Tanınmayan diplomlar, uğursuz imtahanlar...
01.06.2024 [10:45]
Xaricdə təhsil yaxşı seçimdir?
Etiraf edək ki, bu gün xarici ölkələrdə təhsil almaq çoxsaylı gənclərin arzusudur. Son illər xaricdə təhsilə artan maraq və statistika da bu mövzuda öz sözünü deyir. Təbii ki, xarici universitetlərin böyük əksəriyyətinə qəbul şərtlərinin daha asan olması burada mühüm rol oynayır. Bu baxımdan gənclər Azərbaycanda qəbul imtahanlarında aşağı bal toplayaraq yüksək ödənişli əsaslarla təhsil almaq yerinə, bəzi xarici universitetlərdə daha aşağı büdcə ilə oxumağa üstünlük verirlər.
Lakin təhsil almaq üçün xarici ölkələrə üz tutan yüzlərlə gəncin böyük arzularla çıxdıqları bu yol çox zaman məyusluqla sonlanır. Belə ki, xarici universitetlərdə müxtəlif ixtisaslar üzrə təhsil alanlar adətən ölkəmizdə peşə tanınması üzrə imtahandan keçə bilmirlər. Bunun da səbəbi həmin xarici ölkənin və Azərbaycanın təhsil sisteminin bir-birindən fərqlənməsidir. Məsələn, xaricdə hüquq ixtisasının bitirən şəxsin təbii olaraq ölkəmizdə peşə tanınması imtahanından uğurlu nəticə əldə etməsi çox çətindir. Bəllidir ki, hər bir ölkənin özünəməxsus qanunvericiliyi var. Xaricdə təhsil alan həmin gənclərin ölkəmizdə öz ixtisasları üzrə işlə təmin olunması da qeyri-mümkün olur.
240 nəfər peşə imtahanından keçə bilməyib
Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, xarici universitetlərdə müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə təhsil almış 240 nəfər peşə tanınması üzrə imtahandan keçə bilməyib: “4 may 2024-cü il tarixində saat 10:00-da DİM tərəfindən kompüter vasitəsilə keçirilmiş imtahanda iştirak etmək üçün 466 nəfər namizəd qeydiyyatdan keçib, onlardan 426 nəfəri imtahanda iştirak edib. 23 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 44,3 faiz təşkil edib”.
62 nəfərin diplomu tanınmayıb
Agentlikdən həmçinin bildirilib ki, xaricdə təhsil alan şəxslərdən 62 nəfərin diplomu tanınmayıb. Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 46, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 8, dövlət nümunəli olmayan diplom üzrə 4, ekvivalenti olmayan ixtisas üzrə 2, təhsil forması üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb. Aprel ayı üzrə 399 müraciətin 337-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 46, iqtisadiyyat üzrə 32, maliyyə üzrə 31, menecment üzrə 22, biznesin idarə edilməsi üzrə 21 müraciət qeydə alınmayıb”.
Doğru seçim mühüm şərtdir...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, azərbaycanlı tələbələrin üz tutduğu xarici ölkələr arasında ilk yeri Türkiyə tutur. Bu gün 10 minə yaxın tələbə qardaş ölkədə təhsil alır: “Bunun bir çox səbəbləri var. Üstünlüyü odur ki, tələb olunan ixtisaslar üzrə təhsil haqları Türkiyə dövlət universitetlərində daha aşağıdır. Ən əsası isə qəbulun asan, təhsilin keyfiyyətinin yüksək olmasıdır. Eyni zamanda universitet şəhərciklərinin mövcudluğu, lazım olan hər şeyin burada cəmlənməsi tələbələrin sosial fəallığına da yaxşı təsir edir”.
Ekspertin sözlərinə görə, Türkiyənin təhsil səviyyəsi aşağı olan universitetlərində belə 30-dan çox ölkədən tələbə təhsil alır. Fərqli mədəniyyətlərə malik şəxslərlə birlikdə təhsil almağın da bir ayrı üstünlüyü var.
Peşəkarlara müraciət etmək lazımdır
E.Əfəndi qeyd edib ki, hər ölkəyə görə qəbul şərtləri dəyişir. Məsələn, bəzi Avropa ölkələrindəki universitetlər 11 illik attestat nəticələri ilə qəbul həyata keçirsələr də, digərləri buna 12 illik təhsil sistemi ilə gerçəkləşdirirlər. Avropada prestijli universitetlər SAT və IELTS nəticələrini tələb edirlər. Təqaüd imkanlarından yararlanmaq üçün qaydalar da ölkələrə görə dəyişir. Almaniyada təqaüd proqramları ilə qəbul olunmaq üçün alman dili sertifikatına malik olmalısan. Fransada təqaüd də bu dildə təhsil alanlara verilir.
Dediyimiz kimi, harada təhsil almaqdan asılı olmayaraq, doğru seçimlər gənclərə daha uğurlu gələcək vəd edir. Seçimlərdə onlara dəstək olmaq üçün isə peşəkarlara müraciət etmək lazımdır”.
Düzgün ixtisas necə seçilməlidir?
Ekspert sualın cavabında bildirib ki, bu gün informasiya texnologiyaları, kompüter mühəndisliyi bir çox gəncin seçdiyi ixtisaslardır. Əgər bir şagirdin riyaziyyat, fizika bazası, həmçinin o fənlərə meyli yoxdursa, bu ixtisaslar üzrə təhsil alması mümkün deyil: “İxtisas seçimində fənlər böyük rol oynayır. Ona görə də ixtisas seçəndə ilk növbədə təhsil müəssisələrində hansı fənlərin tədris olunduğu araşdırılmalıdır”.
Yanlış seçimin nəticələri...
E.Əfəndinin sözlərinə görə, Azərbaycanda abituriyentlərin ixtisas seçimində 80-85 faiz valideynlərin, 10 faiz qohumların, 5 faiz isə şagirdin öz istəyi rol oynayır. Belə halda müəyyən vaxtdan sonra tələbə öz potensialını başqa sahədə kəşf etməyə başlayır və o, ixtisasından fərqli sahədə çalışır: “Nəticədə isə onları diplomlu işsizlər adıandırırlar. Amma vaxtında düzgün ixtisas seçimi edilsə, bu, baş verməz”.
İmtahan nəticələri buna görə də uğursuzdur...
Ekspert bildirib ki, abituriyentlərin ixtisas seçimi zamanı ən çox düşündükləri məsələ “harada işləyəcəyəm?” sualı olur: “Bəzən isə abituriyentlərin bir qismi hansı qrupa hazırlaşdıqlarını da bilmirlər. Abituriyentlərin imtahan nəticələrinin çoxunun uğursuz olma səbəbi də elə düzgün ixtisas qrupu seçməmələri ilə bağlıdır”.
Bu gün yüzlərlə, minlərlə gəncin xaricə üz tutması əslində müsbət haldır. Çünki dünyada hər şey sürətlə dəyişir, inkişaf edir. Gənclərimizin xarici ölkələrdə təhsil almasında pis bir məqam yoxdur. Müəyyən sahələrdə qazandıqları təcrübələrindən ölkəmizin inkişafında istifadə edirlər. Son bir neçə ildə Azərbaycan Prezidentin sərəncamına əsasən, xaricdə təhsillə bağlı dövlət proqramı həyata keçirilir. Bu da onu göstərir ki, ölkəmizin inkişafında xaricdə təhsil alan tələbələrin böyük rolu var.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45

