Azərbaycandan növbəti humanizm nümunəsi...
09.12.2023 [10:20]
32 erməni hərbçinin azad edilməsi iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımdır
Azərbaycanın yürütdüyü dövlət siyasətinin bütün istiqamətlərində humanizm faktoru əhəmiyyətli şəkildə nəzərə çarpmaqdadır. İstər Vətən müharibəsi günlərində, istərsə də lokal antiterror əməliyyatları zamanı Azərbaycanın nümayiş etdirdiyi yüksək humanizm nümunəsi ortadadır. Məsələn, dəfələrlə Azərbaycan tərəfindən Ermənistana təhvil verilmiş erməni əsirlərin onlara qarşı insani davranış nümayiş etdirilməsi haqqında açıqlamalarına rast gəlinir - eyni zamanda, lokal antiterror tədbirlərindən sonra Azərbaycanı könüllü şəkildə tərk edərək Ermənistana köçən erməniəsilli insanların rahat və təhlükəsiz köçməsini təmin edən, onlara qarşı yüksək insani davranış nümayiş etdirən hərbi qulluqçularımızın hərəkətləri haqda hələ də müsbət fikirlər səsləndirilir. Əslində, bu kimi addımlar həm də qarşılıqlı etimadın gücləndirilməsinə, bütövlükdə, təhlükəsizliyin təmininə özünün müsbət təsirlərini göstərir.
Ölkəmizin xoşməramlı addımı...
Bəlli olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub. Bununla bağlı yayılan birgə açıqlamada göstərilir ki, humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.
Azərbaycan bütün addımlarında beynəlxalq hüquqa əsaslanır
Vurğulandığı kimi, humanizm bəşəri dəyərdir və Azərbaycan dövlətinin yürütdüyü dövlət siyasətinin ən prioritet istiqamətlərindən biridir. Xalqımız, dövlətimiz hətta onilliklərlə bizə qarşı məkrli siyasəti ilə seçilənlərə, işğalçılıq ab-havası ilə yaşayanlara qarşı yalnız qanun çərçivəsində davranır. Hətta müharibə dövründə Azərbaycan əsir düşən və sonradan Ermənistana qaytarılan şəxslər və ya müəyyən cinayətlərdə günalandırılaraq saxlanılan insanlarla davranışlarda belə beynəlxalq konvensiyaların tələblərinə - 1949-cu ildə İsveçrənin Cenevrə şəhərində keçirilən konfransda qəbul edilmiş dörd Cenevrə Konvensiyasının müddəalarına istinad edir. Qeyd edək ki, bu konvensiyalardan biri - III Cenevrə Konvensiyası məhz əsir düşmüş hərbçilərlə davranış kodekslərini özündə ehtiva edir. Hərbi əsirlərlə rəftara dair Konvensiyanın tələbinə görə dövlətin müvəqqəti hakimiyyəti altında olmalı və həmin dövlət onların taleyinə görə tam məsuliyyət daşımalıdır. Bu, hərbi əsirlərlə rəftara dair dövlətlərin öz üzərinə götürdüyü beynəlxalq öhdəlikdən irəli gələn əsas tələbdir. Beynəlxalq humanitar hüquqa müvafiq olaraq hərbi əsirlər onları əsir götürən hər hansı hərbi hissənin, yaxud da konkret hansısa xüsusi şəxslərin nəzarəti altında deyil, birbaşa dövlətin himayəsi altında olmalıdır.
Azərbaycan bu kimi humanist dəyərləri özündə əks etdirən qanunvericilik aktına yalnız imza atmaqla öz işini bitmiş hesab etmir - bu konvensiyalarda əks olunan müddəalar Azərbaycanın bütün siyasi-hərbi addımlarında özünü göstərir. Bunun nəticəsidir ki, ölkəmizə səfər edən beynəlxalq missiyalar, beynəlxalq təsisatların nümayəndələri Azərbaycanın humanist mövqeyini yüksək dəyərləndirir.
Sülhə xidmət edən çağırışlar...
Bu kimi humanist davranışlar həm də sülhün yaranmasına, qarşılıqlı etimad mühitinin daha da inkişaf etdirilməsinə rəvac verir. Azərbaycan apardığı siyasədə birmənalı şəkildə beynəlxalq hüquqa əsaslanır. Üç ay öncə baş tutmuş antiterror tədbirlərindən sonrakı mərhələdə də Azərbaycan reinteqrasiya proqramı təqdim etməklə humanizmə sadiqliyini ortaya qoymuşdu. Biz hər zaman bəyan etmişik ki. etnik kimlik Azərbaycan üçün ayrı-seçkilik yaratmır - Qarabağın erməni əhalisi məhz bu kimi humanizm davranışlarını əsas götürərək Azərbaycanın səmimi yanaşmasını qəbul etməlidir. Ölkəmiz hər zaman sülhün və əməkdaşlığın bərpasına çalışıb - hətta Ermənistanın torpaqlarımızı işğal altında saxladığı illərdə belə Azərbaycan məsələnin sülh yolu ilə həllinin tərəfdarı kimi çıxış edirdi. Konstruktiv anlaşmanı, siyasi-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsini, normal qonşuluq münasibətlərini əsas götürən Azərbaycan bu gün də eyni mövqedədir. Ölkəmiz iki ildən artıqdır ki, bölgədə sülhün və anlaşmanın hökm sürməsi üçün bütün səyini səfərbər edib. Artıq bu prosesdə müəyyən yaxınlaşmalar baş verməkdədir ki, qarşılıqlı olaraq hərbi əsirlərin mübadiləsi də buna misaldır. Azərbaycanın bu kimi humanizmə söykənən davranışları sülhə xidmət edən mühüm çağırışlardır.
Bununla belə, ölkəmizə qarşı ağır cinayətlərdə ittiham olunan şəxslərin - xüsusilə qondarma rejimin başında duran, Azərbaycana qarşı separatizmi körükləyən şəxslər ədalət mühakiməsi qarşısında cavab verirlər. Bu şəxslərlə də qanun çərçivəsində - müvafiq qanunun tələbləri müsğəvisində davranış və münasibət sərgilənir. Amma hər bir halda Azərbaycana qarşı cinayə törədənlər anlamalıdır ki, mütləq şəkildə əməllərinin məsuliyyətini daşıyacaqlar!!!
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16

