Qarabağın dirçəlişi uğrunda…
15.10.2023 [13:15]
Cəmisi 3 il ərzində görülən işlər ölçüyəsığmazdır
2020-ci il Vətən müharibəsində əldə olunan qələbə ölkəmiz üçün yeni çağırışlar, yeni hədəflər müəyyənləşdirdi. Qarabağ Zəfəri qalib Azərbaycanın həyatında yeni səhifə açıb. Belə ki, ölkəmiz üçün müsbət reallıqlarla səciyyələnən indiki mərhələdə artıq yeni hədəflər meydana gəlir. Artıq 3 ilə yaxındır ki, 44 günlük müharibədə işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin edilməsi Azərbaycanın gündəliyində duran əsas məsələlər sırasında yer alır. Sözügedən ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə ən mühüm milli prioritetlərdən biri kimi müəyyənləşib. Azərbaycan qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü praktiki müstəvidə böyük investisiya qoyuluşu hesabına müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırır.
İnfrastruktur qurulur, yollar çəkilir…
Ötən dövr ərzində Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı abadlıq, quruculuq işlərini uğurla davam etdirdi. Qısa zaman kəsiyində görülən işlərin miqyası isə həqiqətən də heyrətamizdir – 30 ilə yaxın müddətdə erməni vandilaizminin qurbanına çevrilən, dağıdılan, hətta yerlə-yüksan edilən kəndlər, şəhərlər bərpa olunur, öz tarixi sakinlərini qəbul edir. Cəmisi 3 ilə görülən meqa işlər nəticəsində yeni, modern üslubda yaşayış məntəqələri salınır, infrastruktur qurulur, yollar çəkilir. Erməni vəhşiliyi nəti cəsində dağıdılan dini, tarixi abidələrimiz bərpa edilir.
3 il ərzində görülən işlər…
Işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı həyata keçirilən bütün tədbirlər Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən reallaşdırılır. Artıq Proqramda nəzərdə tutulmuş 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli qəbul edilib, dövlət başçısı tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyulub. Ümumilikdə 2021-2023-cü illərdə dövlət başçısı tərəfindən 105 layihənin təməli qoyulub, onlardan 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı baş tutub. Müharibədən cəmi il yarım sonra - 2022-ci il iyulun 19-dan başlayaraq Laçın və Füzuli şəhərlərinə, Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux kəndlərinə ümumilikdə 679 ailə olmaqla, 2715 nəfər keçmiş məcburi köçkünün qayıdışı təmin ediilib. İlin sonuna qədər ümumən 1400-ə yaxın ailə olmaqla, 5000-dən artıq şəxsin geri qayıdışı nəzərdə tutulur. Cəmi 9 aya inşa edilmiş Füzuli Beynəlxalq Hava Limanının ardınca Zəngilanda ikinci hava limanı istifadəyə verilib, Laçın rayonunda hava limanının tikintisi isə sürətlə davam etdirilir. İşğaldan azad olunmuş ərazilərdə indiyədək məktəblər, xəstəxanalar, otellər, konqres mərkəzləri tikilib istifadəyə verilib. 22 yol layihəsindən 6-nın tikintisi artıq başa çatdırılıb, Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətləri üzrə tikinti işləri davam etdirilir.
Böyük Qayıdışın uğurla davam etməsi üçün…
Görülən genişmiqyaslı fəaliyyətdə ən əsas yerlərdən birini əhalinin rahat yaşaması üçün vacib sayılan müasir kommunal təminatların həyata keçirilməsidir. Bölgənin enerji təminatı məsələləri sürətlə həll edilir - yeni 12 Su Elektrik Stansiyası, 12 yarımstansiya istifadəyə verilib. Bir sıra istiqamətlər üzrə isə artıq magistral qaz xətlərinin tikintisi həyata keçirilir.
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə dayanıqlı enerji təchizatı sisteminin qurulmasını ən mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib. Dövlət başçısı müxtəlif çıxışlarında işğaldan azad edilmiş ərazilərdə etibarlı enerji təchizatı sisteminin qurulmasına strateji yanaşma sərgiləməsinin məntiqinə də aydınlıq gətirib. Müvafiq enerji təchizatı sistemi yaradılmadan nəzərdə tutulan layihələrin icrasına nail olmaq, Böyük Qayıdışı təmin etmək mümkün olmayacaq.
Enerji təchizatındakı uğurlar…
Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə müasir enerji təchizatı sisteminin qurulması istiqamətində böyük iş həcmi yerinə yetirilib. Vətən müharibəsində Qələbədən sonra ümumi gücü 20 meqavat olan “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2” və “Kəlbəcər-1” Kiçik Su Elektrik stansiyaları tikilib istifadəyə verilib. İndiyədək bu stansiyalarda 30 milyon kilovat/saat elektrik enerjisi istehsal olunub.
Xüsusi vurğulanmalıdır ki, Prezident İlham Əliyev əksər yeni generasiya obyektlərinin təməlqoyma və yaxud açılış mərasimlərində şəxsən iştirak edir və Özünün dəyərli tövsiyələrini verir. İşğaldan azad edilmiş ərazilərdə yeni enerji təchizatı obyektləri ən müasir texnologiyaların tətbiqi ilə inşa olunur. Müvafiq layihə çərçivəsində işğaldan azad edilən Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən “Xındırıstan” yarımstansiyasından 35 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Şuşada Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımından əhəmiyyətli hadisədir. Ənənəvi üçpilləli 35/10-6/0,4kV-luq paylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvi elektrik təchizat sxemi müasir dəringirişli ikipilləli 35/0,4kV-luq şəbəkələrlə əvəz edilib ki, bu da bir sıra üstünlüklər yaradır. Digər enerji təchizatı obyektləri kimi, “Kəlbəcər-1” KSES Azərbaycanın ümumi enerji sisteminə qoşulub. Rəqəmsal qaydada açılıb-qoşulma, intellektual idarəetmə, operativ monitorinq və təhlil aparılması mümkün olan yeni stansiyanın işinə Kəlbəcərdən olduğu kimi, Bakıdakı Baş İdarəetmə Mərkəzindən də nəzarət və onu idarə etmək əlçatan olub.
100 min hektara yaxın sahə minadan təmizlənib
Azad edilmiş bölgələrdə reallaşan ən ağırılı fəaliyyət isə minalardan təmizləmə məsələsidir ki, bu istiqamətdə də işlər ardıcıl şəkildə aparılır. Artıq 100 min hektara yaxın sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib. Ancaq nəzərə alınmalıdır ki, 44 günlük müharibədən sonrakı dövrdə Qarabağda qalan Ermənistanın hərbi birləşmələri perimetr üzrə böyük bir ərazini yenidən minalayıb və bu da həllini gözləyən məsələlərdən biridir. Əlbəttə, Azərbaycan dövlətinin potensialı mümkün qədər ən qısa zamanda bütün ərazilərimizi bərpa etməyə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu torpaqları cənnətə çevirməyə, oraya yenidən həyat qaytarmağa imkan verir. “Böyük Qayıdış” proqramının bundan sonra da uğurla davam edəcəyinə isə heç kim şübhə etmir. Birliyimiz, həmrəyliyimiz, dövlətimizin gücü və qüdrəti sayəsində bu hədəfimizə də uğurla çatacağıq.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32

