/ / Azərbaycanın diffamasiyanın dekriminallaşdırılması sahəsində təşəbbüsləri yüksək qiymətləndirilib
Azərbaycanın diffamasiyanın dekriminallaşdırılması sahəsində təşəbbüsləri yüksək qiymətləndirilib
12.05.2011 [09:57]
Dünən ATƏT-in Bakı ofisi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Qanunvericilik islahatları vasitəsilə diffamasiyanın dekriminallaşdırılması” mövzusunda konfrans keçirilib.
Konfransda ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilge Cankorel müzakirə olunan mövzunun əhəmiyyətindən danışıb. Bildirilib ki, ifadə və mətbuat azadlığı anlayışları ATƏT-in təməl prinsiplərinin özəyini təşkil edir. B.Cankorel deyib: “Diffamasiyanın dekriminallaşdırılması məsələsi daim ATƏT-in Bakı ofisinin əsas prioritetlərindən biri olmuşdur və biz bu istiqamətdə qarşıya qoyulan məqsədə çatmaq üçün Azərbaycan Mətbuat Şurasının müvafiq qanunvericilik təşəbbüsünü dəstəkləməkdən məmnunuq”.
ATƏT-in Bakı ofisinin rəhbəri Azərbaycan Mətbuat Şurasının peşəkar jurnalistikada etik davranışa dair daha aydın istiqamətləri təmin etmək üçün “Jurnalistlərin etik davranış kodeksi”ni yenidən nəzərdən keçirməsini alqışladığını bildirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirdə çıxış edərək son illərdə ölkəmizdə mətbuat sahəsində əldə olunan uğurlardan danışıb. ölkəmizdə media mühitinin daha da plüralistləşdirilməsi istiqamətində görülən işlərdən danışan Ə.Həsənov bildirib ki, mətbuat azadlığının daha yüksək səviyyədə təmin olunması, Mətbuat Şurası institutunun ictimai münasibətlərdə rolunun artırılması istiqamətində həyata keçirilən tədbirlər təqdirəlayiqdir.
Ə.Həsənov son bir neçə ildə diffamasiya haqqında qanunun qəbulu və tətbiqinin, bu qanunun icrası çərçivəsində jurnalistlərin təhqir və böhtana görə cinayət məsuliyyətindən azad olunması kimi bir problemin Azərbaycanda ən çox müzakirə edilən məsələlərdən biri olduğunu vurğulayıb. Bildirilib ki, belə bir qanunun qəbul olunması jurnalistlərin daha sərbəst fəaliyyətini təmin etməklə yanaşı, bu sahədə çalışan şəxslərin məsuliyyətini ikiqat artıracaq.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri diffamasiya haqqında qanunun ölkəmizdə reallaşa bilmə imkanlarına toxunub. Qeyd edib ki, qanunun ən mühüm cəhətlərindən biri odur ki, jurnalist hər hansı bir vətəndaşı təhqir etdiyi və ya böhtana məruz qoyduğu zaman həmin jurnalistin çalışdığı redaksiya məsuliyyət daşıyacaq. Azərbaycan cəmiyyətində təhqir və böhtan olduqca ciddi reaksiyalar doğuran problemlərdir və məhz, buna görə ictimai rəyin belə bir qanunun birbaşa tətbiqinə hazır olub-olmaması məsələsinin də nəzərə alınması çox vacibdir.
Tədbirdə çıxış edən ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç ölkəmizə səfərindən məmnun olduğunu və Azərbaycanın diffamasiyanın dekriminallaşdırılması sahəsində tədbirlərin həyata keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirdiyini vurğulayıb. Bildirib ki, azad fikir uğrunda mübarizə dünyanın bütün dövlətlərində çox çətin şəraitdə aparılır və belə bir şəraitdə bu problemin həlli istiqamətində atılan istənilən addım təqdirəlayiqdir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda 1998-ci ildə mətbuat üzərində senzuranın ləğv edilməsindən bu günə qədər media sahəsində görülən işlərlə bağlı məruzə ilə çıxış edib.
Tədbirdə digər çıxış edənlər diffamasiya ilə bağlı beynəlxalq standartlar, ölkə qanunvericiliyi və jurnalistləri qorumaq üçün səmərəli tədbirlər, müvafiq qanunun tətbiqində təcrübə mübadiləsi və digər mövzularda müzakirələr aparıblar.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

