Mavi planet...
08.06.2024 [11:10]
Yeganə BAYRAMOVA
Adətən Yerin ikinci adını “mavi planet” adlandırırlar. Əslində, bu ad təsadüfən yaranmayıb. Belə ki, ilk kosmonavtlar Yeri kosmosdan görəndə, planetimiz onların qarşısına məhz mavi rəngdə çıxmışdı. Planetimizin nə üçün yaşıl deyil, mavi görünməyinə gəlincə, buna səbəb Yer səthinin 3/4 hissəsinin Dünya okeanının mavi suları ilə əhatə edilməsidir.
Nəfəs aldığımız oksigenin çoxunu okeanlar istehsal edir. Okeanlar, həmçinin yağış və quraqlığı tənzimləyir, qlobal iqlim nəzarətçisidir, karbon dövranını və buna görə yerdəki istiliyi tarazlıqda saxlayır. Cəmi dörd okean var: Sakit Okean, Atlantik Okeanı, Hind Okeanı və Şimal Buzlu Okeanı. Dünya okeanında su qatının orta dərinliyi 3700 metrdir. Ən dərin nöqtə Marian çökəkliyində yerləşir.
Ən böyük okean
Bütün dörd okeanın ən böyüyü olan Sakit Okean öz adını Ma?ellanın rəhbərlik etdiyi dəniz səyyahları onu keçən zaman inanılmaz dərəcədə sakit olduğu səbəbindən alıb. Sakit Okeanın digər adı - Böyük Okeandır. O, həqiqətən də nəhəngdir - Dünya okeanı sularının 1/2 hissəsi onun payına düşür, Sakit Okean Yer səthinin 2/3 hissəsini tutur.
Sakit Okeanın suları son dərəcə təmiz və şəffafdır, əksər hallarda tünd-göy, bəzən isə yaşıl rəngə çalır. Suyunun duzluluq dərəcəsi ortadır. Bu okean çox vaxt sakitdir, üzərindən mülayim küləklər əsir. Burada demək olar ki, qasırğa baş vermir. Sakit okean üzərində hər zaman təmiz ulduzlu səma görünür.
Mübahisəli iddialar...
Atlantik okeanı - böyüklüyünə görə Sakit Okeandan sonra ikinci yerdə gəlir. Onun adının mənşəyi dünya alimləri arasında hələ də mübahisə obyektidir. Versiyalardan birinə görə, Atlantik okeanının adı Yunan mifologiyasının nümayəndəsi titan Atlantın şərəfinə qoyulub. İkinci versiyanın tərəfdarları isə iddia edirlər ki, o öz adına görə Afrikada yerləşən Atlas dağlarına borcludur. Ən “gənc” - üçüncü versiyaya görə, Atlantik okeanı itən sirli Atlantida materikinin şərəfinə belə adlandırılıb.
Atlantik okeanında suların duzluluğu digər okeanlardan yüksəkdir. Flora və faunası zəngindir, alimlər burada hələ də elmə məlum olmayan nümunələr aşkarlayırlar. Onun soyuq hissəsində balina və kürəkayaqlılar kimi fauna nümayəndələri yaşayır. İsti sularında isə kaşalot və dəniz pişiklərini görmək olar.
Bu okeana az çay axır
Çox sayda nadir flora və fauna növlərinin yaşadığı Hind okeanı böyüklüyünə görə üçüncü yerdə qərarlaşıb. Tədqiqatçıların fikrincə, burada dəniz səyahətləri təxminən 6 min il bundan öncə başlayıb. Hind okeanının ilk dəniz səyyahları olan ərəblər buranın ilk xəritəsini də cızıblar. Onu sonradan Vasko da Qama, Ceyms Kuk da tədqiq edib.
Hind okeanına az çay axdığı üçün suları təmiz, şəffaf və inanılmaz dərəcədə gözəldir, bəzən tünd-mavi, bəzən isə yaşıl rəngə çalır.
16-cı əsrdən tədqiq olunan okean
Ən kiçik, ən soyuq və Dünya okeanının bütün beş hissəsindən ən az tədqiq olunan Şimal buzlu okeanı Arktikada yerləşir. Okean yalnız XVI əsrdən - dəniz səyyahları zəngin şərq ölkələrinə qısa yol tapmaq istədikləri vaxtdan tədqiq olunur. Onun orta dərinliyi 1225 metr, maksimal dərinliyi isə 5527 metrdir.
Şimal buzlu okeanının suları balıqla, torpaq qatları isə faydalı yataqlarla zəngindir. Burada suiti yaşayır, sahillərində quşlar səs-küylü “quş bazarına” yığışır. Sularının səthində üzən buzlar və aysberqlər bu okeanın xarakterik əlamətidir.
Beşinci okean da var?
2000-ci ildə alimlər Dünya okeanının beşinci hissəsinin də mövcud olduğunu isbat etməyə müvəffəq olublar. O, Cənub okeanı adlanır və Şimal buzlu okeanından başqa bütün okeanların Antarktida sahillərini yuyan cənub hissələrini özündə birləşdirir. Bu, Dünya okeanının ən gözlənilməz hissələrindən biridir. Cənub okeanı üçün dəyişkən hava şəraiti, güclü küləklər, siklonlar xarakterikdir.
Bu okeanda qeyri-adi
hadisə olacaq...
Bu yaxınlarda ABŞ-ın meteoroloji agentliyi olan “Noaa” xəbərdarlıq etmişdi ki, bu il Atlantik okeanında 3-cü dərəcəli və ya daha çox intensivlikdə yeddi böyük qasırğa baş verə bilər. Qeyd edilib ki, bu, normal rəqəmdən iki dəfə çoxdur.
Normalda bir mövsümdə üç böyük qasırğa olur. Lakin iyun-noyabr aylarında 13 qasırğanın olacağı proqnozlaşdırılır. Bunun da müxtəlif səbəbləri var: dəniz səthinin temperaturunun istiləşməsi və qlobal hava şəraiti.
Yeri gəlmişkən, 8 iyun Ümumdünya Okeanlar Günüdür. Okeanoloqlar bu günü 1992-ci ildə BMT-nin Rio-de-Janeyroda keçirilən “Ətraf mühit və inkişaf” konfransında elan ediblər.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28

