Azərbaycan mədəniyyəti Avropanı heyran etdi
17.05.2011 [03:23]
Son illər öz inkişaf tempinə görə Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan dünyanı heyran qoymaqdadır. özü də təkcə iqtisadi sahədə deyil, ümumilikdə bütün sahələrdə. Bunu müxtəlif beynəlxalq miqyaslı tədbirlərdə və yarışlarda əldə edilən qələbələrimiz də təsdiqləyir. Belə qələbələrdən birinə də Almaniyada, Düsseldorf şəhərində imza atdıq. “Eurovision-2011” yarışmasında Avropanı fəth edən təmsilçilərimiz Azərbaycanın bayrağını göylərə ucaltdılar. Əslində, bu, sıradan bir qələbə deyildi. Bu, Azərbaycan mədəniyyətinin qələbəsi idi. Bu, bütün sahələrə, o cümlədən, mədəniyyət sahəsinə xüsusi diqqət və qayğı göstərən ölkə Prezidenti İlham Əliyevin apardığı siyasətin qələbəsi idi. Bu, dünya azərbaycanlılarının qələbəsi idi.
Təmsilçilərimizin Düsseldorf uğuru
Almaniyanın Düsseldorf şəhərinin “Espirit Arena” stadionunda təşkil olunan mahnı müsabiqəsinin qalibi kimi 221 xal toplayan Azərbaycan oldu. Maraqlıdır ki, səsvermənin sonunu gözləmədən mətbuat mərkəzində jurnalistlər sevinc içində olan həmkarlarını-bizim jurnalistləri əhatəyə aldılar. Daha bir neçə ölkənin səsverməsi hələ qalırdı, amma Avropaya artıq bəlli idi ki, bu yarışmada Azərbaycanın qələbəsi qaçılmazdı. Eldar və Nigarın çıxışı gözəl bir nağıla, daha doğrusu iki şahzadə haqqında hekayətə bənzəyirdi.
Avropa bu cütlüyün sehrli səsi və Şərq nağılı qarşısında təslim oldu: gənc şahzadə-çağdaş zamanın tələbəsi Eldar Qasımovun və həmişə böyük səhnəyə can atan xoşbəxt Zoluşka-Nigar Camalın ecazkar çağırışları qarşısında təslim oldu. Azərbaycan “Eurovision-2011” yarışmasının qalibi seçildi.
Qaliblərin elan olunmasından dərhal sonra keçirilən mətbuat konfransında Azərbaycan təmsilçilərinin dahi sənətkar Müslüm Maqomayevin məşhur “Ey əziz anam, Azərbaycan” romansını ifa etmələri isə bütün azərbaycanlıları sevinc dolu göz yaşlarına qərq etdi. O tarixi gün- mayın 14-dən 15-ə keçən gecə Bakı küçələrində yürüş keçirən paytaxt sakinləri ilə yanaşı, müxtəlif sosial şəbəkələrdə həmrəylik nümayiş etdirərək bir-birini təbrik edən, Vətənimizin qələbəsini qeyd edən dünya azərbaycanlılarının sevinc və qələbə çağırışları bütün dünyanı bürümüşdü.
Qeyd edək ki, Eldar Qasımov Xalq artistləri Abbas Mirzə Şərifzadə və Mərziyə Davudovanın nəticəsi, Firəngiz Şərifovanın isə nəvəsidir.
Şübhəsiz ki, Azərbaycanın “ Eurovision - 2011”də qələbəsi, daha dəqiq desək, dövlətimizin yürütdüyü mədəniyyət siyasətinin qələbəsi və Bakının gələn il “Eurovision 2012”nin paytaxtı olması faktı dünya azərbaycanlıları üçün bir qürurdur.
Bu tarixi qələbə - Azərbaycan mədəniyyətinin, musiqisinin, xalqının mənəvi yetkinliyinin mütləq qələbəsi - dünyanın milli sərvətimizə verdiyi qiymətdir.
Azərbaycan musiqisi böyük inkişaf yolu keçib. Ulu öndər Heydər Əliyevin “Azərbaycan musiqisi, xüsusən professional musiqisi böyük tarixə malikdir. üzeyir Hacıbəyovun Azərbaycanda yaratdığı musiqi məktəbi elə bir məktəb olub ki, ondan sonra xalqımız dünyaya bir çox görkəmli bəstəkarlar, musiqiçilər, mədəniyyət xadimləri verib” fikri də Azərbaycan musiqinin keçdiyi inkişaf yolunun təsdiqidir.
ümumiyyətlə, hər bir dövr öz uğurları, yenilikləri ilə diqqət çəkib. Mədəniyyətimizin inkişafı, mədəni irsimizin qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində dayanan əsas məsələlərdəndir. Bu istiqamətdə atılan addımlar davamlılığı ilə diqqət çəkir. Mədəniyyət ocaqlarının inşası, bərpası, dünya standartlarına uyğunlaşdırılması deyilənlərin təsdiqidir.
