Dərman bazarı liberallaşdırılır
20.07.2024 [16:47]
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik və bu dəyişiklikdən irəli gələn məsələlərin həll edilməsi üçün Nazirlər Kabinetinin qərarlarına dəyişikliklər edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun imzaladığı Qərarla “Dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması Qaydaları”, “Dərman vasitələrinin təqib və izləmə sisteminin Əsasnaməsi” təsdiq edilib. Eyni zamanda, “Dərman vasitələrinin ekspertizasının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 502 nömrəli Qərarında dəyişiklik edilib.
Dərmanların qeydiyyatının yeni mexanizmi yaradılır və asanlaşdırılır
Yeni qaydalarla Avropa İttifaqı ölkələri, Türkiyə, İsrail, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Dərman Agentliyi, ABŞ-ın Qida və Dərman Agentliyi, Yaponiyanın Əczaçılıq və Tibb Vasitələri Agentliyi, Avropa Azad Ticarət Assosiasiyasına üzv ölkələrdə, Avropa İttifaqı ilə Gömrük İttifaqı Sazişi qüvvədə olan ölkələrin ən azı birində istehsal olunan və (və ya) həmin ölkələrdə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin, istifadəsinə icazə verilməsi meyarları da nəzərə alınmaqla beynəlxalq qeydiyyatının Azərbaycanda tanınması mexanizmi yaradılır. Eyni zamanda, beynəlxalq qeydiyyatın tanınması məqsədilə sadələşdirilmiş ekspertizanın aparılması üçün tələb olunan sənədlərin sayı azaldılıb və sadələşdirilib. Həmçinin dərman vasitələrinin qeydiyyat prosedurlarının müddətləri azaldılıb. Qərardan öncə dərman vasitəsinin qeydiyyatı üçün ekspertizasına 210 gün ayrılırdısa, bu müddət 90 günə endirilir. Beynəlxalq qeydiyyatı tanınan dərmanların ekspertizası və qeydiyyatı üçün isə bu müddət ümumiyyətlə cəmi 14 gün təşkil edəcək.
İdxalın şaxələndirilməsinə zəmin yaradır
Qəbul edilmiş qaydalara əsasən dərman vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi məqsədilə qeydiyyat üçün müraciət edə biləcək tərəflərin dairəsi genişləndirilib. Artıq istehsalçı ilə bərabər idxalçılar da qeydiyyat üçün sərbəst müraciət etmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, qərara qədər Azərbaycanda dərmanın dövlət qeydiyyatı üçün yalnız istehsalçı şirkət və ya onun vəkaləti əsasında nümayəndəsi müraciət edə bilərdi. Beləliklə, ölkəyə dərman vasitələrinin idxal edilməsi imkanı xarici istehsalçının qərarından asılı idi. Yeni qaydaların tətbiqindən sonra idxal imkanları genişlənəcək və bazarda rəqabət imkanı artacaq.
Nəzarət təkmilləşdirilir
Eyni zamanda, dərman vasitələrinin dövriyyəsinə, o cümlədən istehsal və idxal olunan markalanmalı malların dövriyyəsinə, topdan və pərakəndə satışına nəzarəti təmin etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron təqib və izləmə (“track and trace”) sisteminin, həmçinin dərman vasitələrinə reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqi nəzərdə tutulur. Elektron təqib və izləmə (“track and trace”) sistemi vasitəsilə hər hansı dərman vasitəsinin ölkədə qeydiyyatından başlayaraq, idxalı, topdan satış müəssisəsinin deposunda saxlanması, apteklərə paylanması və satışı qeyd ediləcək. Nəticədə vergi, gömrük və digər bütün nəzarət orqanları proses haqqında real vaxt rejimində məlumat əldə edəcək, pasiyentlər və xəstəxanalar həmin sistemin istifadəçiləri olmaqla dərmanların ən yaxın apteklərdə mövcudluğu barədə məlumat əldə edə biləcəklər. Bu nəzarət mexanizmi, eyni zamanda ,pərakəndə satış şəbəkələrinə və ümumiyyətlə dərman vasitələrinin dövriyyəsində şəffaflığın artmasına xidmət edəcək.
İslahatın sosial əhəmiyyəti
Dərman vasitələrinə reseptlərin yazılması qaydası, o cümlədən reseptdə dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adının (təsiredici maddənin adı) yazılması, beynəlxalq patentləşdirilməmiş adının olmadığı hallarda reseptdə ticarət adının yazılması tələbləri təkmilləşdirilir. Beləliklə, yeni qəbul edilən qərarlar dərman vasitələrinin idxalı, qeydiyyatı sahəsində ciddi liberallaşdırma addımıdır. Qaydaların tətbiqindən sonra dərman vasitələrinin istehsalçıdan istehlakçıya qədər olan bütün keçid zənciri təkmiləşdiriləcək. Prosedurların sadələşdirilməsi və rəqabət şəraitinin təkmilləşdirilməsi nəticədə dərman vasitələrinin qiymətlərinin formalaşmasına da təsir etmiş olacaq.
İslahatın biznes aspekti
Dövlət qeydiyyatı üçün tələb edilən şərtlərin və müddətin azaldılması, eyni zamanda, dövlət qeydiyyatı üçün müraciət etmək hüququ olanların dairəsinin genişləndirilməsi pərakəndə satış bazarında qiymətlərin sabit qalmasına, bir sıra kateqoriyalar üzrə isə azalmasına təsir edəcək. Yerli idxalçıların daha keyfiyyətli dərman vasitələrinin alternativ mənbələrdən əldə edilərək idxal etmələrinə imkan yaranacaq, müasir dərman vasitələrinin daha qısa zamanda yerli bazara çıxarılmasına xidmət edəcək, yerli idxalçı şirkətlərin xarici təchizatçı tərəfdaşlarının sayının artmasına müsbət təsir edəcək.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

