İşğaldan azad edilmiş ərazilərdə ilk həmkarlar ittifaqı fəaliyyətə başlayıb
25.09.2024 [22:41]
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin həmkarlar ittifaqı komitəsinin sədri Həmid Mehdiyevlə görüşüb.
AZƏRTAC xəbər verir ki, AHİK sədri Sahib Məmmədov yeni təsis olunmuş komitəyə uğurlar arzulayıb. O bildirib ki, komitə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə yaradılan ilk həmkarlar ittifaqıdır. Bunu həmkarlar ittifaqları tarixində əlamətdar hadisə adlandıran Sahib Məmmədov komitənin səmərəli fəaliyyəti üçün onlara həmüzv olduqları Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi, həm də AHİK tərəfindən hər cür dəstəyin göstəriləcəyini vurğulayıb. Konfederasiya sədri qeyd edib ki, Şərqi Zəngəzuru və Qarabağı xalqımıza qaytaran Prezident İlham Əliyev bu gün həmin ərazilərdə aparılan tikinti-quruculuq işlərinin də baş memarıdır. Onun sözlərinə görə, işğaldan azad olunmuş şəhər və kəndlərimiz yaxın gələcəkdə əvvəlkindən də yaxşı görkəm alacaq və ölkəmizin hərtərəfli, o cümlədən iqtisadi inkişafına böyük töhfələr verəcək. İttifaq üzvləri üçün layiqli iş şəraitinin yaradılması, əmək hüquqlarının müdafiəsi, sağlamlıqlarının qorunması və istirahətlərinin təşkili, həmçinin bərabər imkanların yaradılması, əlçatanlığın təmin olunması ilə bağlı Həmid Mehdiyevə tövsiyələrini verən AHİK sədri yaxın vaxtlarda Şərqi Zəngəzur və Qarabağda həmkarlar ittifaqı təşkilatlarının sayının artacağına əminliyini də ifadə edib.
Xidmətin həmkarlar ittifaqı komitəsinin sədri Həmid Mehdiyev bildirib ki, təmsil etdiyi təşkilat Xankəndi şəhərində işçilərinin təşəbbüsü ilə təsis olunub, hazırda ittifaqın 150 üzvü var, gələcəkdə üzvlərin sayının artması gözlənilir. O, həmçinin üzvlərin əksəriyyətinin keçmiş məcburi köçkün və şəhid ailələri olduğunu və səlahiyyətləri çərçivəsində onlara hər cür dəstəyi göstərəcəklərini və qanuni mənafelərini layiqincə qoruyacaqlarını qeyd edib.
Sonda AHİK sədri Sahib Məmmədov “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin həmkarlar ittifaqı komitəsinin Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə üzv qəbul olunması barədə Rəyasət Heyətinin qərarını Həmid Mehdiyevə təqdim edib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

