Təcavüzkara qarşı beynəlxalq hüquqa uyğun addımlar atılmalıdır
11.02.2011 [10:31]
“Azərbaycan Dağlıq Qarabağ problemi ilə bağlı sülh yolunu seçib və məsələni sülh yolu ilə həll etmək istəyir. Lakin Prezident İlham Əliyev dəfələrlə bildirib ki, məsələ sülh yolu ilə həll edilmədiyi təqdirdə Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə istinad edərək öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün lazımi addımlar atacaq”.
Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, Beynəlxalq Böhran Qrupu müharibə təhlükəsinin yaxın olduğunu iddia edir, bir tərəfdən də Qərb ölkələri məsələni sülh yolu ilə həll etməyə çağırır. Onun sözlərinə görə, müharibə təhlükəsi varsa, bu təhlükənin yaranmasının əsas günahkarı Ermənistandır. çünki Ermənistanın qeyri-konstruktiv əməlləri Azərbaycanı məsələnin hərbi yolla həllinə keçməyə sövq edir.
“Digər günahkarlar isə Minsk qrupunun həmsədr dövlətləri və müəyyən beynəlxalq təşkilatlardır. Bu gün beynəlxalq hüquqda təcavüzkarın tərifi deyilən anlayış var və belə ölkəyə qarşı sanksiyalar tətbiq olunmalıdır. Ermənistan Azərbaycan torpaqlarına təcvüz edib, 20 faiz ərazimizi işğal altında saxlayır. Bu ərazilərə ermənilər nəzarət edir. Ona görə də, beynəlxalq təşkilatlar BMT-nin qəbul etdiyi sənədlərə uyğun olaraq Ermənistanı təcavüzkar ölkə elan etməli və bu dövlətə qarşı müəyyən sanksiyalar tətbiq etməlidir. Amma bu günə qədər heç bir sankisya tətbiq edilmir. Fakt üçün deyə bilərik ki, ABŞ-ın təşəbbüsü ilə BMT səviyyəsində bəzi ölkələrə qarşı sanksiyaların tətbiq olunur. ABŞ-ın marağı tələb etdikdə bu dövlət BMT “qamçısından” istifadə edərək ölkələrə qarşı sanksiyalar tətbiq edir. Amma çox qəribədir ki, Ermənistana qarşı nəinki hərbi, heç iqtisadi sanksiyalardan istifadə olunmur” - deyə, YAP İcra katibinin müavini qeyd edib.
M.Qurbanlı bildirib ki, Beynəlxalq Böhran Qrupu müharibə təhlükəsindən bəhs edirsə, bu təhlükənin səbəblərini araşdırmalı və reallıqları açıq şəkildə göstərməlidir.
“Biz istəyirik ki, təcavüzkara qarşı beynəlxalq hüquqa uyğun addımlar atılsın. Əgər bu olmayacaqsa, beynəlxalq hüquq kimə lazımdır? BMT Təhlükəsizlik Şurası dünyada sülh və təhlükəsizlik üçün məsuliyyət daşıyır. Amma özünün qəbul etdiyi 4 qətnaməni Ermənistan yerinə yetirmir. Yaxşı olar ki, Beynəlxalq Böhran Qrupu təhlillərini bu istiqamətə yönəltsin” - deyə o, vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27

