Lavrov Ankaraya gedir...
01.04.2023 [11:10]
Putinin səfəri isə sual altındadır
Ərdoğan qətiyyətlidir: Qərb klubu Türkiyəni Rusiyaya qarşı müharibə zonasına çəkəcəkdi. Nə qədər ki, biz buradayıq, buna imkan verməyəcəyik!
Rusiyanın xarici işlər naziri Sergey Lavrov 6-7 aprel tarixlərində Türkiyəyə səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib. Qeyd edilib ki, səfər zamanı ikitərəfli məsələlər, o cümlədən ticarət və enerji məsələləri müzakirə ediləcək. Həmçinin Suriya və Ukraynadakı vəziyyət, eləcə də Cənubi Qafqazdakı vəziyyət müzakirə mövzusu olacaq.
Suriya məsələsi müzakirə ediləcək
Lavrovun Türkiyə səfərinin məqsədləri arasında yer alan siyasi müzakirələr əsasən regional məsələləri əhatə edir. Belə ki, Türkiyə ilə Rusiya arasında əsas müzakirə predmetlərindən biri məhz Suriya məsələsidir. Xatırladaq ki, martın 27-də mətbuata açıqlamasında Rusiya Federasiyası prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirmişdi ki, yaxın vaxtlarda Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin müavinlərinin görüşü baş tutacaq. Qeyd edək ki, əsas görüş formatı Rusiya, Türkiyə və Suriyadan ibarət olsa da, İran tərəfinin çoxsaylı müraciətindən sonra onların da görüşdə iştirakına icazə verilib. Boqdanov bildirib ki, biz görüşə hazırlaşırıq: “Düşünürəm ki, bu, tezliklə baş tutacaq. Buna ümid edirik. İndi Ramazan bayramıdır. Çoxlu digər məqamlar var. Amma iş davam edir. Ümid edirik ki, çox mühüm strateji məqsədə - Suriya - Türkiyə münasibətlərinin normallaşmasına yönəlmiş vasitəçilik missiyamız ümumi uğurumuzla başa çatacaq”.
Cənubi Qafqaz diqqət mərkəzində olacaq
Elcə də Cənubi Qafqaz məsələsinin müzakilərin əsas predmeti olacağı düşünülür. Son dövrlərdə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi ilə bağlı məsələ, eyni zamanda, Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin inkişafı masaya çıxarıla bilər. Bəlli olduğu kimi, Rusiya bu prosslərdə yenidən aktiv iştirak arzusundadır. Digər tərəfdən, Lavrovun Bakı səfəri zamanı da müzakirə olunan Zəngəzur dəhlizi məsələsi də aktuallıq daşıya bilər. Eyni zamanda, son dövrlərdə Laçın yolunda ermənilərin törətməyə çalışdıqları təxribatlar, rusiyalı sülhməramlıların buna münasibətdə qeyri-adekvat davranışları da iki dövlətin XİN başçısı arasında müzakirə predmetinə çevrilə bilər.
Rusiya mərasimdə təmsil olunacaq...
Təbii ki, səfər çərçivəsində Rusiya prezidenti Putinin Türkiyəyə mümkün səfərinin hazırlığı barədə də söhbət açılacaq. Qeyd edək ki, Türkiyə KİV-i Rusiya dövlət başçısının aprelin 27-də “Akkuyu” AES-in nüvə yanacağı yüklənməsi mərasimində iştirak edəcəyi gözlənilir. Düzdür, bununla bağlı bir sıra ziddiyyətlər mövcuddur. Bəlli olduğu kimi, Beynəlxalq Cinayət Məhkəməsi prezident Putinin həbsi ilə bağlı order verib. Bu mənada, səfərin realaşıb-reallaşmayacağı sual altındadır. “Sputnik-Türkiyə”nin məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin aprelin sonunda Akkuyu Atom Elektrik Stansiyasının açılışı üçün Türkiyəyə gedib-gəlməyəcəyi ilə bağlı qəti qərarın verilmədiyini bildirib. Peskov bildirib ki, aprelin sonunda keçiriləcək mərasimdə Rusiya tərəfi mütləq təmsil olunacaq”. Xatırladaq ki, Akkuyu AES layihəsini Rusiyanın dövlət nüvə enerji şirkəti Rosatom idarə edir.
Qərb klubunun Türkiyəni Rusiyaya qarşı qoymaq istəyi...
Türkiyə Prezidenti Ərdoğan isə mətbuata açıqlamasında vurğulayıb ki, Rusiya prezidenti ya mərasimə gələcək, ya da videokonfrans vasitəsi ilə mərasimdə iştirak edəcək. Dövlət başçısı Çankaya Köşkündə xəbər kanallarına müsahibəsində vurğulayıb ki, biz böhranlar və müharibələrlə xarakterizə olunan bir dünyada yaşayırıq: “Biz bu mühitdə güclü, müstəqil Türkiyə qura bilmişik və bunu qoruyub saxlamalıyıq. Biz döyüşdük ki, bu torpaqlara müharibə gəlməsin, bundan sonra da bu uğurda mübarizə aparacağıq. Ölkəmizi müharibəyə qatmayacağıq. Son iki ildəki səylərimiz olmasaydı, Qərb klubu Türkiyəni Rusiyaya qarşı müharibə zonasına çəkəcəkdi. Nə qədər ki, biz buradayıq, buna imkan verməyəcəyik”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

