Siyasi partiyalar dövlət işlərində aktiv olmalıdırlar
25.10.2022 [17:50]
Deputat Parlamentdə keçirilən dinləmələrin əhəmiyyətindən danışdı
Günel ABBAS
“Hazırda “Siyasi partiyalar haqqında” qüvvədə olan qanun layihəsi 1992-ci ildə qəbul edilib, buna görə də, indiki siyasi sistemdə mövcud olan konfiqurasiya baxımından köhnəlib”.
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
Onun sözlərinə görə, bu qanun layihəsi ilə bağlı ictimai dinləmələrin keçirilməsində məqsəd ondan ibarətdir ki, Azərbaycanda mövcud olan və siyasi sistemin əsas ünsürlərindən hesab edilən siyasi partiyaların nümayəndələri bir araya toplaşaraq qanun layihəsini müzakirə etsinlər: “Məlumdur ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunub. Azərbaycan Konstitusiyasının da əsas müddəlarından biri hər bir Azərbaycan vətəndaşının siyasi partiyalarda birləşmə hüququnun olmasından xəbər verir. Eyni zamanda hər bir Azərbaycan vətəndaşı dövlət idarəçiliyində iştirak etmək hüququna malikdir. Dövlətin idarə olunmasında da siyasi partiyaların mühüm əhəmiyyəti var. Bunu da seçkilərdə iştirak etmək yolu ilə həyata keçirə bilərlər. Vətəndaşlarımızın aktivliyini artırmaq baxımından da ictimai dinləmələrin xüsusi əhəmiyyəti var”.
Deputat qeyd edib ki, yeni qanun layihəsində birinci növbədə siyasi partiyalar anlayışı məsələsi yenidən işlənməlidir və konstitusiyasının tələblərinə uyğunlaşdırılmalıdır: “Partiyalararası əməkdaşlıq, onların maliyyə hesabatları, beynəlxalq əməkdaşlıq məsələləri və Azərbaycanın siyasi sistemində oynadığı rol inkişaf etdirilməlidir. Bu məsələlərin parlamentdə gündəmə gəlməsi və müzakirəsi göstərdi ki, Milli Məclis yönümündən asılı olmayaraq bütün partiyalarla bu cür müzakirələrə açıqdır. Partiya nümayəndələrinin öz fikirlərini sərbəst çatdırması üçün də Parlamentdə hər bir şərait yaradılır. Bu müzakirələr həm də partiyalararası münasibətlərin möhkəmləndirilməsinə böyük dəstəkdir. Eyni zamanda partiyaların verdiyi təkliflərin qanunvericilikdə nəzərə alınması ölkədə mövcud olan siyasi həmrəyliyin daha da möhkəmləndirilməsinə kömək etmiş olacaq”.
Z.Əsgərov bildirib ki, siyasi partiyalar haqqında qanuna hazırda 70-ə qədər dəyişiklik edilib: “Bu da artıq yeni qanunun qəbulunu zəruri edir. Siyasi partiya nümayəndələrinin təkliflərinin hər biri qanun layihəsi yenidən işlənərkən nəzərə alınacaq. Hesab edirəm ki, bu da vacib faktorlardan biridir. Qanunun yenilənməsində əsas məqsədlərdən biri də ictimai münasibətlərin xarakterinə uyğunlaşdırılmasıdır. Partiyaları dövlətin işlərinə daha yaxından cəlb etməkdir. Bəzən elə siyasi partiyalar yaradılır ki, onların bir fəaliyyəti göstərilmir. Partiya nümayəndələri ölkənin ictimai-siyasi həyatında iştirak etməli, təkliflər irəli sürmək məsələsində aktiv olmalıdır. Hesab edirəm ki, dinləmələr zamanı partiya nümayəndələrinin bütün təkliflərini səsləndirməsi bu baxımdan olduqca əhəmiyyətli idi”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26

