Türkiyə yenidən işə qarışdı...
09.06.2023 [10:30]
Prezident Ərdoğan Rusiya ilə Ukrayna arasında sülhü təmin edəcək yeganə lider sayılır
Proqnozlaşdırıldığı kimi, Rusiya ilə Ukrayna arasındakı müharibə qarşıdakı müddətdə daha intensiv mərhələyə qədəm qoya bilər. Bir sıra hərbi-siyasi ekspertlər yayda eskalasiyanın miqyasının genişlənəcəyi ilə bağlı fikirlər səsləndirirdilər ki, artıq mövcud vəziyyət də bunu təsdiqləyir. Rusiyanın nəzarətində olan Xerson vilayətindəki Nova Kaxovka SES-in bəndinin partladılması mühüm və böyük gərginliklər vəd edir. Vurğulayaq ki, Ukrayna ordusu və NATO bəndin partladılmasında Rusiyanı ittiham edir. Rusiya isə bu iddiaları təkzib edərək Ukrayna Silahlı Qüvvələrinin bəndi raketlə dağıtdığını bildirir. Yaranan vəziyyət isə acınacaqlı və faciəvidir - 16 min insan ev-eşiklərindən evakuasiya olunmaq məcburiyyətindədir. Qarşıdakı günlərdə vəziyyətin daha kritik hal ala biləcəyi də istisna edilmir. Xerson vilayətinin qubernatoru Aleksandr Prokudin təxminən 16 min insanın daşqınlar səbəbindən “kritik risk” altında olan ərazilərdə olduğunu açıqlayıb. Qeyd edək ki, Nova Kaxovka bəndinin dağılması 1986-cı ildə Çernobıl hadisəsindən sonra Avropada ən böyük texnogen fəlakət adlandırılır.
Zelenski Türkiyənin səsini vacib sayır...
Öz növbəsində isə baş verənlərdən çıxış yolu üçün yenidən Türkiyə məsələyə qa?ışıb. Çünki tərəflər arasında adi müzakirələr belə aparılmır. Hər iki dövlət yaranan situasiyada qarşıdakını ittiham edir - bu isə çıxış yolu deyil. Hadisədən dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı ona Kaxovka SES-in bəndinin dağıdılması və suyun ətrafa yayılmasının nəticələrinin aradan qaldırılması üçün tələb olunan məsələləri açıqlayıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz tviter səhifəsində paylaşım edib. “Fəlakətin nəticələrini aradan qaldırmaq üçün Ukraynanın təcili ehtiyac duyduğu şeylərin siyahısını onlara təqdim etdik”, - Ukrayna dövlət başçısı yazıb.
V.Zelenski deyib ki, o, Ərdoğana Kaxovka SES-in dağıdılmasının humanitar və ekoloji nəticələri və bununla bağlı Zaporojye AES üçün yaranmış risklər barədə də danışıb.
Onun sözlərinə görə, münaqişənin həlli, saxlanılmış Ukrayna vətəndaşlarının, o cümlədən Krım tatarlarının geri qaytarılması, taxıl təşəbbüsünün davam etdirilməsi və genişləndirilməsi məsələlərində Türkiyənin səsi vacibdir.
Ərdoğanın təklifi...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə də telefonla danışıb. Türkiyə mediasının yaydığı məlumata görə, telefon danışığında prezidentlər Ukraynadakı müharibə barəsində müzakirə aparıblar. Ərdoğan Kaxovka su elektrik stansiyasının bəndində baş verən partlayışla bağlı qərəzsiz tədqiqat aparılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, rəsmi Ankara Rusiya və Ukraynadan, eləcə də beynəlxalq ictimaiyyətdən, o cümlədən BMT və Türkiyədən ekspertlərin daxil ola biləcəyi komissiyanın yaradılmasına töhfə verməyə hazırdır. Ərdoğan, həmçinin dünya ictimaiyyətinin “taxıl sazişi”nin müddətinin uzadılması məsələsinə xüsusi önəm verdiyini bildirib. O vurğulayıb ki, birgə səylərlə əldə edilmiş saziş qlobal ərzaq böhranının həllində mühüm rol oynayır. Türkiyə Prezidenti rəsmi Ankaranın regionda ədalətli sülhün təmin olunması üçün səyləri davam etdirməyə hazır olduğunu vurğulayıb.
Münaqişənin həllində Ankara faktoru...
