Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Hidrometeorologiya Xidməti bu qışın sərt keçəcəyi barədə məlumatlara aydınlıq gətirib

Hidrometeorologiya Xidməti bu qışın sərt keçəcəyi barədə məlumatlara aydınlıq gətirib

21.09.2024 [16:17]

“Ölkə ərazisində bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar olaraq bildiririk ki, uzunmüddətli proqnozlar ümumi qlobal tendensiyalardan xəbər versə də, bu, hansısa konkret bir ölkədəki fəsillik hava durumu haqqında dəqiq fikir bildirməyə əsas vermir”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib. Onun sözlərinə görə, uzunmüddətli hava məlumatları vermək fərziyyə xarakterlidir və qışın necə keçməsi haqqında belə proqnozlar adətən Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Regional iqlim mərkəzlərinin (Avropa Ortamüddətli Proqnozlar Mərkəzi - ECMWF) fəsillik proqnozlarına əsasən hazırlanır. Qısamüddətli və ortamüddətli proqnozlardan fərqli olaraq, daha uzun dövrü əhatə edən fəsillik hava proqnozunun dəqiqliyi nisbətən az olur.

N.Mahmudov əlavə edib ki, xidmət payız fəslinin sonunda qışın 1-ci ayı olan dekabr üçün ictimaiyyətə rəsmi proqnoz təqdim edəcək.

Paylaş:
Baxılıb: 670 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31