Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Yol polisi və AYNA Bakının küçə və prospektlərdə monitorinqlər keçirəcək

Yol polisi və AYNA Bakının küçə və prospektlərdə monitorinqlər keçirəcək

07.09.2024 [12:45]

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 7 sentyabr saat 22:00-dan 8 sentyabr saat 03:00-dək paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın intellektual idarə edilməsi üzrə monitorinqlər keçirəcək.

Yeniazerbaycan.com  xəbər verir ki, bu barədə BDYPİ və AYNA-nın birgə məlumatında deyilir.

Bu məqsədlə Heydər Əliyev prospekti (Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətindən başlayaraq), Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək.

"Hərəkət iştirakçılarından xahiş edirik ki, 5 saat keçirilməsi nəzərdə tutulan monitorinq müddətində həmin istiqamətlər üzrə hərəkətdə tətbiq olunacaq məhdudiyyətləri nəzərə alsınlar. Hərəkətin təşkili DYP əməkdaşları tərəfindən tənzimlənəcək", - məlumatda vurğulanıb.

Paylaş:
Baxılıb: 605 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31