Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əsassız iddialar, növbəti yalanlar...

Əsassız iddialar, növbəti yalanlar...

12.10.2023 [11:01]

Ermənistanın baş naziri Nikol Paşinyan yerli televiziya kanalına verdiyi müsahibədə yenə də bölgədə vəziyyəti, sülh prosesinə yanaşmaları təhrif edib. O, müsahibəsində Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları ilə bağlı vəziyyəti də “özünəməxsus” formada şərh etməyə çalışıb.

Sülhməramlılar Qarabağdan Ermənistana getsə...

Paşinyan deyib ki, sülhməramlıların Qarabağda qalıb-qalmaması məsələsi təkcə onlardan asılı deyil: “Çünki biz də bilirik ki, Rusiya bu mövzuda Azərbaycanla müəyyən müzakirələr aparır. Onlar bizimlə də müzakirələri aparır. Bu suala birbaşa və konkret cavab verə bilmərəm”. “Rusiya sülhməramlıları Qarabağı tərk etsələr, onların Ermənistanda yerləşdirilməsi mümkündürmü” sualına cavab olaraq erməni baş nazir bildirib ki, o, burada heç bir məntiq görmür: “Çünki onlar Qarabağdakı Rusiyanın sülhməramlı qoşunlarıdır. Əgər Qarabağı tərk etsələr, Rusiyaya getməlidirlər. Başqa bir sual: Rusiyaya Azərbaycandan keçəcəklər, yoxsa Ermənistandan keçəcəklər? Məncə, bu, prinsipial məsələ deyil. Amma onların Ermənistanda qalmasının heç bir hüquqi əsası yoxdur və ola da bilməz”.

Qeyd edək ki, Rusiya tərəfi məsələ ilə bağlı öz mövqeyini bildirib. Bir müddət öncə Pusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov demişdi ki, sülhməramlıların bölgədə qalıb-qalmaması Azərbaycanla müzakirə ediləcək. Paşinyanın məlum müsahibəsindən sonra Peskov bu mövqeyini bir daha təkrarlayıb: “Qarabağdakı Rusiya sülhməramlılarının sonrakı taleyi Azərbaycanla müzakirə olunacaq. Bu məsələ İrəvanla müzakirə edilməyib. Çünki de-fakto və de-yure bura Azərbaycanın ərazisidir”.

Paşinyan 102-ci bazanın ölkədə qalmasına razıdır?

Paşinyan müsahibəsində həmçinin Rusiyanın 102-ci bazası ilə bağlı məsələyə də toxunub. O deyib ki, Rusiya hərbi bazasının Ermənistanda olmasının əsasları çox aydındır: “Bu əsaslar mövcud olmaqda davam edir və biz bununla bağlı heç bir məsələ qaldırmırıq”. Məlumdur ki, hələ 2010-cu ildə Riyasının Ermənistanın Gümrü şəhərindəki hərbi bazasının dislokasiya müddətinin uzadılması ilə bağlı protokol imzalanıb. Sənədə o vaxtkı prezidentlər Dmitri Medvedev və Serj Sarkisyanın görüşündən sonra keçmiş müdafiə nazirləri Anatoli Serdyukov və Seyran Ohanyan imza atıblar. Protokolda Ermənistanda Rusiya hərbi bazası haqqında 1995-ci ildə imzalanmış ikitərəfli müqaviləyə dəyişikliklər əksini tapıb. Belə ki, əvvəlki müqavilədə bazanın 25 il müddətinə Ermənistanda qalması nəzərdə tutulurdusa,  bu müddət 1995-ci ildən hesablanmaq şərtilə 49 ilə çatdırılıb. Gümrü şəhərində yerləşən  Rusiyanın 102-ci hərbi bazası Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir. Bazada digər silah və hərbi texnika ilə yanaşı, C-300 zenit-raket kompleksi və Miq-29 qırıcıları da var. Bazanın şəxsi heyəti 5 minə yaxın hərbi qulluqçudan ibarətdir. Əksər ekspertlərin də vurğuladıqları kimi, bu bir tərəfdən Ermənistanın dəstəklənməsi anlamına gəlirsə, digər tərəfdən Rusiya Ermənistana həqiqi mənada özünün Cənubi Qafqazdakı forpostu kimi baxır. Amma hazırki şəraitdə Paşinyan hakimiyyəti özünü Rusiya ilə yanaşı, Qərbin də forpostu kimi təqdim etməkdədir.

