Fransanın rasizm siyasəti
27.12.2023 [11:08]
Bu ölkənin Evian-le-Bən şəhərində “Azərbaycan parkı”na və Xurşidbanu Natəvanın abidəsinə hörmətsizlik edilib
Mübariz ABDULLAYEV
Özünü bütün dünyada “mədəniyyət və demokratiya beşiyi” kimi təsdiqləmək üçün dəridən-qabıqdan çıxan Fransada Azərbaycan mədəniyyətinə qarşı əsl mədəniyyətsizlik, vandalizm əməli törədilib. Belə ki, Evian-le-Bən şəhərinin meriyası buradakı “Azərbaycan parkı”nda ölkəmizlə bağlı bütün yazıların yığışdırılması qərarını qəbul edib. Eyni zamanda, parkdakı Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı hörmətsizlik edilib, bütövlükdə abidənin götürülməsi məsələsi də gündəmə gəlib. Meriyada bildirilib ki, “Azərbaycan parkı”nın adı yaxın gələcəkdə şəhərin turizm marşrutundan da çıxarılacaq.
Parkın və abidənin tarixi
Əslində, Evian-le-Bən şəhərində “Azərbaycan parkı”nın salınması və burada Natəvanın heykəlinin ucaldılması zamanında hər iki tərəfdən ifadə olunan xoş niyyətin ifadəsi idi. Xatırladaq ki, indiyədək Azərbaycanın və Fransanın bir çox şəhərləri arasında dostluq, mədəni və digər istiqamətlərdə əməkdaşlıq üzrə müvafiq sənədlər imzalanıb. 2015-ci ildə isə Fransanın Evian-le-Bən şəhəri ilə Azərbaycanın İsmayıllı şəhəri arasında əməkdaşlıq müqaviləsi imzalayıb. Həmin müqavilə çərçivəsində 2017-ci ildə Evian-le-Bən şəhərində Leman gölü sahilində “Azərbaycan parkı”nın rəsmi açılış mərasimi baş tutub. Bununla yanaşı, parkda “Dostluq” bulağı yaradılıb və Xurşidbanu Natəvanın heykəli ucaldılıb. Heykəlin müəllifləri Salhab Məmmədov və Əli İbadullayevdir. Hər iki ölkənin geniş ictimaiyyətinin təmsilçilərinin qatıldığı tədbirdə həmin gün Evian-le-Bəndə İsmayıllı günü elan edilib. O da qeyd edilib ki, şəhər meriyası ikitərəfli dostluğun rəmzi olan bu parkın həmişə belə gözəl olmasını daim diqqətdə saxlayacaq.
Şəhərdə yaradılan “Azərbaycan parkı”nda Natəvanın abidəsinin ucaldılması da təsadüfi deyil. Tarixdən məlumdur ki, “Üç muşketyor” və “Qraf Monte Kristo” kimi dünyaca məşhur klassik əsərlərin müəllifi olan fransız yazıçısı Aleksandr Düma 1858-1859-cü illərdə Qafqaza səfəri zamanı müəyyən müddət Azərbaycanda qalıb və bir sıra əraziləri gəzib. 1859-cu ilin aprel ayında isə Dümanın 3 cilddən ibarət Qafqaz səyahətinin təəssüratları (fransızça: İmpression de Voyage Le Caucase) Parisdə çap olunub. Əsərdə yazıçının Azərbaycan şairəsi ilə tanışlığı da təsvir olunub. Bakı məhəllələrinin birinin polismeysteri Piquliyevskinin evində qonaq olan Aleksandr Düma orada Xurşidbanu Natəvan və onun həyat yoldaşı knyaz Xasay Usmiyevlə tanış olur, onlar arasında səmimi dostluq münasibətləri yaranır. Fransız yazıçısı Düma Natəvanla şahmat oynayır. Oyunun nəticəsi isə çox yaddaqalan olur. Belə ki, Natəvan Dümanı mat edir. Bu zaman Natəvan Dümadan yaşca xeyli kiçik idi. Onun cəmi 26, Dümanın isə 56 yaşı var idi. Sonradan Natəvanla Dümanın bu tarixi görüşü bir sıra bədii əsərlərin mövzusuna çevrilib…
Evian-le-Bən şəhərində yaradılan “Azərbaycan parkı”nda Natəvanın ucaldılması da məhz bu görüşdən qaynaqlanır. Bununla ideya müəllifləri dostluq əlaqələrinin tarixi zəminə və ən əsası heç vaxt dəyərini itirməyəcək mədəniyyət amilinə əsaslandığını önə çəkmək istəyiblər.
Lobbi maraqlarının qurbanına çevrilən mədəniyyət hadisəsi
Bu günlərdə Evian-le-Bən şəhərindəki “Azərbaycan parkı”nda baş verənlər isə sözün əsl mənasında ekosiddir, mədəniyyət hadisəsinin ksenofobiyaya, lobbi maraqlarına qurban verilməsinin təzahürüdür. Nə baş verir? Qarşımızda Azərbaycanın və Fransanın iki fərqli nümunəsini görürük. Azərbaycan Fransadan kiçik dövlətdir. Ancaq bizim aşılamaq istədiyimiz dəyərlər çox böyükdür. Azərbaycan çoxmillətli, çoxmədəniyyətli cəmiyyəti ilə qürur duyur, multikulturalizmi təbliğ edir. Ölkəmiz elə Fransanın özündə, Parisdə və regionlarda çoxlu sayda tarixi dini-mədəni abidələrin bərpasına sanballı töhfələr verib. Fransanın ayrı-ayrı şəhərlərində təşkil olunan Azərbaycan mədəniyyəti günləri milyonlarla insanın yaddaşında dərin iz buraxaraq onları nəcibliyə, humanizmə, birgəyaşayışa, insana sevgiyə səsləyib.
