Sərhədlərin delimitasiyası...
27.10.2022 [10:48]
Brüsseldə keçiriləcək növbəti iclasda nəticə əldə oluna bilərmi?
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının üçüncü iclasının noyabrın birinci ongünlüyündə Brüssel şəhərində keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, komissiyaların ilk iclası mayın 24-də iki ölkənin sərhədində, ikinci iclası isə avqustun 30-da Moskvada keçirilib. Oktyabrın 2-də Cenevrədə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən ikitərəfli görüş zamanı isə ölkəmiz tərəfindən növbəti iclasın oktyabrın sonlarında keçirilməsi təklif olunmuşdu. Sonradan Ermənistan bu təklifi öz adına çıxmağa çalışsa da, tərəflər iclasın noyabrın ilk ongünlüyündə keçirilməsinə razılaşıblar. Cenevrə görüşündə, həmçinin xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xətlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulamışdı.
Brüsseldə keçiriləcək iclasda sərhədlərin delimitasiyası ilə bağlı hansısa nəticələr əldə oluna bilərmi? Məsələ ilə bağlı qəzetimiə açıqlama verən politoloq İlyas Hüseynov bildirib ki, Ermənistan sülhdən yayınsa da, sərhəddə təxribatlar törətsə də, informasiya hücumları qursa da, sülh gündəliyinə uyğun olaraq müzakirələr davam etdirilir. Sülh müzakirələrinin davam etməsi rəsmi Bakının iradəsi kimi dəyərləndirilməlidir. Onun fikrincə, delimitasiya üzrə ikitərəfli komissiyanın iclasının keçirilməsi önəmli məsələdir. Azərbaycanın sərhədlərin delimitasiyası işinə çox ciddi diqqət ayırdığını deyən İ.Hüseynovun sözlərinə görə, bu diqqətin nəticəsidir ki, danışıqlar prosesində Azərbaycan məsələni daim önə çıxarır: “Delimitasiya prosesi bizim üçün bir sıra amillərə görə vacibdir. Sərhədlərin nişanlanması və qeyd olunması dövlət təhlükəsizliyi nöqteyi-nəzərindən də böyük əhəmiyyət kəsb edir. Çünki bu gün Azərbaycana qarşı təşkil olunan informasiya hücumlarında qeyd olunur ki, guya ordumuz Ermənistanın suveren ərazilərinə daxil olub. Bu tamamilə yanlış bir yanaşmadır. İki ölkə arasında faktiki olaraq dövlət sərhədləri yoxdur, müəyyən edilməyib, sərhəd zolağı çəkilməyib. Belə olan halda, hansı müdaxilədən söhbət gedə bilər? Ona görə də, delimitasiya prosesinin hüquqi, əməli, praktiki zəmin üzərində həllinə böyük ehtiyac var. Bu, çətin bir prosesdir. Amma Azərbaycan bu prosesi Gürcüstan və Rusiya ilə həyata keçirib. Ona görə də, məsələ həllini tapmalıdır”.
Politoloq qeyd edib ki, sərhədlərin delimitasiyası Azərbaycanın ərazi bütövlüyünün tanınması kontekstində çox aktualdır və iki ölkə arasında dövlətlərarası sülh müqaviləsinin imzalanması ölkəmizin ərazi bütövlüyünün pozulmasına qarşı bütün təhdidlərin qarşısını alacaq. Eləcə də Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi və yuridiksiyasi kimi də təsdiqləyəcək. Bu baxımdan, həm delimitasiya prosesi ilə Azərbaycana qarşı informasiya hücumlarının qarşısı alınacaq, həm də suverenliyimiz, ərazi bütövlüyümüz və sərhədlərimizin toxunulmazlığı amili öndə olacaq. Bu da mütləq surətdə sülh müqaviləsinin imzalanması prosesini sürətləndirəcək.
Bəs Ermənistanın delimitasiya məsələlərində konstruktiv mövqe nümayiş etdirəcəkmi? 10 noyabr Bəyanatından sonra Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərdən boyun qaçırmağa çalışdığını deyən İ.Hüseynov hesab edir ki, Paşinyan hakimiyyəti bu məsələdə də razılaşmaların reallaşmasına mane ola bilər. Lakin Ermənistan anlamalıdır ki, Azərbaycanın təşəbbüsləri bütövlükdə regionun inkişafının xeyrinədir. Ermənistanda sərhəd məsələsinə münasibətdə dərin fikir ayrılıqları var. Bu fikirlər daha çox sosial şəbəkələrdə paylaşılır. Əslində, Ermənistan bu prosesin həllinə doğru addımlar atmalıdır. Çünki prosesi uzatmaq bölgədə yeni gərginliyə səbəb ola bilər. Törətdiyi son təxribatlara cavab olaraq aldığı sarsıdıcı zərbələr rəsmi İrəvana dərs olmalıdır.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

