/ / Mübariz Qurbanlı: Hesab edirəm ki, Avropa Parlamentinin qəbul etdiyi bu sənəd öz ruhuna, mahiyyətinə görə qərəzlidir və Avropanın bütövlükdə bu bölgədəki siyasəti ilə uzlaşmır
Mübariz Qurbanlı: Hesab edirəm ki, Avropa Parlamentinin qəbul etdiyi bu sənəd öz ruhuna, mahiyyətinə görə qərəzlidir və Avropanın bütövlükdə bu bölgədəki siyasəti ilə uzlaşmır
26.05.2012 [14:36]
M.Qurbanlının sözlərinə görə, bununla belə, o da məlumdur ki, Avropa Parlamenti yekcins bir qurum deyil. Bu qurumda müxtəlif qruplar var. Millət vəkili onu da deyib ki, Prezidentimiz cənab İlham Əliyev Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində məqsədyönlü siyasət həyata keçirir: “Bu gün Azərbaycanda insan hüquq və azadlıqlarının təminatı baxımından çox ciddi addımlar atılıb. Azərbaycan demək olar ki, Avropa məkanında insan hüquqlarının qorunması baxımından öndə gedən ölkələrdən biri sayılır. Məlumdur ki, 2011-ci il dekabr ayının 27-də Prezident İlham Əliyev tərəfindən insan hüquq və azadlıqlarının daha səmərəli qorunmasına dair Milli Fəaliyyət Planı qəbul edilib. Buna uyğun olaraq da ardıcıl şəkildə tədbirlər həyata keçirilir. Söz, mətbuat, vicdan azadlığı, hərəkət azadlığı, sərbəst toplaşmaq azadlığı və bir çox azadlıqlar Azərbaycan Konstitusiyasının təminatı altındadır. Amma bununla bərabər, bu da məlumdur ki, Azərbaycan geopolitik və geoiqtisadi baxımdan dünyanın, xüsusilə Qafqazın ən mühüm ölkələrindən biridir. Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra əldə edilən ciddi uğur bir tərəfdən müstəqilliyinin dönməzliyinin təmin edilməsidirsə, digər tərəfdən də Azərbaycanın bölgədə dövlətlər arasında ən müstəqil siyasət aparmağa qadir ölkə olmasıdır. Bizim müstəqilliyimizin dönməzliyi Ulu öndər Heydər Əliyev tərəfindən təmin edilib. Müstəqil xarici siyasət kursunun təminatı həyata keçirilib və Prezidentimiz İlham Əliyev bu gün bölgədə və bütün dünyada inkişaf etməkdə olan ölkələr içində ən müstəqil siyasət yeridən dövlətin lideri kimi hamı tərəfindən qəbul edilib. Məhz bunun sayəsində Azərbaycan BMT Baş Məclisində 155 ölkənin dəstəyini qazanıb. Bunun sayəsindədir ki, Azərbaycan bölgənin lideri olaraq başqa dövlətlər üçün nümunədir.
Bu da məlumdur ki, Azərbaycan bu gün Ermənistan ilə münaqişə vəziyyətindədir. Erməni lobbisi Azərbaycanın artan nüfuzundan narahat olaraq bütün vasitələrlə buna qarşı hərəkətlər etməkdədir. Azərbaycan bir sıra istiqamətlərdə təzyiqə məruz qalıb. Xüsusilə Avropada bəzi dairələr Azərbaycanın geoiqtisadi və geopolitik maraqlarına uyğun olmayan bu və ya digər təkliflərlə çıxış edirlər. Təbii ki, Azərbaycan müstəqil siyasət yeritdiyinə görə, bu cür təkliflərlə razılaşmır. Azərbaycanın müstəqil siyasət yürütməsinə dözməyən qruplar, dairələr var ki, onlar müxtəlif vasitələrlə ölkəmizə təsir göstərmək istəyirlər. Burada da insan hüquqlarını bəhanə edərək Azərbaycan əleyhinə ayrı-ayrı sənədlər qəbul etməyə cəhd göstərilir. İnsan çox geniş anlayışdır. Bu anlayışın içində insanın yaşamaq haqqı önəmli yerlərdən birini tutur. Bu gün Ermənistanın təcavüzünə məruz qalan Azərbaycanın məcburi köçkünləri, qaçqınları yaşadıqları torpaqları itiriblər. Ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində əmlaklarını, mülkiyyətlərini itiriblər. Onlar yaşamaq, mənzil və digər hüquqlardan məhrum ediliblər. Onların həyat şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan mühüm işlər görüb. Avropanın ən aparıcı qurumlarından biri olan Avropa Parlamentində əyləşən ayrı-ayrı ölkələrin parlamentariləri insan hüquqlarından danışırlarsa “ilk növbədə” Ermənistanın təcavüzü nəticəsində məcburi köçkün vəziyyətinə düşmüş Azərbaycan vətəndaşlarının taleyindən danışmalıdırlar. Doğrudur, Avropa Parlamenti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif qətnamələr qəbul edib. Amma bu gün ölkəmizin sürətli bir inkişafı dövründə, Azərbaycanın müstəqil siyasət yeritməsi ilə bütövlükdə bölgədə gücünün artdığı bir dövrdə respublikamıza qarşı insan haqları adı altında belə bir sənədin qəbul edilməsi hesab edirəm ki, tamamilə məntiqə uyğun olmayan addımdır. Eyni zamanda, bu, həqiqəti özündə əks etdirməyən bir sənəddir”.
