Naxçıvanda “Səyyar Gənclər Xidməti” layihəsinə start verilib
19.09.2024 [17:54]
Sentyabrın 19-da Şərur rayonunun Oğlanqala kəndində “Səyyar Gənclər Xidməti” layihəsinin açılış tədbiri keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli “Səyyar Gənclər Xidməti” layihəsinin fəaliyyətinə uğurlar arzulayıb.
Samir Seyidəhmədli cari ilin fevral ayında Gənclər Fondunun Naxçıvan filialının yaradılmasını həyata keçirilən gənclər siyasəti istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirib. Bildirib ki, bu, həm də Naxçıvanda yaşayan gənclərin Gənclər Fondu tərəfindən həyata keçirilən layihələrdə daha fəal iştirak etməsinə imkan verir. Səlahiyyətli nümayəndəlik institutu yaradıldıqdan sonra muxtar respublikada gənclərlə işin aparılması, onların karyera planlaması və işlə təmin olunması istiqamətində böyük addımlar atılıb. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci il üçün Dövlət Proqramı”nda da gənclərin intellektual və yaradıcı potensialının artırılması üçün müddəalar nəzərdə tutulub. Son 2 ildə keçirilmiş 3 əmək yarmarkası və gənclərin müxtəlif sahələr üzrə işlə təmin olunması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.
Səlahiyyətli nümayəndənin müavini Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 20 sentyabrın Dövlət Suverenliyi Günü təsis olunduğunu diqqətə çatdırıb, gəncləri bu münasibətlə təbrik edib.
Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov qədim Naxçıvan torpağında “Səyyar Gənclər Xidməti”nin layihəsini təşkil etməkdən məmnunluğunu ifadə edib və layihə barədə məlumat verib. Bildirib ki, layihənin başlıca məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkan və xidmətlərin, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən proqramların kəndlərdə yaşayan gənclər üçün əlçatanlığının daha da artırılmasıdır. Layihənin başlıca amalı gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının, həmçinin dünyagörüşünün genişləndirilməsidir.
Tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, nazir vəzifələrini icra edən Hüseyn Səfərov və qazi Ceyhun Davudov çıxış edib, layihənin əhəmiyyətini vurğulayıblar.
Tədbir Şərur rayon gənclərinin ifasında konsert proqramı ilə davam edib.
Sonra “Səyyar Gənclər Xidməti” layihəsi ilə tanışlıq olub. Məlumat verilib ki, ucqar kəndlərdə yaşayan gənclərə fürsətlər qazandırmaq üçün “İmkanlar Sənə Doğru!” devizi ilə yola çıxan “Səyyar Gənclər Xidməti” 19-25 sentyabr tarixlərində muxtar respublikanın bütün rayonlarında yüzlərlə gənci əhatə edəcək. Azərbaycan Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən layihə çərçivəsində gənclərin sosial aktivliyinin artırılması, gənclər siyasəti sahəsində maarifləndirmə, dövlətçilik ənənələrinin təşviq edilməsi, onların bilik, bacarıq və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş tədbirlər, fərdi inkişaf və müxtəlif mövzularda təlimlər, intellektual və həvəskar idman yarışları keçiriləcək.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25

