Ketrin Kolonna bizə Çermuxdan baxmasın!
29.04.2023 [10:00]
Bizim tövsiyələrə də nəzər salsın
Son 30 ildə Fransa ölkəmizə o qədər qərəz və tərəfkeşlik göstərib ki, artıq sayını da itirmişik. Bakıda Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ilə görüşlərdən hiss olunurdu ki, münasibətlərdə soyuqluq var və böhranlı vəziyyət hökm sürür. Bunun da obyektiv səbəbləri vardır. Fransa hələ indiyə kimi heç vaxt Ermənistana təzyiq etməyib, işğal faktının aradan qaldırılması üçün çağırışlar müşahidə olunmayıb, mənasız və əhəmiyyətsiz danışıqlar imitasiya görüntüsü yaradıb. Təcavüz edən ölkə ilə təcavüzə məruz qalan ölkə arasında bərabərlik işarəsinin qoyulması Fransanın vasitəçiliyini iflasa uğratdı. Vətən müharibəsində və postmüharibə reallıqlarında həqiqətdən uzaq və Azərbaycanı günahlandırmaq müstəvisində olan yanaşmalar ictimai rəydə Fransaya qarşı neqativi daha da gücləndirdi.
Prezident İlham Əliyev Fransanın baş diplomatını qəbul edərkən tezisləri konkret müəyyənləşdirdi.
- Ermənistan Naxçıvanla dəhlizin yaradılmasına imkan vermir, öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmır.
- Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün təmin olunmasının ifadəsidir.
Bu fikirlər milli maraqlarımızın ifadəsi, prisipial mövqeyimiz olmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, nüvə dövləti Fransanın XİN rəhbərinə Azərbaycanla təzyiq dilində danışmağın mənasız olduğunu nümayiş etdirdi.
Fransalı diplomat xanım Ermənistana səfərinə gələr-gəlməz açıq ermənipərəst mövqeyini büruzə verdi. “Soyqırımı” Memorialının ziyarət olunması və
Aİ-nin “mülki” missiyası ilə Azərbaycanla sərhədə səfər edilməsi səfər proqramına daxil edilmişdi. Həmin sərhəddən bizdə də var. Amma xanım Kolonna bizim sərhəddən Ermənistana binokl vasitəsilə baxmadı, Cermukdan bizim tərəfə baxmağa üstünlük verdi.
Ümumiyyətlə Aİ missiyasının Ermənistan ərazisinə gəlməsini Ermənistanda Fransanın uğuru kimi qiymətləndirirlər. Çünki Praqada Avropa Siyasi Birliyinin təsis görüşü çərçivəsində Prezident İlham Əliyev, Aİ Şurasının prezidenti Şarl Mişel, Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilən danışıqlardan sonra Aİ missiyasının Ermənistan ərazisinə gəlməsinə dair razılaşma əldə olundu. Missiyasının müddəti ötən ilin dekabrında bitsə də, Fransanın dəstəyi ilə qanunsuz missiya yenidən fəaliyyətə başladı. Nə qədər paradoksal olsa da missiyanın rəhbəri almandır.
Xanım Kolonnanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarına istinad etməsi də göstərir ki, üç ilə yaxın müddət ərzində Ermənistanın ölkəmizin ərazisinə silah-sursat, texnika, mina, canlı qüvvə daşımasını ya gözardı edir, ya da qanunsuz hərəkətləri himayə edir.
Yekunda qeyd edək ki, Fransa Azərbaycanla Ermənistan arasında vasitəçi deyil. Brüssel formatını da darmadağın etməyə çalışmasın. Çünki bu cür çıxışlar və bəyanatlar regionda eskalasiya riskini gücləndirir, revanşizmə ümid formalaşdırır. Makron Fransanın ikinci kanalına müsahibəsi ilə bundan sonra tərəflər arasında vasitəçi ola bilməyəcəyini sübut etdi. Fransa əlində olan bütün imkanlardan ölkəmizə qarşı istifadə edir. BMT Təhlükəsizlik Şurası, ATƏT, Aİ, Frankofoniya təşkilatı çərçivəsində hücumlar və həmlələr hər də iflasa uğrayır. Paris-İrəvan tandemi regional təhlükəsizlik arxitekturasını zədələyir.
Buna görə də yaxşı olardı ki, Fransa XİN rəhbəri bizim tövsiyələrə də nəzər salsın:
1) Fransa Afrikada (Burkina-Faso, Malı, Əlcəzair) itirilmiş mövqelərini Cənubi Qafqaz hesabına bərpa etməyə çalışmasın.
2) Fransada icimai-siyasi vəziyyətin qarışıq olduğu dövrdə pensiya islahatlarının yaratdığı problemlərə nəzər salsınlar.
İlyas Hüseynov
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