Göründüyü kimi, qarşıdurmanın əsas “orbitrı” funksiyasını yenidən Türkiyə “üstlənib”. Rəsmi Ankara müharibənin dayandırılması, danışıqlar mərhələsinə keçidlə bağlı mütəmadi olaraq çağırışları yenə də davam edir. Prezident Ərdoğanın iyunun 3-də səlahiyytlərinin icrasına başlaması ilə bağlı mərasimdəki çıxışında da bildirdiyi kimi, Türkiyə dünyada sülhün və təhlükəsizliyin formalaşdırılması üçün bütün səylərini ortaya qoyur. Bu mənada, Rusiya-Ukrayna müharibəsinə münasibət fərqli status daşımır - Türkiyə münaqişə başlayan gündən iki dövlət arasında sülhün və danışıqlar prosesinin yaranması uğrunda mübarizə aparır. Hətta Türkiyə ötən ilin mart ayının əvvəlində Antalyada üçtərəfli görüşə nail ola bilmişdi - Türkiyənin Antalya şəhərində Rusiya, Ukrayna və Türkiyə XİN rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirilmişdi. Görüş mühüm əhəmiyyət daşımaqla yanaşı, müharibə başlayan dövrdən Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasındakı ilk canlı təmas kimi tarixə düşmüşdü. Türkiyənin bu münaqişə ilə bağlı oynadığı ən əhəmiyyətli rollardan biri isə ötən ilin iyulun 2-də taxıl dəhlizi ilə bağlı anlaşmanın imzalanmasına nail olmaq olmuşdu. “Taxıl dəhlizi” ilə bağlı sazişin icrasına başlanması ərzaq bazarlarına müsbət təsir göstərmişdi. Sonrakı dövrlərdə bu razılaşma bir neçə dəfə uzadılmışdı. Nəticədə isə taxıl idxalından birbaşa asılı olan ölkələrin üzləşdiyi problemlər də yavaş-yavaş aradan qalxdı.
Türkiyə qlobal oyunçu kimi...
Göründüyü kimi, Türkiyənin yeni mərhələdə regional proseslərdə sabitləşdirici faktor kimi rolunun vacibliyi Ukrayna ilə Rusiya arasındakı hərbi münaqişənin tənzimlənməsi prosesində daha qabarıq hiss edilir. Eyni zamanda, Türkiyənin statusu münaqişənin həlli ilə bağlı mühüm siyasi zəmin formalaşdırır. Belə ki, NATO-nun əsas güclərindən sayılan, Avropa İttifaqına üzvlüklə bağlı isə illərdir ki, “növbə” gözləyən Ankara Rusiyaya qarşı hərbi koalisiyada yer almayaraq, tam əksinə sabitləşdirici vasitəçilik missiyasını üstlənib. Bu, rəsmi Ankaranın problemin həllində iştirak metodunu da müəyyənləşdirir. Xronoloji ardıcılllığa nəzər yetirdikdə seçilən bu yolun düzgünlüyü və hazırki siyasi nizama müsbət təsiri ortaya çıxır:
- Türkiyənin problemin həllinə tənzimləyici yanaşması regionda qüvvələr balansını qoruyur - Rusiyanın Türkiyəyə olan etimadı “nüvə ritorikası”nın yumşaq leksikonla ifadəsini təmin etdi;
- Humanitar danışıqlar siyasi anlaşmanın ilkin mərhələsi kimi ortaya çıxır - bu mənada Türkiyənin vasitəçiliyi hər iki tərəf üçün sərfəli sayıla bilər;
- Qlobal ərzaq böhranının qarşısının alınmasında Türkiyənin rolu danılmazdır. Taxıl sazişinin imzalanması birbaşa rəsmi Ankaranın, Prezident Ərdoğanın səyi və nüfuzu sayəsində reallaşdı;
- Türkiyə sabitləşdirici faktor olmaqla regionun yeni güc mərkəzi funksiyasını üstlənmiş oldu.
İndiki halda Kaxovka faciəsinin aradan qaldırılması yönündə iki tərəfin təması münasibətləri yeni mərhələyə- masa arxasında danışıqlar mərhələsinə daşıya bilər. Rəsmi Ankaranın bu prosesdə mühüm rol oynayacağı isə gözləniləndir. Hətta dünya mətbuatı da Ukrayna ilə Rusiya arasındakı yeni gərginliklərin məhz Prezident Ərdoğan tərəfindən aradan qaldırıla biləcəyini yazır. Bu isə Türkiyənin həm də Avropa üçün sabitləşdirici faktor olduğu faktının növbəti etirafıdır...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

