nəzər saldıqda bir çox məqamlar diqqəti cəlb edir. Bunlardan biri də elə içində olduğumuz iyun ayında - 1993-cü ilin bu günlərində yaşananlar, baş verən hadisələrdir.
Nurlan QƏLƏNDƏRLİ
Həmin vaxt ölkədə AXC-Müsavat cütlüyünün yaratdığı krizis və tənəzzül şəraiti Azərbaycanı iflic vəziyyətinə salmışdı. Respublikanı idarə etmək, hakimiyyət səlahiyyətlərini yerinə yetirmək üçün məsuliyyət daşıyan şəxslər onlara aid olan məsələlərdən başqa bütün işlərlə məşğul idilər. Atılan addımlar, verilən bəyanatlar, deyilən sözlər hakimiyyət təmsilçilərinin siyasətin “s”indən xəbərlərinin olmadığını göstərirdi. Parlamenti “siyasi çayxana” kimi idarə edən - ölkəni idarə edə bilməyən AXC-Müsavat cütlüyünün nümayəndələri hirs-hikkə və xüsusi ədayla etdikləri çıxışlarla özlərini rüsvay edirdilər. Gah “bəzi deputatlar ucqar rayonlardan gəliblər, Bakıda olan vəziyyəti başa düşmürlər” deyirdilər, gah “biz hakimiyyətə gəlməyimizi xarici dövlətlərlə razılaşdırmışıq” söyləyirdilər və s. Bu, onların xalqın iradəsinə və dövlət idarəetməsinə yanaşmasının nədən ibarət olduğunu göstərirdi. Özünü “demokratik düşərgə nümayəndəsi” adlandıran “siyasətçi”lərin demokratiya anlayışı “hakimiyyətin mənbəyi xalq - xalqın iradəsi deyil, xarici dövlətlərin razılığıdır” düşüncəsi səviyyəsində idi.
Belə bir şəraitdə hakimiyyət böhranı pik həddə çatmışdı və siyasi krizisin müxtəlif təzahürləri var idi. Daxili işlər naziri və parlament sədri prezidentlik iddialarını açıq şəkildə dilə gətirirdilər; baş prokuror prezidentin həbs olunması ilə əlaqədar əmrə imza atmışdı, dövlət katibi prezidentin öz postundan uzaqlaşdırılmasına çalışırdı və s. 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC-Müsavat hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun başçılıq etdiyi qrupla hökumət qüvvələri arasında toqquşmanın baş verməsi də hakim komanda daxilində qarşıdurmanın təzahürü idi. Bunlar Azərbaycanın vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə olduğunu təsdiqləyirdi.
Azərbaycan xalqı isə AXC-Müsavat cütlüyünə narazılığını, qəzəbini, hətta ikrah hissini ifadə edir, çıxış yolunu müdrik dövlət xadimi Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasında görürdü. Maraqlı bir məqama - tarixi fakta nəzər salaq: 15 iyun 1993-cü il tarixində Heydər Əliyev Ali Məclisin Sədri seçildiyi zaman ovaxtkı prezident Əbülfəz Elçibəy Prezident Aparatının qarşısına mitinq təyin etmişdi. Həmin vaxt mitinqin təşkili işinə Prezident Aparatında Ərazi idarəetmə şöbəsinin müdiri olan Arif Hacılı rəhbərlik edirdi (daha doğrusu, edə bilmirdi). Təsadüfi deyil ki, Əbülfəz Elçibəy mitinqdən sonra Hacılıya və digərlərinə xitabən “yekə-yekə danışırsınız, amma Aparatın qabağına 300 adam yığa bilmirsiniz”,- deyə bildirmişdi. Bəli, xalqın iradəsi ortada idi. Bu fakt 2 əsas məqamı ifadə edirdi:
- Xalqın inam və etimad ünvanı olan Heydər Əliyevin yüksək nüfuzu AXC-Müsavat cütlüyünün hansısa uğur qazanmasını istisna edirdi;
- Cəbhə-Müsavat tandeminin cəmiyyətdə müsbət imici, heç bir təsir imkanları yox idi. Və hakimiyyətin taleyini müəyyən edən amil 4 iyun hadisələri, Surət Hüseynovun başçılıq etdiyi qrupla hökumət qüvvələri arasında toqquşmanın baş verməsi deyil, xalqın AXC-Müsavat qruplaşmasına “yox” deməsi, onları rədd etməsi idi.
Beləliklə, Elçibəy hakimiyyətinin dəvətini rədd edən xalq Heydər Əliyevi xilas, qurtuluş, rifah və tərəqqi üçün dəvət etdi.
Təsadüfi deyil ki, iyunun 15-dəki mitinq cəhdinin nəticə vermədiyini (və xalqın onları qəbul etmədiyini) görən Əbülfəz Elçibəy iki gün sonra prezident postunu tərk edərək Kələkiyə getdi.
Cəmiyyətin nəbzini - xalqın münasibətini obyektiv surətdə əks etdirən daha bir fakta diqqət yetirək: 1994-cü il oktyabrın 4-də xalqın iradəsinə, milli maraqlara zidd olaraq dövlət çevrilişinə cəhd göstərildi. Vətənpərvər şəxsiyyət, təcrübəli dövlət xadimi Heydər Əliyev çox müdrik bir addım atdı, oktyabrın 4-də televiziya ilə birbaşa xalqa müraciət edərək vətəndaşları Azərbaycan dövlətçiliyini və milli suverenliyini qorumaq naminə Prezident sarayının qarşısına çağırdı. Qısa müddətdə on minlərlə insan öz Liderinin ətrafına toplaşaraq güclü və qətiyyətli dəstək ifadə etdi. Bu, xalq-iqtidar birliyinin, milli həmrəyliyin əyani ifadəsi - bariz sübutu idi. Azərbaycan xalqı bir daha Heydər Əliyevə inam və dəstəyini, dövlətə, dövlətçiliyə sədaqətini nümayiş etdirdi.
Tarixi təhrif, reallıqları isə inkar etmək olmaz. Faktlar kimin kim, hadisə və proseslərin mahiyyətinin isə nədən ibarət olduğunu əks etdirir. Əlavə sözə gərək yox!
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