Lakin unutmayaq ki, bu uğurlara eyni zamanda, dövlətin mədəniyyət siyasətinin, milli-mənəvi dəyərlərin, mədəni təfəkkürümüzün qorunub saxlanılması, inkişaf etdirilməsi yönündə aktiv işləyən Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın da rolu danılmazdır.
Qalib Azərbaycan və Türkiyə Cümhuriyyətinin bayrağı
Qalibiyyət xəbərinin sevincindən podiumla yüyürən təmsilçimiz Nigar Camalın əlindəki türk bayrağı bütün izləyicilərin marağına səbəb oldu. Yarışmanın bitməsinə və təmsilçilərimizin Vətənə dönməsinə baxmayaraq, hələ də müzakirələr səngimir. Qalib Azərbaycan təmsilçilərinin tarixi jesti nələri diktə edirdi? Bu suala cavab verməzdən öncə ötən il Bursada keçirilən erməni-türk futbol matçında yaşanmış insidenti xatırladaq. O zaman azərbaycanlı azarkeşlərin əlində olan milli bayraqlarımız yığışdırıldı və hətta, bəzi türk polisləri tərəfindən kobud müdaxilələrə də yol verildi. Səbəb kimi də futboldan siyasi məqsədlər üçün istifadənin yolverilməzliyi göstərilirdi. Təbii ki, bu acı faktdan dərhal bəhrələnməyə çalışaraq iki qardaş ölkənin münasibətlərinə təsir etmək imkanlarını əldən verməyənlər də tapıldı. Azərbaycan tərəfinin cavabı isə...
Cavab yenə də Avropanın siyasətin fövqündə durduğunu dəfələrlə bəyan etdiyi “Eurovision” səhnəsindən verildi: Türk xalqın parçalamaq olmaz. Onun məğlubiyyət acısı da, qələbə sevinci də bir çəkiləcək, bir yaşanacaq!
Bu təkcə düşmənlərimizə deyil, həm də qardaşlarımıza ünvanlanmış bir mesaj idi-yumruq kimi bir olmalıyıq-bütün cəbhələrdə və hər yerdə.
Tarixə baxış
Məlum olduğu kimi, Avropanın möhtəşəm mahnı yarışması olan “Eurovision” müsabiqəsinə ölkəmiz 4-cü ildir ki, qatılır. İlk illərdən qələbə qazanaraq az müddət içərisində ev sahibliyinə yiyələnmək hər ölkəyə nəsib olmayıb. Xatırladaq ki, 2008-ci il yarışmasında təmsilçilərimizin ilk onluqda yer almaları sevinclə qarşılanıb. Növbəti ildə isə Aysel-Araş dueti 3-cü yeri qazana bilib. ötən ilki təmsilçimiz Səfurə Əlizadə “Drip-drop” mahnısı ilə 5-ci olmasına baxmayaraq, onun ifa etdiyi mahnı dərhal hitə çevrilib. Və nəhayət 2011-ci il və möhtəşəm qələbə.
Qeyd edək ki, müsabiqənin yarandığı dövrdən bu günədək təşkilat komitəsi olan və müsabiqənin birbaşa sponsorları sayılan 5 ölkə-Almaniya, Fransa, İspaniya, İtaliya və Böyük Britaniya bu yarışmanın finalında birbaşa iştirak etmək hüququna malikdirlər. Müsabiqəyə ev sahibliyini isə qalib gələn ölkə edir və bu ənənə pozulmur.
Onu da bildirmək yerinə düşər ki, “Eurovision” mahnı müsabiqəsinin bu gün təxminən 600 milyon tamaşaçısı var. Bu yarışmanı təkcə Avropa ölkələrində izləmirlər. Kanada, ABŞ, Cənubi Koreya, Yeni Zelandiya, Vyetnam və bir sıra başqa ölkələr “Eurovision”un tamaşaçısıdır. Avropa Yayımlar Birliyinin məlumatına görə, 2008-ci ildə “Eurovision” mahnı müsabiqəsinin birbaşa yayımını 50 ölkədən 400 milyon insan izləyib. 2000-ci ildən bu mötəbər yarışma internet vasitəsilə yayımlanır və təkcə 2006-cı ildə 140 ölkədən 74 min insan müsabiqəni, məhz, internetdən izləyib.
Düşmənlərin həzm edə bilmədiyi Qələbə
2012-ci ildə Azərbaycan “Eurovision”a ev sahibliyi edəcək. Qələbəmizi həzm edə bilməyən və qalib elan olunmağımızdan dərhal sonra “Biz Azərbaycana getməyəcəyik” deyə bəyan edən ermənilər yarışmaya qatılmayacaqlarını deyiblər.
Lakin, onların nə düşünməsindən asılı olmayaraq, tək biz yox, bütün dünya əmindir ki, cəmi dörd ilə bütün peşəkar musiqiçiləri üstələyərək ev sahibliyini qazanan Azərbaycan yenə də öz möhtəşəm şousu ilə dünyanı heyrətləndirəcək və “Eurovision” yarışmasının tarixində yeni səhifə açacaq.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxDünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17

