Türkiyə 5 aprel görüşünə etiraz edir
04.04.2024 [21:28]
Ankaranın mövqeyi: bu təşəbbüs Cənubi Qafqazın geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq
Azərbaycanın Cənubi Qafqazın gələcək inkişafı ilə bağlı apardığı siyasi xətt birmənalı şəkildə əməkdaşlığa, sülhə və vabitliyə əsaslanır. Bu amillər kompleks şəkildə bölgənin yeni iqtisadi inkişaf mərhələsini formalaşdırır. Yaradılan yeni siyasi-iqtisadi konfiqurasiya isə özündə bölgə dövlətlərinin ümumi əməkdaşlıq maraqlarını cəmləşdirir: Mərkəzi Asiya-Cənubi Qafqaz-Kiçik Asiya üzərindən keçən tranzit xəttlərinin, iqtisadi imkanların diversifikasiyası yaxın perspektiv üçün mühüm imkanlar yaradır. Təssüflər olsun ki, bəzi xarici qüvvələrin, konkret olaraq ABŞ və Aİ-nin qeyri-adekvat "həvəsləndirmələri" ilə Ermənistan bu perspektiv inkişaf mərhələsini yubadır. Halbuki, Azərbaycanla münasibətləri normallaşdırmaqla, sülh imzalamaqla Ermənistan bütövlükdə regional inkişafın mühüm halqası qismində çıxış edəcək. Bu, Ernmənistan üçün yeni imknalar, yeni iqtisadi münasibətlər deməkdir. Eyni zamanda, bölgənin aparıcı siyasi aktoru olan Türkiyə ilə münasibətlərin normallaşması üçün əsas yaradacaq. Ermənistan bu reallığı bilir – Azərbaycanla sülhün imzalanması İrəvanın Türkiyə ilə djə münasibətilərinin normallaşması deməkdir. Bu isə, İrəvana həm Şərq, həm də Qərb istiqamətində mühüm iqtisadi imkanlar açır. Çünki bölgənin ümumi inkiaşaf mənzərəsində xüsusi ştrixlər əlavə etmiş Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının fonunda reallaşdırılan əməkdaşlıq platformaları regional miqyaslı strateji təmasların sıxlaşdırılmasına və bölgənin siyasi, iqtisadi və hərbi təhlükəsizliyinin təmin olunmasına xidmət göstərir. Bakı-Ankara tərəfdaşlığı regional miqyaslı, qlobal xarakterli müxtəlif enerji layihələrinin reallaşdırılmasını mümkün edib ki, bu da bölgənin iqtisadi inkişafını təsir göstərir, həmçinin iqtisadi təhlükəsizliyin təmin olunması işinə özünəməxsus fundamental töhfələr verib.
Bunun üçün isə Ermənistan özünün hazırki qeyri-konstruktiv mövqeyindən əl çəkməlidir. İlk növbədə aprelin 5-də keçirilməsi nəzərdə tutulan üçtərəfli görüş bu əməkdaşlığın inkişaf imkanlarının genişlənməsinə mane olan predmet kimi çıxış edir. Türkiyənin bu görüşlə bağlı mövqeyi isə Azərbaycanla adekvatdır – rəsmi Ankara bu görüşü gələcək perspektiv üçün böyük zərbə sayır. Belə ki, Türkiyə Xarici İşlər Nazirliyinin aprelin 5-də keçirilməsi planlaşdırılan bəyanatında bildirilir ki, üçtərəfli görüş regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan neytrallıq yanaşmasına zərbə vuracaq. Bəyanatda vurğulanır ki, Azərbaycanın iştirakını nəzərdə tutmayan bu təşəbbüs Cənubi Qafqazda sülhə xidmət etmək yerinə bölgənin geosiyasi münaqişələr meydanına çevrilməsinə yol açacaq.
“Üçüncü ölkələri proses kontekstində atacaqları addımlarda regionun xüsusiyyətlərini nəzərə almağa və tərəflərə eyni məsafədən yanaşmağa çağırışımızı bir daha təkrar edirik. İnanırıq ki, Cənubi Qafqaz regionda bərqərar olacaq daimi sülh və sabitlik əsasında yüksələcək və layiq olduğu regional rifaha nail olacaq. Türkiyə həmişə olduğu kimi bu məsələdə üzərinə düşəni etməyə davam edəcək və Azərbaycanla Ermənistan arasında daimi sülhün əldə olunması üçün tarixi fürsətdən istifadəni təşviq etməyə davam edəcək”, - deyə bəyanatda vurğulanıb.
Həmçinin əlavə olunub ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfəri ilə işğal olunmuş torpaqların azad edilməsi və 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı ilə bütün ölkə üzərində suverenliyinin bərpası nəticəsində regionda daimi sülh və sabitliyin bərqərar olması üçün tarixi fürsət yaranıb:
“Bu tarixi fürsətin uğurla nəticələnməsinə çox yaxın olduğumuz bir vaxtda üçüncü tərəflərin, xüsusən də qeyri-regional aktorların prosesə ədalətli və qərəzsiz yanaşması, prosesə zərər vurmamaq üçün ehtiyatlı olması daha da vacib olub”.
Göründüyü kimi, artıq bütövlükdə bölgə dövlətləri, hətta ABŞ-ın NATO-dakı ən aparıcı tərəfdaşı olan rəsmi Ankara bu görüşün yaradacağı mənfi tendensiyaların anonsunu səsləndirməkdədir. Bu kimi görüşlər, eyni zamanda yaranma ehtimalı böyük olan "hərbi pakt" bütövlükdə bölgəni təhdid qarşısında qoyur. Bu isə yolverilməzdir. Ermənsitan anlamlıdır ki, ona korporativ maraqlar qarşılığında verilən "dəstək" regiona bğöyüku iqtisadi ziyan verəcək – ən əsası, Ermənistanın özünün yaranma ehtimalı böyük olan yeni inkişaf mərhələsini istisna edəcək. Eyni zamanda, bu addım İrəvanın Bakı ilə yanaşı Ankara ilə münasibətləri normallaşdırma prosesinə mənfi təsir göstərəcək. Çünki Türkiyə hər zaman bəyan edib ki, Türkiə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi rəsmi Bakı ilə aparılan proseslə əldaqəli şəkildədir. Bu isə, onu deməyə əsas verir ki, Ermənsitan yenə də bölgədə dalan dövləti statusundan qurtula bilməyəcək…
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

