Bəşəri dəyərlər naminə...
17.08.2024 [10:35]
Yeganə BAYRAMOVA
Dünyada əhalinin sayının, iqtisadi böhranın, ekoloji və sağlamlıq problemlərinin, aclıq dərəcəsinin, müharibə və təbii fəlakətlərin çoxalması humanitar yardım anlayışını gündəmə gətirir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) saytında qeyd edilən məlumata görə, dünyanın müxtəlif yerlərində münaqişələrə görə evlərini tərk edən insanların sayı durmadan artır. Məlumatda həmçinin bildirilib ki, hazırda 68 milyondan artıq köçkün şəxs var. Uşaqlar silahlı qruplar tərəfindən götürülür və döyüşdürülür. Eyni zamanda qadınlar zorakılığa məruz qalır və alçaldılır. Ehtiyac içərisində olanlara yardım əlini uzadan humanitar işçilər isə tez-tez hədəfə alınır və təhlükə mənbəyi olaraq davranılırlar.
BMT-nin hesabatında, həmçinin qeyd edilib ki, 2 milyard insanın gündəlik gəliri 3,2 dollar olduğu halda, 7,53 milyon nəfər gündə cəmi 1,9 dollar qazana bilir. 2017-ci ildə məcburi köçkünlərin sayı isə 2,9 milyon nəfər artaraq 68,5 milyona çatıb. BMT və digər beynəlxalq təşkilatların göndərdikləri humanitar yardımların 60 faizi 10 ölkənin, o cümlədən 14 faizi Suriyanın, 9 faizi isə Yəmənin payına düşüb. Qaçqınları qəbul edən Türkiyə və Yunanıstan da bu onluğa daxil olub. Humanitar donor kimi Türkiyə özü qaçqınlara 8 milyard dollar vəsait ayırıb. Donorlar arasında sonrakı yerləri ABŞ (6,68 milyard dollar) və Almaniya (2,99 milyard dollar) tutub. Ümumilikdə, 2017-ci ildə qlobal humanitar yardımın həcmi 901 milyçon dollar artaraq 27,3 milyarda çatıb. Fərdi donorların humanitar yardımları isə 6 milyard dollar təşkil edib.
Yeri gəlmişkən, avqustun 19-u dünyada Beynəlxalq Humanitar Yardım Günü kimi qeyd edilir. Bu gün BMT tərəfindən 2008-ci ildə təsis edilib. İlk dəfə isə 2009-cu il avqustun 19-da qeyd olunub. Həmin tarix ehtiyacı olan insanlara humanitar yardım göstərərkən həyatını itirənlərin xatirəsinə həsr edilib.
Xüsusilə vurğulamaq lazımdır ki, humanitar yardım fəalları dünya miqyasında milyonlarla insanın həyatını qurtarmaq üçün köməklərini əsirgəmirlər. Onlar münaqişə zonalarında, təbii fəlakətlərin baş verdiyi ərazilərdə yardıma ehtiyacı olanlara köməyə tələsir və bəzən həyatlarını riskə atırlar. Humanitar yardım qrupları aclıqdan, müharibələrdən, cinsi ayrı-seçkilik və şiddətdən, təbii fəlakətlərdən əziyyət çəkənlərə, o cümlədən qaçqın və məcburi köçkünlərə, uşaqlara, təmiz suya ehtiyacı olanlara kömək əllərini uzadırlar.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

