Daha bir təşəbbüs və Niyyət Protokolu...
29.07.2022 [10:16]
Türk dövlətlərinin xüsusi xidmət orqanlarının əməkdaşlığı regional və beynəlxalq sabitlik, təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir
Türkdilli dövlətlər arasında münasibətlər uğurla inkişaf etməkdədir. Ötən illər ərzində türkdilli dövlətlər arasında əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə keçib və ölkələrimiz arasında əlaqələr konkret mexanizmlər əsasında inkişaf etdirilir. Türk dövlətlərinin başçıları siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fəaliyyətin əsasını qoymaqla əbədi qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin yaradıblar. Ümumiyyətlə, türk xalqlarını ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi və dini dəyərlər, tarixi köklər, etnik əlaqələr birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün əsas təməldir. Bu əlaqələrin əhatə dairəsi çoxşaxəlidir.
Qarşılıqlı əməkdaşlıqdan danışarkən, türk dövlətlərinin təhlükəsizlik sahəsində əlaqələri xüsusi vurğulanmalıdır. İyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclası keçirilib. Tədbirdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Qırğızıstan, Qazaxıstan və Özbəkistanın xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndələri iştirak ediblər. İclasda üzv dövlətlərin təhlükəsizlik təşkilatlarının rəhbərlərinin məruzələri dinlənilib.
DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev çıxışında rəhbəri olduğu qurumun Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının Türk Dövlətləri Təşkilatına qoşulması ilə bağlı təşəbbüsünün tərəfdaş ölkələr tərəfindən dəstəkləndiyini və bu iclasda bununla əlaqədar Niyyət Protokolunun imzalanacağını məmnunluqla qeyd edib, təşkilatın adının dəyişdirilərək “Türk dövlətləri xüsusi xidmət orqanları” adlanmasına dair təklif irəli sürüb. DTX-nin rəisi dünyada cərəyan edən qlobal kataklizmlərin və proseslərin regionumuzun təhlükəsizlik mühitinə ciddi təsir göstərdiyini qeyd edərək türkdilli dövlətlərin birgə fəaliyyətinə yenidən baxılmasının vacibliyinə toxunub, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, ekstremizm və radikalizmin yeni təzahürlərinin meydana çıxmasının, müharibə və münaqişələr nəticəsində müvafiq ölkələrdən qaçqın axınının həmin insanlar arasında olan radikalyönümlü şəxslərin ölkələrarası hərəkət imkanlarının genişlənməsinə şərait yaratmasının xüsusi narahatlıq doğurduğunu bildirib. Göstərilən məsələlərlə əlaqədar, türkdilli dövlətlərin xüsusi xidmət orqanları tərəfindən əməkdaşlıq münasibətlərinin maksimum dərəcədə sıx qurulmasının, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin daha da effektiv təşkil edilməsinin, birgə səylərin bundan sonra da əzmlə davam etdirilməsinin zəruriliyi vurğulanıb.
General-polkovnik Əli Nağıyev bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələrin regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyətinin mütəmadi davam etdirildiyini, eləcə də Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərindən hələ də əl çəkməməsi və bu ölkənin müxalifətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirilməsi üçün ciddi-cəhdlə çalışmasının dərin təəssüf hissi yaratdığını nəzərə çatdırıb. O bildirib ki, respublikamızın xüsusi xidmət orqanları tərəfindən daim ayıq-sayıqlıq qorunmaqla belə məqamların səbəb ola biləcəyi hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaq.
Konfransın sonunda üzv dövlətlər tərəfindən müvafiq sənədlər imzalanıb.
Ümumiyyətlə, türkdilli dövlətlərin regionda sabitliyin və sülhün qorunub saxlanılması, ölkələrimizin ərazi bütövlüyünün beynəlxalq səviyyədə tanınması və BMT-nin qəbul etdiyi qətnamələrdən irəli gələn məsələlərin türk dövlətləri arasında da yekdilliklə qarşılıqlı hörmətə dayanaraq qəbul olunması kimi məsələləri də vurğulaya bilərik. Burada 30 ilə yaxın davam edən keçmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni qeyd etmək lazımdır. Türk dövlətləri hər zaman bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına dəstək nümayiş etdiriblər. Bu fakt Azərbaycanın uğuru olmaqla bərabər, türk dövlətləri tərəfindən ölkəmizin haqq səsinin qəbul olunması və dəstəklənməsinə verdikləri dəstək və həmrəylik kimi qəbul edilməlidir. 44 günlük Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi də qardaş dövlətlər tərəfindən sevinclə qarşılanıb. Hazırda Ermənistanda revanşist qüvvələr regionda vəziyyəti gərginləşdirməyə çalışır. DTX rəisi Əli Nağıyevin də dediyi kimi dövlətimiz bu istiqamətdə hər cür halların qarşısını almağa qadirdir.
Beləliklə, türk dövlətlərinin təhlükəsizlik sahəsində əməkdaşlığı gələcəkdə türk dünyasının qlobal proseslərdə rolunun güclənməsinə mühüm töhfələr verə bilər. Bu isə regional və beynəlxalq sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində müstəsna əhəmiyyət kəsb edir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

