Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bölgələrə olan daha bir neçə marşrut üzrə avtobuslar yenilənib

Bölgələrə olan daha bir neçə marşrut üzrə avtobuslar yenilənib

02.12.2024 [16:59]

Bakıdan Bərdə, Tərtər, Mingəçevir, Zaqatala və “Sınıq körpü” (Qazax sərhəd-keçid məntəqəsi) istiqamətlərində yeni avtobuslar sərnişinlərin istifadəsinə verilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə AYNA tərəfindən keçirilən müsabiqələrin nəticələrinə əsasən, artıq bu istiqamətlərdə səfərlər 2015-ci il istehsalı olan “Neoplan” və 2024-cü il istehsalı olan “King Long” markalı avtobuslarla həyata keçirilir.

AYNA tərəfindən şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması daim diqqətdə saxlanılır.

Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqənin şərtlərindən biri də avtobusların yeni olmasıdır.

Paylaş:
Baxılıb: 420 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31