Eskalasiyanı yaradan Ermənistandır

Müsahibədə Paşinyan şərti dövlət sərhəddində mövzud vəziyyətə də münasibət bildirib. O deyib ki, əslində mövcud vəziyyət  eskalasiyanın çox aşağı, demək olar ki, sıfır səviyyəsində olduğunu göstərir: “Hazırda nə bizim tərəfimizdən, nə də Azərbaycan tərəfdən sərhəddə hər hansı bir qoşun toplanması yoxdur. İndi sərhəddə heç bir gərginlik yoxdur. Amma digər tərəfdən, müasir dünyada qoşunların yerdəyişməsi bir neçə saat, gün ərzində baş verə bilər”. Erməni baş nazirin fikrincə, Azərbaycanla mövcud problemləri həll edə bilsələr, müharibə mənasız olacaq.

Əslində, şərti sərhəddə eskalasiya yaradan məhz Ermənistan tərəfi olub. rəsmi İrəvan hərbi təxribatlar törətməsə ərazidə gərginlik də baş verməz. Rəsmi Bakı dəfələrlə heç bir ölkəyə qarşı ərazi iddialarının olmadığını bəyan edib. Bölgədə sabitliyin və əməkdaşlığın tərəfdarı kimi çıxış edən Azərbaycan Ermənistanı hər zaman  sülh sazişi imzalamağa çağırır.

XİN: Ermənistan 8 kəndimizi hələ də işğal altında saxlayır

Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər Nazirliyi də Paşinyanın iddialarına cavab verib. Bu barədə nazirliyin açıqlamasında bildirilir ki, ərazi bütövlüyünə hörmətin və delimitasiyanın hər hansı bir kvadrat kilometr ilə ölçülməsi və ya hər iki tərəfdən indiyə qədər təsdiq olunmamış xəritə əsasında müəyyən edilməsi təcrübəsinin mövcud olmadığı bir şəraitdə Ermənistan baş nazirinin yenidən bu məsələlərə istinad etməsi təəccüblüdür: “Keçmiş SSRİ dövründə bölgəmiz üzrə müxtəlif dövrlərdə bir sıra xəritələrin hazırlandığını, bu xəritələrdən heç də hamısının xəritələri təsdiqləyən hüquqi sənədlərə əsaslanmadığı məlumdur. Ermənistan tərəfindən istinad edilən 1975-ci il xəritəsinə gəldikdə, belə bir xəritənin mövcud olmadığı, 1973-1986-cı illərdə bir sıra xəritələrin müxtəlif vaxtlarda hazırlandığını bir daha diqqətə çatdırmaq istərdik. Ümumilikdə, təcrübəyə əsasən delimitasiya prosesi yalnız xəritələrə əsaslanmaqla həyata keçirilmir, bu xəritələrin istinad mənbəyi olması üçün onlar beynəlxalq hüquqi sənədlərə söykənməli, o cümlədən hər iki ölkə tərəfindən hansısa formada təsdiqlənməlidir. Ermənistanın ərazi iddiaları səbəbindən bugünədək heç bir qonşusu ilə sərhədlərini delimitasiya et]mədiyi bir şəraitdə delimitasiyanın Ermənistanın iddia etdiyi kimi yalnız bir xəritə əsasında edilməsi iddiası heç bir məntiqə sığmır”.

Vurğulanıb ki, Ermənistanın Azərbaycanın 8 kəndini işğal altında saxlaması məsələsinə bəraət qazandırmaq məqsədilə guya ölkəmizin hansısa erməni kəndlərinin ərazisini işğal etdiyi iddiaları səsləndirməsi tamamilə yalandır. Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olaraq, eləcə də beynəlxalq humanitar hüququ pozaraq Azərbaycanın 8 kəndini işğal edib, oradakı əhaliyə qarşı kütləvi qırğınlar törədib. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün tarixi şərait yaranan bir dövrdə Ermənistanın baş nazirinin sülh prosesində növbəti dəfə şərtlər irəli sürməsi bu ölkənin tarixdən dərs çıxarmadığını nümayiş etdirir.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 561 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31