Qərbə yarınmaq, müttəfiqləri ilə ayrılmamaq...
29.11.2023 [10:55]
Paşinyan ikili “oyunu”işə salır
Hər zaman fərqli qüvvələrin əlində alət kimi istifadə olunan Ermənistan öz “ənənəsindən” əl çəkmək fikrində deyil. Onsuz da aylardır ki, milli maraqlarına zidd olduğu halda sülhü yubadan Ermənistan özü bu qənaəti formalaşdırır. Daldalanmağa “çətir” axtarışında olduğunu hər addımında büruzə verən İrəvanın bu qeyri-konstruktiv mövqeyi onun üçün açıq perspektiv vəd etmir - hər bir halda siyasi-iqtisadi müstəqillik əldə etmək imkanlarını məhdudlaşdırır. Halbuki Azərbaycanla əldə olunacaq razılıq Ermənistan üçün yeni və azad üfüqlər aça bilər. İrəvan ədalətli sülhü imzalamaqla regional və qlobal layihələrin tərkib hissəsinə çevrilmək imkanı qazanar. Təəssüf ki, Ermənistan bu imkandan maksimum yararlanmaq əvəzinə yenə də özü üçün havadar axtarır, təhlükəsizliyə təhdid törədəcək addımlarını “ört-basdır” etmək üçün dəstəkçi müəyyənləşdirir.
“Cəsarət” şkalası - Paşinyan nə istəyir?
ABŞ Dövlət katibi Antoni Blinkenin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı da bəzi nüansları ilə diqqət çəkir. Məsələn, Dövlət katibinin köməkçisi Ceyms O’Brayn bazar ertəsi səhər bəzi KİV-ə açıqlamasında deyib ki, baş nazir Paşinyan “çox cəsarətli və açıq” şəkildə bildirib ki, sərhədlərini və Qərblə münasibətlərini açmaq istəyir. Onun sözlərinə görə, Ermənistan əvvəlki kimi Rusiyadan tamamilə asılı olmasını istəmir”. Paşinyan həmçinin Ermənistana öz iqtisadi inkişafına diqqət yetirmək, təhlükəsizlik əlaqələri qurmaq və Mərkəzi Asiyadan Türkiyəyə ticarəti genişləndirmək imkanı vermək üçün Azərbaycanla sülh sazişi istəyir....
Diplomatın “cəsarət” adlandırdığı “nəsnə” Ermənistanın Rusiya ilə bütün əlaqələrini kəsməsi və bütün münasibətləri sıfır nöqtəsinə “tənzimləməsidirsə”, bu, bir siyasətçi üçün ağıllı addım sayıla bilməz. Ermənistan ilə Rusiya arasında uzun illərə, bəlkə də əsrlərə söykənən əlaqələr var ki, bir gündə, eyni zamanda Paşinyanın və ya O’Braynın arzusu ilə bunu istisna etmək mümkün deyil. Ən azından bu gün Ermənistanın sərhədləri məhz Rusiya qüvvələri tərəfindən mühafizə olunur, iki ölkə KTMT çərçivəsində hələ də hərbi müttəfiq sayılırlar. Eyni zamanda, Ermənistanda 102-ci Hərbi Baza yerləşir ki, bu amili də diqqətdən qaçırmaq olmaz. Digər tərəfdən, Ermənistanın bir sıra infrastrukturu Rusiyanın “əmlakıdır” ki, bunu da göz ardı etmək mümkün deyil. Yəni “Paşinyan istəyir” və ya bir başqa maraqdan irəli gəlir deyə ABŞ-lı diplomatın iddia etdiyi kimi Ermənistan - Rusiya əlaqələrinə son verilməsi mümkün deyil. Bu, sadəcə olaraq Paşinyanın sülh danışıqları müstəvisində əlavə üstünlük qazanması üçün oynadığı növbəti bir oyundur...
Rusiyaya gedirsə...
Bunun oyun olduğunu təsdiqləyən səbəblər və arqumtentlər isə kifayət qədərdir. Yuxarıda sadalanan məsələlərlə yanaşı, iki dövlət arasındakı siyasi əlaqələrə də fərqli prizmadan yanaşmaq olar - məsələn, Paşinyanın ikili oyunu birmənalı şəkildə Qərbi aldatmağa, görüntü yaratmağa hesablanıb. O’Braynın “ifadə etdiyi kimi” Rusiya ilə əlaqələrinə “son vermək” istəyən Paşinyan dekabrda Sankt-Peterburqa niyə gedəcək? Bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov təsdiqləyib. Y.Uşakov Ermənistanın Baş naziri Nikol Paşinyanın dekabrda Sankt-Peterburqda keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) və Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammitlərində iştirak edəcəyini bildirib.
Bəli, regional məsələlərin məhz regionda müzakirə vacibliyi ilə bağlı “postulat” yenə də öz hökmündədir - kimin nə deməsindən, nə arzumasından və ya nəyi necə görmək istəməsindən asılı olmayaraq bu həqiqət birmənalıdır. Regionda müdaxilə predmetinə çevrilən Ermənistan istəsə də, istəməsə də bölgənin tərkib hissəsidir. Bu mənada, regiona ünvanlanan və təhdid yaradan maraqların qarşısının alınmasında bütün ölkələr kimi Ermənistan da fəal addımlar atmalıdır. Ən azından bölgədə sülhün formalaşmasına zəmin yaratmalıdır - əks halda... yeni çətirlər belə Ermənistan üçün xilas yolu olmayacaq...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

