Vaşinqtonda bəyan edilən məsələlər
29.09.2022 [10:00]
Politoloq: Hikmət Hacıyevin Birləşmiş Ştatlara səfərinin mühüm siyasi effekti var
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Birləşmiş Ştatlar Prezidenti Cozef Baydenin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan görüş barədə bildirib ki, birbaşa və konstruktiv danışıqlar üçün Hikmət Hacıyev və Armen Qriqoryanla müzakirələr aparılıb. “Biz növbəti şiddətin qarşısının alınmasının, vaxta bağlı və diqqət mərkəzində olan danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz sabit və dayanıqlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyənləşdirdik”, - deyə Ceyk Sallivan qeyd edib.
Hikmət Hacıyev isə Ceyk Sallivanın təşəbbüsü ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşdən sonra mətbuata açıqlamasında bu görüşün təşkil edilməsinə və regionda davamlı sülhün təmin olunması istiqamətində səylərinə görə ABŞ tərəfinə təşəkkür edib. O diqqətə çatdırıb ki, görüşün nəticələri haqda Ceyk Sallivan tərəfindən razılaşdırılmış qaydada məlumat verilib. “Burada əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir. Görüşdə sülh müqaviləsi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, nəqliyyat xətlərinin açılması, o cümlədən humanitar gündəliyin tərkib hissəsi olan minalar və itkin düşmüş şəxslərlə bağlı məsələlər müzakirə olunub”, - deyə Hikmət Hacıyev qeyd edib.
ABŞ-a səfəri çərçivəsində Prezidentin köməkçisi Hikmət Hacıyev, həmçinin, Birləşmiş Ştatların müdafiə katibinin siyasi məsələlər üzrə müavini Kolin Kahl ilə görüşüb. H.Hacıyev və Kolin Kahl arasında baş tutan görüşdə ikitərəfli əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə olunub.
ABŞ-da aparılan danışıqları şərh edən politoloq Tural İsmayılov qəzetimizə açıqlamasında bildirib ki, özəlliklə Ermənistanın son sərhəd təxribatları ilə bağlı ABŞ tərəfindən Azərbaycan cəmiyyətində birmənalı qarşılanmayan fikirlər səsləndirilməsi fonunda Hikmət Hacıyevin Birləşmiş Ştatlara səfərinin mühüm siyasi effekti var. Unutmamalıyıq ki, Ermənistan dövləti həm Rusiyaya, həm ABŞ-a, həm də Avropa İttifaqına siyasi oyunlar nümayiş etdirir. Təəssüflər olsun ki, belə bir məqamda Amerikadakı ANCA və digər təxribatçı lobbi təşkilatları konqresmenləri yalan danışmağa təhrik edir. Eyni zamanda, ABŞ dövlət katibi Blinken və sözçü Ned Praysın Azərbaycanla bağlı səsləndirdikləri sonuncu açıqlamalar ABŞ-Azərbaycan münasibətlərinin ruhuna da uyğun gəlmirdi.
Onun sözlərinə görə, bu gün ölkəmiz Cənubi Qafqazda sabitlik və sülhdə maraqlıdır: “Azərbaycanın sülhlə bağlı mövqeləri hər dəfə Ermənistan tərəfindən sabotajlara məruz qalır. Ona görə də cənab Prezidentin sülhlə bağlı mesajlarının Hikmət Hacıyev tərəfindən ABŞ-da səsləndirilməsi mövqeyimizi görmək istəməyənlərə siyasi dərs mahiyyətində idi. Baydenin müşaviri Ceyk Sallivan və Ermənistan TŞ katibi Armen Qriqoryanla aparılan müzakirələrdə iki ölkə arasında münasibətlərin gələcək konturları haqqında vacib müzakirələr aparılıb. Hesab edirəm ki, həm rəsmi Moskva, həm də Aİ-nin sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı moderatorluğundan savayı ABŞ rəhbərliyinin də bu məsələlərdə bilgili olmağının siyasi əhəmiyyəti danılmazdır. Sabah Ermənistan delimitasiya prosesində hansısa saxta xəritələr ortaya çıxara bilər, eləcə də Pelosi, Pallone, Speyer kimi erməni diaspora sevdalılarının yeni informasiya hücumları da gözlənilən olacaq. Bu baxımdan delimitasiya ilə bağlı dövlətimizin mövqeyi bir daha Vaşinqtonda bəyan edildi. Həm də, nəzərə almaq lazımdır ki, dəfələrlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən Ermənistana itkin düşmüş şəxslərlə bağlı çağırışlar edilsə də hələ də nəticəsini görmürük”.
Politoloq qeyd edib ki, ABŞ-da Hikmət Hacıyev tərəfindən humanitar məsələlərin qabardılması, ABŞ-ın minalar və itkin düşmüş şəxslərlə bağlı məlumatlandırılması Birinci Qarabağ Müharibəsi vaxtı itkin düşən vətəndaşlarımızın taleyi ilə bağlı Ermənistanın hansısa addımlar atmağına səbəb ola bilər: “Həmçinin, kommunikasiya və nəqliyyat xətləri ilə bağlı da informasiya və fikir mübadiləsi önəmli idi. Hesab edirəm ki, bu səfərin və görüşlərin həm informasiya anlamında, həm də siyasi mənada müsbət təsirləri çox olacaq və davamlı xarakter alacaq”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

