Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Elm və təhsil naziri Neftçalada vətəndaşların müraciətlərini dinləyəcək

Elm və təhsil naziri Neftçalada vətəndaşların müraciətlərini dinləyəcək

29.10.2024 [10:40]

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 29-da Neftçala şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Neftçala, Hacıqabul, Şirvan, Salyan və Biləsuvar sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri noyabrın 20-nə qədər (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Paylaş:
Baxılıb: 385 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31