TIMSS 2023 beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb
04.12.2024 [21:39]
TIMSS 2023 (Riyaziyyat və Təbiət Elmləri üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı) beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələri açıqlanıb.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, nəticələrə əsasən, Azərbaycan IV sinif riyaziyyat fənni üzrə 494 balla 58 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Təbiət elmləri üzrə nəticə isə 422 bal olub. Bu nəticələr ötən tədqiqat dövrü ilə müqayisədə daha aşağıdır. Azərbaycanın IV sinif üzrə riyaziyyat nəticələri Fransa, Belçika (Fransız), Yeni Zelandiya, Qazaxıstan, Qətər və Özbəkistan kimi ölkələrdən daha yaxşı olub.
IV sinif üzrə tədqiqatın ilk beşliyində Sinqapur, Çin (Taypey), Koreya Respublikası, Honkonq və Yaponiya yer alıb.
VIII sinif üzrə tədqiqatda ilk dəfə iştirak edən şagirdlərimiz riyaziyyat fənni üzrə 479 balla 44 ölkə arasında 25-ci yerdə qərarlaşıb. Azərbaycanın riyaziyyat fənni üzrə nəticəsi iştirakçı ölkələrin ortalamasından yüksək olub. Bu nəticə Portuqaliya, Gürcüstan, Qazaxıstan, Qətər və Özbəkistan kimi ölkələrdən daha yuxarıdır. VIII sinif üçün təbiət elmləri üzrə nəticə isə 411 bal təşkil edib. Təbiət elmləri üzrə nəticə ortalamadan aşağı olub.
Təhsil İnstitutu tərəfindən nəticələrin ilkin təhlili onu göstərir ki, həm IV, həm də VIII sinifdə şagirdlər bilik əsaslı suallara daha yaxşı cavab verdiyi halda onların çoxu tətbiqetmə və əsaslandırma bacarıqları tələb edən suallarda çətinlik çəkiblər. Şagirdlər həm riyaziyyat, həm də təbiət elmləri üzrə qapalı tipli test tapşırıqlarına daha yaxşı cavab verdikləri halda açıq tipli suallarda aşağı nəticə göstəriblər.
Təhsil İnstitutu tərəfindən TIMSS 2023 nəticələrinin ətraflı təhlili aparılaraq tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində təkliflər və iş planı hazırlanacaq.
Qeyd edək ki, TIMSS beynəlxalq qiymətləndirmə tədqiqatı 1995-ci ildən bəri IV və VIII sinif şagirdləri arasında riyaziyyat və təbiət elmləri üzrə bilmə, tətbiqetmə və əsaslandırma bacarıqları istiqamətində ölçməni həyata keçirir. Hər dörd ildən bir keçirilən tədqiqatın sonuncu dövründə 70-dən çox ölkə iştirak edib. Azərbaycan TIMSS tədqiqatına 2011-ci, 2019-cu və 2023-cü illərdə qoşulub. Ölkəmiz 2023 tədqiqatında ilk dəfə olaraq həm də VIII sinif səviyyəsində qatılıb. Əvvəlki dövrlərdən fərqli olaraq 2023-cü ildə tədqiqat ölkəmizdə ilk dəfə kompüter əsaslı (eTIMSS) keçirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

