Estoniya “narahat”dırsa...
21.12.2022 [10:12]
XİN-dən cavab
“Blokada şəraitində” avtomobillər keçirsə, yol necə bağlanmış olur?
Nardar BAYRAMLI
Artıq on gündür ki, Laçın-Xankəndi yolunda Azərbaycanın QHT-ləri, ekoloqları və ictimai fəalları Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında erməni separatçılarının təbii sərvətlərimizi talan etməsinə və ekologiyaya vurduğu ziyanla bağlı etiraz aksiyaları keçirirlər. Aksiya dinc xarakter daşısa da, bəzi dairələr məsələyə qərəzli yanaşırlar. Ermənistan və onun havadarları, dünyadakı erməni lobbisi aksiya iştirakçılarının guya yolu bağladıqlarını və Qarabağda yaşayan mülki ermənilərin “humanitar böhran”la üz-üzə qaldıqlarını iddia edirlər. Bu günlərdə Estoniyanın Xarici İşlər Nazirliyinin qərəzli bəyanatı da erməni lobbisinin təsiri altında verilib və həqiqəti əks etdirmir.
Azərbaycanın Xarici İşlər Nazirliyi bu ölkədən verilən bəyanata münasibət bildirib. Xarici İşlər Nazirliyinin tvitterdəki paylaşımında qeyd olunub ki, Estoniya Xarici İşlər Nazirliyinin Azərbaycanın Qarabağ bölgəsini köhnəlmiş sovet adı ilə adlandırması qəbuledilməzdir: “İnsanların əzab çəkmələrinə dair iddialardan qeyri-qanuni iqtisadi fəaliyyətləri ört-basdır etmək və qanunsuz hərəkətlərə qarşı fəaliyyətin qarşısını almaq üçün istifadə etmək, görünür, yeni tendensiyadır. “Blokada şəraitində” avtomobillər keçirsə, yol necə bağlanmış olur?”.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, bəzi ölkələr tərəfindən Laçın-Xankəndi yolundakı etiraz aksiyasının yanlış şərh olunması qəbuledilməzdir. Onun sözlərinə görə, bu baxımdan, Estoniya Xarici İşlər Nazirliyinin bəyanatı reallıqdan tamamilə uzaqdır: “Ermənistan 30 il ərzində işğal altında saxladığı ərazilərimizdə əsl vandalizm törədib. İşğal siyasəti, yerli sakinləri öz yurdlarından qovmaq, terror və başqa bu kimi əməllər beynəlxalq aləmin gözü qarşısında baş verib. Azərbaycan 30 il ərzində Ermənistanı sülhə çağırdı, amma başa düşmədilər. Elə bilirdilər ki, Azərbaycan nə vaxtsa işğalla barışacaq. Təbii ki, bu, mümkün deyildi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü ordumuz işğalçıları torpaqlarımızdan qovdu. Ermənistan üzərində parlaq qələbə qazanan Azərbaycan artıq ərazi bütövlüyünü təmin edib. Bu səbəbdən Azərbaycan öz ərazisinə tam nəzarət etməlidir, baş verən qanunsuz halların qarşısını almalıdır. Bu, dövlətimizin beynəlxalq qanunlarla tanınan suveren hüququdur”.
Millət vəkili deyib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı davam edir, bu səbəbdən orada ekoloji vəziyyət son dərəcə ağırlaşıb. Rusiyalı kriminal iş adamı Ruben Vardanyanın təbii sərvətlərimizi talan etməsi yolverilməzdir. Bütün təbii sərvətlərin istismarı Azərbaycan qanunvericiliyi əsasında həyata keçirilməlidir. Monitorinq məqsədilə Azərbaycan dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin həmin əraziyə girişinə maneçilik törədilməsi tamamilə qanundan kənardır. Buna görə də Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası haqlı narazılığın bilavasitə təzahürüdür. O da məlumdur ki, Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər üçün istifadə olunur, minalar aparılır, həmçinin oğurlanan, talan edilən təbii sərvətlərimiz daşınır. Bu, yolverilməzdir və qarşısı birmənalı şəkildə alınmalıdır. Ermənistan tərəfi yenə də ənənəsinə sadiq qalaraq, xain xislətlərindən çıxış edərək uydurduqları yalanlarla beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Guya Laçın yolunu azərbaycanlılar bağlayıb, bölgədə humanitar fəlakət yaşanır, etnik təmizlənmə həyata keçirilir. Bütün bu iddialar böhtan xarakterlidir və həqiqətdən uzaqdır. Sadəcə, Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri oğurlanan təbii sərvətlərimizin daşınmasının qarşısını alırlar. O ki qaldı, Laçın yolunun bağlanması barədə iddialara, bu da əsassızdır.
Ş.İsmayılov qeyd edib ki, baş verən hadisələrə Ermənistan hökuməti tam yanlış münasibət bildirir və dünya birliyində Azərbaycan haqqında mənfi rəy yaratmağa çalışır: “Bəzi ölkələrin erməni lobbisinin təsiri altında verdikləri qeyri-obyektiv bəyanatlar da bunun göstəricisidir. O cümlədən, Estoniya Xarici İşlər Nazirliyinin bəyanatının da heç bir əsası yoxdur. Birincisi, Ermənistan hökuməti gedib böhran vəziyyətində yaşayan, sosial vəziyyəti ağır durumda olan öz vətəndaşlarının problemləri ilə məşğul olsun. İkincisi, hansısa ölkə Laçın yolundakı vəziyyətdən “narahatdırsa”, dəqiq mənbələrdən məlumat alıb real vəziyyəti öyrənməlidirlər. Reallıq isə ondan ibarətdir ki, həmin yol humanitar məqsədlər üçün açıqdır. Qarabağın mülki əhalisinin gediş-gəlişi üçün heç bir problem yoxdur. Ermənistanın və bir sıra dairələrin iddialarının əksinə olaraq, aksiya Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid törətmir. Ruben Vardanyan kimilərinin simasında hadisələr təhrif edilir və xaricdən gələn emissarlar azərbaycanlılarla ermənilərin sülh şəraitində dinc yaşayışına mane olurlar. Aksiyanın gedişində bütün bunlar özünü açıq şəkildə göstərdi”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26