Bəs Fransanın etdiklərini hansı baxış bucağından dəyərləndirmək mümkündür? Sualın cavabı olaraq hansısa bir xoş söz ifadə etmək sadəcə mümkün deyil. XXI əsrdə ekosidə hansı arqumentlərlə haqq qazandırasan? Evian-le-Bən şəhərində “Azərbaycan parkı”na və Natəvanın abidəsinə hörmətsiz münasibət Fransada ksenofobiyanın, başqa mədəniyyətlərə dözümsüzlüyün artmasının ifadəsidir. Açıq-aydın görünür ki, bu ölkədə multikulturalizm dəyərləri arxa plana keçib və irqçi siyasət dövlət siyasəti səviyyəsinə yüksəlib. Yeri gəmişkən, Fransa bu gün dünyada müstəmləkəçiliyi yeni formalarda ən qəddar şəkildə davam etdirən azsaylı ölkələr sırasında yer alır. Fransa yüz illər ərzində əsarətdə saxladığı dənizaşırı ərazilərə, Afrika ölkələrinə yaxşı heç nə gətirməyib. Əksinə həmin ərazilərdə Fransanın smürmə siyasətinin kədərli izləri qalıb- sərvətlər talanıb, ərazilər ölü zonaya çevrilib, insanlar səfalətə sürükləniblər. Yaxşı haldır ki, son vaxtlarda Afrikada Fransa müstəmləkəçiliyinə qarşı geniş hərəkat başlayıb. Keçmiş müstəmləkə ölkələri bir-birinin ardında Fransanın hərbi-siyasi mövcudluğuna son qoyurlar ki, bu prosesdə Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində apardığı məqsədyönlü siyasət də mühüm rol oynayır. Elə Evian-le-Bən şəhərində “Azərbaycan parkı”na qarşı hücumun kökündə dayanan əsas səbəblərdən biri də məhz budur. Emanuell Makron iqtidarı Azərbaycanın müstəmləkəçiliyə qarşı barışmaz mübarizə aparmasını, o cümlədən də Fransanın sümürmə siyasətini geniş auditoriyalarda ifşa etməsini sinirə bilmir. Evian-le-Bən şəhərində baş verənlər Fransa hakimiyyətinin qisasçılıq mövqeyində dayandığını ortaya qoyur. Qəzəbini cilovlamaqda aciz olan E.Makron iqtidarı qisasını parka, şairənin abidəsinə hörmətsizlik etməklə almaq istəyir. Nə qədər çarəsiz duruma düşmüsən, haradan hara yuvarlanmısan, böyük Fransa?
Baş verənlərin bir səbəbi də Fransa hakimiyyətinin bu ölkədəki güclü erməni lobbisinin əlində əsir-yesir qalmasının göstəricisidir. Verilən məlumatlara görə Fransada təxminən 700 min erməni mənşəli insan yaşayır. Geniş maliyyə imkanlarına malik olan erməni lobbisi yaxşı təşkilatlanaraq hakimiyyətin qollarının fəaliyyətinə, seçkilərə təsir göstərə bilir. Buna görə də E.Makron başda olmaqla onun komandasında yer alan rəsmilər karyeralarının perspektivləri naminə Fransanın milli maraqlarını lobbi maraqlarına çox asanlıqla qurban verirlər.
Azərbaycan cəmiyyətinin etirazları
Fransa şəhərində baş verənlər Azərbaycan cəmiyyətində kəskin etirazlarla qarşılanıb. “Hakimiyyətini ksenofobiya, islamofobiya kimi amallar üzərində quran bəzi qüvvələr Azərbaycana qarşı revanşist, qərəzli siyasət yürüdür, Ermənistanı silahlandırmaqla məşğuldurlar. Azərbaycan öz ərazilərini işğalçıdan, təcavüzkardan azad etməklə, digər ölkələrə nümunə sərgiləyir və bu istiqamətdə dəstəyini nümayiş etdirir. Görünür ki, bunu bəzi irticaçı qüvvələr qəbul etmirlər”. Bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin dekabrın 26-da keçirilən iclasında səsləndirib.
Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi fəaliyyətini qeyd edən deputat bildirib ki, ölkəmizin uğurları bir çoxlarını qıcıqlandırır. Onun sözlərinə görə, Ermənistandan vaxtilə manipulyasiya vasitəsi kimi istifadə edən Fransa indi həmin ölkənin vasitəsilə Azərbaycana qarşı qərəzli, irticaçı siyasət yürüdür.
Tural Gəncəliyev Fransada tanınmış şairə Xurşidbanu Natəvanın heykəlinə qarşı hörmətsizliyin iyrənc hərəkət olduğunu vurğulayıb və bunu cılızlıq kimi dəyərləndirib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41

