/ / Kinematoqrafçıların cəmiyyətdəki hörmətini və nüfuzunu bərpa etmək başlıca hədəflərdən biri olmalıdır
Kinematoqrafçıların cəmiyyətdəki hörmətini və nüfuzunu bərpa etmək başlıca hədəflərdən biri olmalıdır
23.06.2012 [10:48]
Xəbər verildiyi kimi, iyunun 21-də Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı yaradılıb. APA-nın məlumatına görə, yeni qurumun yaradılması ilə bağlı “Nizami” Kino Mərkəzində “Kino və konseptual problemlər” mövzusunda keçirilmiş tədbirdə qərar verilib.
Agentliyin xəbərində deyilir ki, İttifaqın təşəbbüs qrupunun və idarə heyətinin tərkibinə Şəfiqə Məmmədova, Ayaz Salayev, Cəmil Quliyev, Vaqif Mustafayev, Oqtay Mirqasımov, Ramiz Fətəliyev, Mais Ağabəyov, Yusif Quliyev, Siyavuş Kərimi, “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov, “Nərimanfilm” Kinostudiyasının direktoru Nəriman Məmmədov daxildirlər.
Məlumata görə, tədbirdə çıxış edən Cəmil Quliyev bildirib ki, yaradılma təşəbbüsü irəli sürülmüş Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fəaliyyət istiqamətləri-milli filmlərin beynəlxalq arenaya çıxarılması, milli filmlərin təşkili, beynəlxalq simpozium və konfransların təşkili, kino infrastrukturunun formalaşdırılmasıdır.
Azərbaycanın Xalq artisti Şəfiqə Məmmədova bildirib ki, bu gün Azərbaycan kinosunun əsas problemlərindən biri gənc nəslin formalaşmaması məsələsidir: “Gənc nəslin demokratik, sağlam, mədəni mühitdə inkişafı çox vacib məsələdir. Biz bunu kinoya da gətirib, maarifləndirmə işi aparmalıyıq”.
Müzakirədə çıxış edən kinorejissor Oqtay Mirqasımov Azərbaycan kinosunun mövcud vəziyyətindən danışıb, bu sahənin inkişafının bir nəfərdən asılı olmadığını qeyd edib: “Kinoda tək adam heç nədir, bu, kollektiv əməyin nəticəsidir. Mən 16 yaşımda kinoya gəldim və burda püxtələşdim. Kinonun inkişafı üçün atılan hər bir addım məni sevindirir. Bu qurumun yaranması da məni sevindirir və bu, çox şey deməkdir. Biz bu illər ərzində çox şeylər itirmişik, çünki birliyimiz yalnız sözdə olub. ümid edirəm ki, bundan sonra əməldə də olacaq. Beş ildən çoxdur ki, bu barədə düşünürəm və bununla bağlı çox fikirlər söyləmişəm”.
Oqtay Mirqasımov kinoşünaslıq ənənələrinin itirilməkdə olduğunu təəssüflə qeyd edib, bunu müasir texnologiyalardakı problemlərlə də əlaqələndirib: “Sözsüz, uğursuz olduğumuz başqa məsələlər də var. Düşünürəm ki, bu müddət ərzində həm rəhbərlik, həm də xalq bizdən iş gözləyirdi. Yenə qayıdıram əvvəlki fikrimə-birlik! Məhz birlik hər şeyi həll edəcək”.
Digər çıxışçılar da Azərbaycan Kinematoqrafçılar İttifaqının fəaliyyətinin qeyri-qənaətbəxş olduğunu vurğulayıblar. Qeyd olunub ki, hazırda mövcud olan Kinematoqrafçılar İttifaqının fəaliyyəti qənaətbəxş deyil, onlar lazımi səviyyədə fəaliyyət göstərmirlər. Lazımdır ki, milli filmlər təhlil və təbliğ olunsun, kino mühiti yaransın. Kinonun tədrisi də vacib məsələlərdən biridir.
Müzakirələrdən sonra Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yarandığı elan olunub və Xalq artisti Şəfiqə Məmmədova İttifaqın sədri seçilib.
Bəs, yeni qurum qarşısına hansı hədəfləri qoyub? ümumiyyətlə, bu qurum Azərbaycan kinosunun gələcəyini necə görür? Həmin suallara cavabında kinorejissor Ayaz Salayev öncə onu qeyd edib ki, kino xadimləri cəmiyyət üçün həqiqətən dəyərli insanlardır: “Biz heç nədən məhsul - film hazırlayırıq. Film həm satmaq üçün məhsul, həm də mədəniyyətin təbliğidir. Bizlər gələcəyə doğru addımlayırıq. Gələcəyə filmlərlə addımlamaq mümkündür və vacibdir. Digər vacib olan məsələ isə - dəyərlərdir. Lazımi dəyərlərin yaranması və inkişafı üçün kino ictimaiyyətinin belə birliyinin yaranması vacib idi”.
Konkret olaraq suala gəlincə Ayaz Salayev bildirib ki, ümumiyyətlə, kino işçilərinin, kinematoqrafçıların cəmiyyətdəki hörmətini və nüfuzunu bərpa etmək başlıca hədəflərdən biri olmalıdır: “Qeyd edim ki, biz hardansa nəsə alıb, başqa yerə satmırıq. Sıfırdan məhsul yaradırıq. O məhsul sənət əsəri olur. Ona görə də, kinematoqrafçılara hörmət olmalıdır. Yaradıcı adamların özlərini ifadə etmək imkanı olmalıdır. Yeni təşkilatdan bütün bunları gözləyirəm”.
Azərbaycan kinosunun gələcəyinə dair suala isə tanınmış kinorejissor aşağıdakı cavabı verib: “Hazırda kino sahəsinə gənc nəslin nümayəndələri gəlir. Şübhəsiz ki, onlar öz sözünü deməyə çalışırlar və bu istiqamətdə lazımi şəraitin yaradılması vacibdir. İnanıram ki, məhz bu baş verərsə, o zaman yaxın gələcəkdə Azərbaycan kinosu anlayışı yenilənəcək. O mənada ki, yeni əsr sürətli yeniliklər, inkişaf tələb edir. Hesab edirəm ki, bizim kinomuz da bu tələblərlə ayaqlaşmağa hazır olmalıdır. Yəni, gənc nəslin başlıca vəzifəsi məhz belə, yeni əsrin tələblərinə cavab verən, hər bir yeniliyi özündə ehtiva etməyə hazır olan bir kinonun yaradılmasına nail olmaqdır”.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