Millət vəkili onu da deyib ki, bu sənəd bizim tərəfimizdən diqqətlə öyrənilib: “Avropa Parlamentinin belə sənəd qəbul etməsinə təəssüflənirik. Ciddi araşdırmalar aparmadan, Avropa Parlamentinin nümayəndələrinin hər hansı bir istiqamətdə bu qaldırılan mövzularla bağlı Azərbaycana səfəri təşkil edilmədən belə bir sənəd qəbul olunub. İkincisi, biz təəssüblənirik ki, Azərbaycan Avronest çərçivəsində Avropa İttifaqı və Avropa Parlamenti ilə əməkdaşlıq etdiyi təqdirdə, bu cür məsələlər Avronest çərçivəsində müzakirə edilməli olduğu halda Avropa Parlamenti sanki təcili bir məsələ müzakirə edirmiş kimi toplaşaraq, belə bir qətnamə qəbul edib. O zaman sual olunur: Avronest nə üçün yaradılmışdı? Avronest məkanında əməkdaşlığın məqsədi nədən ibarət olacaqdı? Avronestdə fəaliyyətin istiqamətləri hansı cəhətləri özündə əks etdirməlidir?”.
Millət vəkili deyib ki, ümumiyyətlə, bu sənəd bütövlükdə yanlış müddəalar, yanlış tezislər və yanlış faktlarla bərabər, eyni zamanda, öz ruhuna, özünün istiqamətinə görə qərəzlidir: “Bu qərəzin də arxasında bəzi dairələrin geopolitik və geoiqtisadi maraqları dayanır. Azərbaycanda Avropa məkanının ən mühüm musiqi yarışmalarından biri uğurla davam etməkdədir. Mayın 26-da bu yarışmanın finalı keçiriləcək və bu müsabiqə ərəfəsində biz Azərbaycana qarşı yarışma ilə əlaqədar müxtəlif istiqamətlərdən, o cümlədən, İrandan təhdidləri görməkdəydik. Belə bir şəraitdə sual olunur: Avropa məkanı Azərbaycanla əməkdaşlıq edərək Azərbaycanın Avropaya inteqrasiyasına dəstək vermək, ölkəmizlə əməkdaşlığı dərinləşdirmək əvəzinə, sinxron şəkildə bizi təhdid edən, bizə qarşı çıxan radikallaşmış qüvvələrlə bir masa arxasında əyləşirsə, eyni istiqamətdə fəaliyyət göstərirsə, onda Avropa ilə həmin radikallaşmış dairələr arasında nə kimi fərq var? Azərbaycan sürətlə inkişaf edir. Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda iştirak edir. ölkəmiz Avropa Parlamenti ilə əməkdaşlığa da çox böyük önəm verir. Hesab edirəm ki, bu sənəd öz ruhuna, mahiyyətinə görə qərəzlidir və Avropanın bütövlükdə bu bölgədəki siyasətilə uzlaşmır. Biz bu cür sənədlərin qəbul edilməsindən həm təəssüflənirik, həm də bu cür sənədlərin qəbuluna öz qəti etirazımızı bildiririk”.
Sözügedən qətnamənin bütövlükdə 19 maddədən ibarət olduğunu deyən YAP İcra katibinin müavini əlavə edib ki, bu 19 maddənin hər biri ilə bağlı fikir söyləmək mümkündür: “Burada “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Bakıda guya keçirilən nümayişlər, sərbəst toplaşmaqla bağlı fikirlər və s. ayrı-ayrı konkret hadisələrlə bağlı müddəalar öz əksini tapıb. Amma araşdırdıqda görürük ki, istər keçirilən tədbirlər, istərsə də tədbirlərlə bağlı söylənilən fikirlər tamamilə qərəzli və yanlışdır. Bu gün Avropanın özündə də qeyri-qanuni mitinqlərin qarşısı alınır. Biz bunu Londonda da, Parisdə də, bu günlərdə NATO-nun çikaqoda keçirilən tədbirində də gördük. Biz bunu Avropanın digər paytaxtlarında da görməkdəyik. Qanun hamı üçün eynidir və hamı qanuna tabe olmalıdır. ümumiyyətlə, Azərbaycan hansısa bir formada öz inkişafına əngəl olacaq və onu xaosa sürükləyəcək tədbirləri dəf edəcək. Prezident İlham Əliyev qətiyyətli və praqmatik siyasət yeridir. Biz Avropa ilə, Qərblə əməkdaşlıq edirik. Amma Azərbaycan hansısa bir təhdid, hansısa bir təzyiq nəticəsində öz müstəqil siyasətindən, bütövlükdə diplomatik və digər sahələrdə həyata keçirdiyi siyasətdən geri çəkilməyəcək. Azərbaycan üçün müstəqil siyasət yolu ən önəmli yoldur və bu yol davam edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32

