İran Azərbaycana münasibətdə özünün təhdidedici və irrasional mövqeyindən əl çəkməlidir
13.02.2012 [22:47]
Xəbər verildiyi kimi, fevralın 12-də Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İran Xarici İşlər Nazirliyinə dəvət olunub və ona etiraz notası təqdim edilib. Rəsmi Tehran Azərbaycan dövlətini İranın nüvə alimlərini qətlə yetirənlərə sığınacaq verməkdə günahlandırır.
Məlumata görə, Xarici İşlər Nazirliyinin MDB və Qafqaz işləri üzrə dəftərxanasının baş direktoru İsrail xüsusi xidmət qurumu “Mossad”ın Azərbaycanda İrana qarşı məhdudiyyətsiz kəşfiyyat fəaliyyəti ilə məşğul olduğunu iddia edib. Nazirlik Azərbaycan hökumətinin qarşısında “Mossad”ın Azərbaycan ərazisindən İrana qarşı əməliyyatlarda istifadəsinə son verməsi tələbini qoyub. Notada qeyd olunur ki, İranın nüvə alimlərinin qətli ilə əlaqəli terrorçular İsrailə Azərbaycandan keçərək qaçıblar.
Artıq Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən (XİN) bu məsələyə münasibət bildirilib. “Azərbaycan səfirinin çağırılıb ona nota təqdim olunması, Azərbaycanın ölkə ərazisində İran xüsusi xidmət orqanları ilə əlaqəli şəxslərin terror aktı törətməsinin qarşısının alınması ilə bağlı notasına İran tərəfinin verdiyi absurd reaksiyadır”.
Bu sözləri APA-ya açıqlamasında XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O, bəyan edib ki, notada Azərbaycanın İranın nüvə alimlərinin qətlində əli olan terrorçuların ölkəyə gəliş-gedişinə şərait yaratdığı barədə iddia həqiqətə uyğun deyil və iftiradır: “Azərbaycan özü erməni terrorundan əziyyət çəkən ölkədir. Azərbaycan xaricdən müdaxiləyə və hər hansı terrorçu fəaliyyətə imkan verməz”.
E. Abdullayev mövcud durumu İranla münasibətlərdə neqativ bir məqam kimi dəyərləndirsə də, rəsmi Bakının İranla mehriban qonşuluq əlaqələrinə tərəfdar olduğunu vurğulayıb. Əlbəttə, İranın bu addımı ona dəlalət edir ki, Tehran regional münasibətlər sistemi çərçivəsində Azərbaycanla yeni keyfiyyətdə əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdırmaq və uzunmüddətli qaydada davam etdirmək əvəzinə, ölkəmizə qarşı təhdid və şantaj metodlarından istifadə edir. Bu isə anlaşılan və rasional seçim deyil. çünki Azərbaycan İrana münasibətdə olduqca rasional mövqe sərgiləyir və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişaf edərək yeni keyfiyyət çalarları əldə etməsi üçün öz üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir...
Amma İran nəinki ölkəmizlə ikitərəfli, çoxşaxəli münasibətlər sisteminin inkişafına hər hansı bir töhfə vermir, hətta Azərbaycanın daxili işlərinə qarışır, ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına xidmət edən aktların həyata keçirilməsinə göstəriş verir, dini dəyərlərdən siyasi vasitə kimi istifadə edərək paradoksal, destruktiv situasiya yaratmağa çalışır. Hətta Tehran özünün xarici və regional siyasətində Azərbaycanı hədəf nöqtəsinə çevirməyə çalışır. Bu istiqamətdə xüsusi manipulyasiya metodlarına istinad edən İran Qərbin siyasi, iqtisadi və ideoloji təzyiqlərinin qarşısında Azərbaycana qarşı ideoloji hücumlar təşkil edir və ölkəmizi ittiham edən müxtəlif bəyanatlar səsləndirir. Bu da ona dəlalət edir ki, Tehran Azərbaycanı regional miqyaslı, qlobal xarakterli mürəkkəb siyasi proseslərin içərisinə cəlb etmək niyyəti daşıyır. Bu isə əsla ölkələr arasındakı münasibətlərin mahiyyətinə uyğun deyil...
İranın ölkəmizə qarşı destruktiv və irrasional mövqeyinə baxmayaraq, Azərbaycan ortaq dəyərlərə, yaxın qonşuluq əlaqələrinə və strateji əməkdaşlıq münasibətlərinə xələl gətirəcək hər hansı bir irrasional addıma istinad etmir. Proseslərin müşahidəsi onu deməyə əsas verir ki, Tehranın şantaj, təhdid və təxribata əsaslanan münasibətinə baxmayaraq, Azərbaycan kifayət qədər təmkinli və rasional mövqe sərgiləyir. Bu da Azərbaycanın xarici siyasət strategiyasının rasionallıq və praqmatikliyinə, İranın isə regional siyasətinin irrasionallığına dəlalət edir...
Bütün bunlar deməyə əsas verir ki, İran Azərbaycana münasibətdə özünün xarici siyasət strategiyasında ciddi strateji dəyişikliklər etməlidir. Bu, bəhs edilən dövlətin özünün milli maraqlarına uyğundur. Tehranın bu mövqeyi İran xalqının özünün iradəsinə də ziddir. Əgər İran Azərbaycana münasibətdə xalqın iradəsinə və milli maraqlara zidd xarici siyasət kursunu davam etdirəcəksə, bu, Tehran üçün perspektivdə aşkar “bumeranq” zərbəsinə çevrilə bilər.
NURLAN QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19

